Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7702/2025 17.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 122622 manat əsas borcun və 412,62 manat ödənilmiş dövlət rüsumunun, cəmi 123034.62 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh ilə 2021/066 saylı satış, montaj və zəmanət müqaviləsi bağlanılmışdır. Sözügüdən müqavilənin predmetini satıcının ("xxxx" MMC) isitmə, soyutma və ventilyasiya sisteminialıcıya (“ELCA" MMC) satması təşkil edir. Müqavilənin ümumi dəyəri 210 000 (iki yüz on min) manat təşkil edir. Müqavilədə alıcı tərəfindən 210 000 (iki yüz on min) manat pulun 3 hissədən ibarət olmaqla 3 ay müddətinə satıcıya ödənilməsi nəzərdə tutulub. Lakin buna baxmayaraq, “ELCA" MMC müqavilənin dəyəri olan 210 000 manat pulu müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə “SOLİTON LTD" MMC-yə ödənilməsindən imtina edib. Belə olduğu halda "SOLİTON LTD” MMC müqavilənin 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilənin imzalandığı və işin içrası tarixindən bir ildən artıq vaxt keçdikdən sonra quraşdırılmış avadanlıqları öz vəsaiti hesabına demontajedib. xx.xx.2021-ci il tarixli 2021/066 saylı satış, montaj və zəmanət müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Əks halda quraşdırılan məhsullar demontaj olunaraq geri götürüləcək və ikinci tərəf dəymiş ziyanı ödəyəcəkdir. Demontaj prosesinin müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulmasına, tərəflərin razılığı ilə həyata keçirilməsinə və xərcinin Cavabdeh MMC tərəfindən ödənilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən demontaj prosesinin guya qanunsuz olaraq həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edilmişdir. Həmin idarədə araşdırma zamanı tərəflər arasında 22 sentyabr 2022-ci il tarixli akt tərtib edilib. Qeyd edilən akta əsasən “SOLİTON LTD" MMC 26 sentyabr 2022-ci il tarixədək Qusar rayonu ərazisində yerləşeu “Primavera” otelindən demontaj olunan cihazların geri qaytarılması və 22 oktyabr 2022-ci il tarixədək cihazların demontaj olunan zaman vurulan zərərin aradan qaldırılmasını cavabdeh öhdəliyinə götürmüş və İddiaçı MMC-yə 210 000 manat pulun 65 000 manat hissəsini 31 yanvar 2023-cü il tarixədək, qalan 145 000 manat hissəsini isə 2023-cü ilin fevral ayından başlayaraq borc bitənədək hər ay 10 000 manat olmaqla ödənilməsinicavabdeh öhdəsinə götürmüşdür. Bundan sonra, "xxxx" MMC satış predmeti olan avadanlıqları"xxxx" MMC-yə məxsus Qusar rayonu ərazisində yerləşən "Primavera" otelində yenidən quraşdırsa da, "xxxx" MMC borcunu ödəməkdən yenə də, imtina etmişdir. Belə olan halda Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəflər arasında imzalanmış 22 sentyabr 2022-ci il aktda qeyd edilmiş öhdəliklər "xxxx" MMC tərəfindən icra edilmədiyindən tərəfləri idarəyə dəvət edib qarşılıqlı razılıq əsasında "xxxx" ММС-уə məxsus olan cihazların demontaj olunmasını tövsiyyə etmiş, həmçinin idarənin rəisinin bu layihəni həyata keçirən və idarədə müzakirələrdə iştirak etmiş “SOLİTON MMC”-nin əməkdaşı Emil Sultanova ünvanladığı 12 dekabr 2023-cü il tarixli məktubunda mübahisənin mülki xarakterli olması bildirilərək, məhkəməyə müraciət etmək hüququ sonuncuya izah olunmuşdur. Bundan sonra, iddiaçı "ELCA” MMC müqavilə və akt üzrə öhtəliklərini təkrar olaraq icra etmədiyi üçün İddiaçı MMC mülkiyyət hüququnu özündə saxladığı avadanlıqları demontaj edib. Cihazların demontaj olunması hər iki tərəfin imzası ilə aktla rəsmiləşdirilmişdir. Demontaj prosesinin müqavilənin 5.1-ci maddəsinin tələblərinə uyğun olması və demontaj zamanı “SOLİTON LTD" MMC-уə dəymiş zərəri "xxxx" MMC ödəməli olsa da,cavabdeh şirkət bu xərcləri də ödəməkdən imtina edib. Nəticədə “SOLİTON LTD" MMC-yə 122 622 (yüziyirmi ikimin altı yüziyirmi iki) manat maddizərər dəymişdir. "xxxx" MMC tərəfindən “SOLİTON LTD" MMC-уə dəymiş zərərin məbləği 122 622 (yüz iyirmi iki min altı yüz iyirmi iki) manat müəyyən edilmişdir. Bu barədə cavabdeh "xxxx" MMC-yəpretenziya məktubu göndərilərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 03 (üç) gün müddətində müqavilə öhdəliyinin icra edilərək ödənilmiş pul vəsaitinin geri tələb edilməsi, həmçinin əks təqdirdə cavabdehə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyicavabdehin diqqətinə çatdırılıb. Lakin cavabdeh tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən 122 622 (yüz iyirmi iki min altı yüz iyirmi iki) manat əsas borcun və 412,62 (dörd yüz on iki manat altmış iki qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 123 034.62 (yüz iyirmi üç min otuz dörd manat altmış iki qəpik) manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasızəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 423.1cimaddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İşin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdeh hazırki müqavilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən müqavilə öhdəliyini icra etməsini şifahi formada dəfələrlə tələb etmiş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir. Sonuncu dəfə iddiaçı eyni tələblə cavabdehə yazılımüraciət etmiş, lakin cavabdeh yazılımüraciətinin cavablandırılmasını təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC tərəfindən icraatınızda olan e-2-2(113)-7702/2025 saylı iş üzrə İddiaçı MMCnə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli iddia qaldırılmışdır. Həmin mülki iş üzrə hal-hazırda əmtəəşünaslıq ekspertizası təyin edildiyindən icraat dayandırılmışdır. Qeyd edirlər ki, faktiki iddia ərizəsinin predmeti olan havalandırma sisteminin demontajı zamanı İddiaçı MMC-nin əməkdaşları Cavabdeh MMC-nə məxsus ünvan 1i ünvanında yerləşən iddiaçıya məxsus 5 mərtəbəli “Primavera” adlı hotelə külli miqdarda zərər vurmuşdur. Bu səbəbdən tərəflərindən dəymiş zərərin cavabdeh İddiaçı MMC-dən tutulması barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Həmin e-2-2(113)- 134/2025 saylı mülki iş hakim Nərmin Əhmədovanın icraatındadır. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsi məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bu səbəbdən hesab edir ki, hər iki iddia tələbi bir biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməlidir. Qeyd olunanları nəzərə alaraq icraatınızda olan e-2-2(113)-7702/2025 saylı işin hal-hazırda eyni məhkəmənin icraatında olan e-2-2(113)- 134/2025 saylı mülki işlə birlikdə bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, məhkəmə özü də məhkəmənin icraatında olan işləri birləşdirə bildiyi üçün onlar da vəsatət verməyiblər, hesab edirdilər ki, məhkəmə özü birləşdirər. Cavabdehin işlərin bir icraatda birləşdirilməsi vəsatətinə də etiraz etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin digər hakimin icraatında iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-134/2025 nömrəli iş mövcüddur. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-134/2025 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair e-2- 2(113)-134/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-7702/2025 saylı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)-134/2025 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7702/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7702/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver