Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-771/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, 47 nömrəli Alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 5500,05 manat məbləğində əsas borc və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixli 47 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC Satıcı, Cavabdeh MMC isə Alıcı qismində müqavilə tərəfləridirlər. xx.xx.2022-ci il tarixli 47 nömrəli Alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC üzərinə düşən öhdəlikləri pozaraq, Satıcı olan İddiaçı MMC-nin satdığı mallar müqabilində nəzərdə tutulan, Cavabdeh MMC-nə təqdim edilmiş və Cavabdeh MMC tərəfindən qəbul olunmuş elektron qaimələr üzrə ödənişləri həyata keçirmir. Beləliklə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü ildə satılan malların dəyərinin ödənilməsinə dair elektron qaimələrin Alıcıya təqdim edilməsinə baxmayaraq həmin elektron qaimələr üzrə Cavabdeh MMC tərəfindən ödəmələr edilməyib. Bu hal Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli 47 nömrəli Alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixli 02 nömrəli maliyyə arayışına əsasən hazırda Cavabdeh MMC-nin qalıq borcu 5500.05 manat təşkil edir. xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən 5 (beş) gün müddətində borcu ödəməyi üçün pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh bugünkü tarixə qədər heç bir ödəniş etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 47 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Alıcıya tikinti sahəsində istifadə ounan malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini malı qəbul etdikdən sonra 15 (on beş) gün müddətində “Satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəyir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.
10. Müqaviləninn 3.1-ci bəndinə əsasən satıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini «Alıcı»dan tələb edir.
11. Müqavilənin 3.2.1-ci bəndinə əsasən «Müqavilə»də göstərilən malı təhvil aktı, qaimə-faktura əsasında «Alıcı»ya və ya onun göstərdiyi şəxsə təhvil verməyi satıcının vəzifəsidir.
12. Müqavilənin 3.4.2-ci bəndinə əsasən malı Müqavilənin 3.2.1-ci bəndi ilə müəyyənləşdirilmiş qaydada təhvil almağı alıcının vəzifəsidir.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir.
14. Müqavilənin 4.2-ci bəndinə əsasən Alıcı satıcı tərəfindən ona göndərilən elektron qaiməni qəbul etdiyi təqdirdə, ona həmin qaimədə göndərilən malı (malları) qəbul etməsini təsdiq etmiş sayılır.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə üzrə satılan mala görə «Alıcı» «Satıcı»ya, «Müqavilə»yə əlavə edilmiş X1 uyğun olaraq və E-qaimə faktura ilə nəzərdə tutulmuş malın tam dəyərinin nəğd'və ya nəğdsiz şəkildə ödənilməsini təmin etməlidir.
16. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 5.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ «Alıcı» tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Eqaimə faktura ilə qəbul etdiyi Malların dəyərini, malları qəbul etdiyi andan etibarən 15 (on beş) gün ərzində birdəfəlik olaraq nəğd və ya nəğdsiz qaydada Satıcıya ödənilməlidir. Bu bənddə göstərilmiş müddət ərzində Malların dəyəri ödənilmədikdə «Satıcı» onun ödənilməsini «Alıcı» dan tələb etməyə haqlıdır.
17. İddiaçı tərəfindən malların satışına dair xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixləri əhatə edən e-qaimələr cavabdehə göndərilmiş və həmin qaimələrdən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli olanlar sistem tərəfindən, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli e-qaimələr cavabeh MMC tərəfindən təsdiqlənmişdir.
18. xx.xx.2024-cü il tarixli, 02 saylı maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 47 saylı alqı-satqı müqaviləsinə əsasən ümimi olaraq ədvsiz 32072,33 manat dəyərində mal təhvil verilib. Alınmış mallara görə MSDİS Holding MMC bu günə qədər 26572,28 manat vəsait ödəyib. Ödənilməyən qalıq borc (ƏV xaric) 5500,05 manat təşkil edir.
19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
27. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 47 saylı alqı-satqı müqaviləsinin1.1-ci bəndinə əsasən “Satıcı” Alıcıya tikinti sahəsində istifadə ounan malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini malı qəbul etdikdən sonra 15 (on beş) gün müddətində “Satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də (mallar təhvil verilmiş və malların satışına dair e-qaimələr cavabdeh şirkətin özü tərəfindən təsdiq edilmişdir), cavabdeh MMC-nin iddiaçıya müqavilə üzrə 5500,05 manat ödənilməmiş borcu qalmışdır (iddiaçının nümayəndəsinin izahatına əsasən bütün e-qaimələr üzrə ƏDV məbləğləri ödənilib).
28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün, iddia tələbinin 5500,05 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5500,05 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5500,05 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan başqa iddiaçı tərəfindən 75 manat dəyərində dövlət rüsumunun cavabdehdən tutulması tələb olunmuşdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, əsas borca dair hissədə iddia təmin edildiyindən iş üzrə ödənilmiş 75 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 47 saylı alqı-satqı müqaviləsi üzrə 5500,05 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 75 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova