Məhkəmə qərarları › İş №e-2-2(113)-7716/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7716/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7716/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X1 iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən ödənilməmiş 6727.80 (altı min iyirmi yeddi manat, səksən qəpik) (ƏDV daxil) manat məbləği və 88.0 (səksən səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 6815.80 (altı min səkkiz yüz on beş manat, səksən qəpik) vəsaitin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli 11 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdehnə 2025-cü ilin may və iyul ayları üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ümumilikdə 6727.80 (altı min iyirmi yeddi manat, səksən qəpik) (ƏDV daxil) manat məbləğindəalüminium cəbhə sistemləri quraşdırılmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq bu günədək Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini müdafiə edərək , cavabdehin ona 411 manat məbləğində əsas borcunun qaldığını və höəmin iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli 11 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” inşaat, santexnika və tikinti-təmir materiallarını “Alıcı” ya satmağı öz üzərinə götürür.Müqavilə 1 il müddətinə qədər qüvvədədir. - 2.1-ci bəndinə əsasən “Alıcı” sifariş etdiyi malın dəyərini qabaqcadan “Satıcı” nın hesablaşma hesabma köçürməyi öhdəsinə götürür. - 2.2-ci bəndinə əsasən malın dəyəri tam olaraq ödənildikdən sonra hazırlanmış mal qaimə-faktura ilə birlikdə “Alıcı” ya təhvil-təslim edilir. - 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişin müddətini üzürsüz səbəbdən gecikdirərsə, “Satıcı’mn müqaviləni pozmağa ixtiyarı var. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 11 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 01 saylı Əlavə olan Razılaşdırma Protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə 2110.98 manat məbləğində malıın verilməsi razılaşdırılmışdır.

10. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 11 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 02 saylı Əlavə olan Razılaşdırma Protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə 2110.98 manat məbləğində malıın verilməsi razılaşdırılmışdır.

11. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 11 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 01 saylı Əlavə olan təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfinfən cavabdehə 3590.53 manat ödənilmişdir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli 11 nömrəli nömrəli alğı-satqı müqaviləsinə 02 saylı Əlavə olan təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfinfən cavabdehə 4236.83 manat ödənilmişdir.

13. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənişlər həyata keçirilmiş və hazırda qalıq borcunun 499 manattəşkil etməsini qeyd etmişdir.

14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 1000 manat məbləğində ödəniş edilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 700 manat məbləğində ödəniş edilmişdir.

16. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, cavabdeh tərəfindən iddiaçıya 3590.53 manat məbləğində ödəniş edilmişdir.

17. Cavabdeh MMC-nin ədv sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddaçının hesabına 126 manat köçürülmüşdür.

18. Cavabdeh MMC-nin ədv sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddaçının hesabına 646.29 manat köçürülmüşdür.

19. Cavabdeh MMC-nin ədv sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddaçının hesabına 253.99 manat köçürülmüşdür.

20. İddiaçı tərədindən cavabdehə MT2407 11805862 nömrəli xx.xx.2023-cü il tarixli 10984.10 manat,MT 2408 11737693 nömrəli xx.xx.2023-cü il tarixli 2668.40 manat, MT 2407 12116625 nömrəli xx.xx.2024-cü il tarixli 6265.8 manat, MT2408 11455043 nömrəli xx.xx.2024-cü il tarixli 6327.34 manat, MT2407 ******* nömrəli xx.xx.2024-cü il tarixli 10269.96 manat,MT2405 12316542 nömrəli xx.xx.2025-ci il tarixli 2490.95 manat məbləğində elektron qaimələr göndərilmişdir.

21. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunurr ki, xx.xx.2025-ci il tarixinə cavabdehin iddiaçıya 6727.79 manat məbləğində qalıq borcu var.

22. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

23. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

27. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İddiaçının izahatından və cavabdeh tərəfindən m\hkəməyə təqdim edilən ödəniş tapşırıqlarından görünür ki, cavabdehin müqavilə üzrə iddiaçıya 411 manat borcu qalmışdır.

29. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 411 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə etdiyi ödənişləri nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 411 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 88 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 411 (dörd yüz on bir) manat məbləğində əsas borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar