Məhkəmə qərarları › İş №e-2-2(113)-768/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-768/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-768/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1002,98 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında qarşılıqlı razılaşma əsasında xx xxxxxx 2019-cu il tarixli, 2436/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, “Satıcı” İddiaçı MMC istehsal və ya idxal etdiyi müxtəlif növ məhsullarını satmış, “Alıcı” X6 həmin məhsulları qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh X6 üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, 1002,98 manat məbləğində olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən alaraq onların dəyərini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2019-cu il tarixli, 2436/19 saylı malların alqı-satqına dair müqavilədən və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşmadan görünür ki, satıcı qismində İddiaçı MMC alıcı qismində X5 bu müqavilənin tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən verilən EAAQ seriyalı, 598256 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAT seriyalı, 457949 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, X4 İddiaçı MMC-yə borcu 1002,98 manat məbləğində təşkil edir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 598-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və cavabdeh X6 arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, yəni iddiaçı tərəfindən məhsul cavabdehə təhvil verilmiş, daha sonra elektron qaimələr tərtib edilmiş, lakin X6 öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə 1002,98 manat məbləğində borc ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X5 qarşı 1002,98 manat məbləğində borcun tələb etməsi barədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 1002,98 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 1002,98 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar