Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7753/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, prosessual maraq, sadələşdirilmiş icraat, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı X1 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1259,88 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun, 600 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında AV01501 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə və müqavilə üzrə tərəflər arasında razılaşdırılmış əlavələrə əsasən, geyim və geyim aksessuarları (50 ədəd üç düyməli köynək, 20 ədəd papaqlı köynək və 150 ədəd əl çantası) xx.xx.2024-cü il tarixində cavabdehə təqdim edilmişdir. Təqdim edilən malların ƏDV daxil olmaqla ümumi dəyəri 1259,88 manat olmuş, müqavilənin qiyməti, o cümlədən yekunda cavabdeh tərəfindən ödənilməli olan məbləğ xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşılması protokolu və 16/24 nömrəli xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Müvafiq müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixində malların satışı həyata keçirilmiş, lakin cavabdeh tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş, nəticədə MT2404 00448450 nömrəli qaiməyə əsasən 1259,88 manat məbləğində borc yaranmışdır. İddiaçının alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməsinə, müvafiq malların 16/24 nömrəli xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilməsinə və borc məbləğinin icra edilməsi tələbi ilə cavabdehə çoxsaylı şifahi və yazılı müraciətlər ünvanlanmasına baxmayaraq, malların dəyərinin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə qanunvericilin tələblərinə uyğun formada pretenziya məktubu ünvanlanaraq, borc məbləğini könüllü olaraq icra edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448, 567, 598.1-ci və s. maddələrinə istinad edilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin hüquqi ünvanına və qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydə alındığı ünvana Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış AV01501 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” “Alıcı”ya mal-materialı satır, “alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir (1.1-ci bənd). Mallarla birlikdə təhvil-təslim sənədləri (hesab-faktura) verilməlidir (2.1.2-ci bənd). Müqavilənin ümumi məbləği qiymətlərin razılaşdırılması protokolunda razılaşdırılır (3.1-ci bənd).
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış AV01501 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, (xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu) tərəflər arasında 01 ədədinin qiyməti 5,93 manat olan 50 ədəd 3 düyməli köynək, 01 ədədinin qiyməti 14,41 manat olan 20 ədəd papaqlı köynək və 01 ədədinin qiyməti 3,22 manat olan 150 ədəd əl çantasının, yekun olaraq 1067,7 manat dəyərində malların təqdim edilməsi razılaşdırılmış, 1 nömrəli əlavədə göstərilən qiymətlərin ƏDV xaric hesablandığı, yekun məbləğə ƏDV-nin əlavə ediləcəyi qeyd edilmişdir (qeyd 1). 12.İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli 16/24 nömrəli yerinə yetirilmiş işlərin (xidmətlərin) təhvil-təslim aktından görünür ki, ƏDV daxil 1259,88 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, həmin akt cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən imza edilməklə və hüquqi şəxsin möhürü ilə təsdiq edilməklə qəbul edilmişdir
13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş MT2404 seriyalı 00448450 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, əlavə dəyər vergisi daxil 1259,88 manat dəyərindəki müxtəlif adda məhsulların təqdim edilməsi rəsmiləşdirilmişdir. 14.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında AV01501 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə mal-materialı satmağı, cavabdeh isə həmin malları qəbul edib razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə 16 aprel 2024-cü il tarixli 16/24 nömrəli təhvil-təslim aktı əsasında ƏDV daxil olmaqla ümumilikdə 1259,88 manat dəyərində mal cavabdehə təhvil verilmiş, malların təhvili ilə bağlı sonuncuya MT2404 00448450 seriya və nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə təqdim edilmişdir. 15.İddiaçı AV01501 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi malların dəyəri olan 1259,88 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə izah edilsə də, heç bir etiraz təqdim etmir. 17.Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 18.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). 19.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də vurğulayır ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, iddiaçının verilmiş əşyanın dəyərinin ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 27.Hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyi nəzərə alındığında, malların dəyərini ödəmək ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. 33.Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 1259,88 manat borcun tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 1259,88 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
34. İddia ərizəsində iddiaçı 40 manat dövlət rüsumunun, 600 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən 40 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
36. Məhkəməyə təqdim edilən 09 oktyabr 2024-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 600 manat məbləğində hüquqi yardım xərci “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli ******* nömrəli order).
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir.
39. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 40.Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) və icraatın sadələşdirilmiş qaydada – məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadanaparıldığını və iddia tələbinin obyektini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc 450 manat hissəsdinə ağlabatandır və cavabdehdən tutulmalıdır. 41.Bundan başqa, 1259,88 manat iddia tələbinə görə ödənilməli rüsum məbləğinin 32,60 manat təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 32,60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 42.Beləliklə, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 32,6 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 450 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı X2 ödənilməlidir.
V. Nəticə
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. X3 ilə Cavabdeh arasında 15 aprel 2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 1259,88 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,6 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 450 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova