Məhkəmə qərarları › İş №e-2-2(113)-779/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-779/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-779/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçı “xxxx” MMC-nin xeyrinə Zaminlik Müqaviləsi üzrə Əsas borc 10000000 ABŞ dolları, faiz borcu 876937 ABŞ dolları, mənəvi zərər 100000 manat, dəbbə pulu 100000 manat, işgüzar nüfuza vurulan zərər 100000 manat olmaqla cəmi 10876937 ABŞ dolları +300 000 manat yekun 10876937 ABŞ dolları Azərbaycan manatı ilə ekvivalenti 18490792,9 + 300000=18790792,9 manat, görülən işə görə əsas borc ******* manat, mənəvi zərər 100000 manat uçot faiz dərəcəsi üzrə 2018, 2019 və 2020-ci illər üzrə hər il üçün 8% 1 936635 manat, dəbbə pulu 100000 manat, işgüzar nüfuza vurulan zərər 100000 manat və dövlət rüsumu 30 manat olmaqla cəmi 10305948 manat hər iki hal üzrə ümumi 29096770,9 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC-i ilə “xxxx” MMC-i arasında bağlanılmış “X5 Müqaviləsinə” əsasən iddiaçı Qusar- Ənlik-Ləzə 4 zolaqlı avtomobil yolunun və körpünün tikintisi işlərinin yerinə yetirilməsi hüququnu əldə etmişdir. “Azəryolnəqliyyatlayihə” ilə bağlanmış müqavilə əsasında Qusar- Ənlik-Ləzə avtomobil yolunun əsaslı təmiri, çaylar üzərində körpü keçidi barədə layihə sənədləri və Cizgilər hazırlanmış və işlərə başlanılmışdır. Bu müqavilədən irəli gələn bir çox işlər tərəflərindən yerinə yetirilmiş, onların bir qisminin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Lakin Qusar-Ənlik-Ləzə avtomobil yolunun tikintisi obyektində Zindanmuruq çayı üzərində körpü keçidinin və bununla bağlı digər işlərin tamamlanmasına baxmayaraq cavabdeh tərəfindən bu işlərin dəyəri bu günə kimi ödənilməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq cavabdeh bu ödənişlərdən yayınır. Bu günə bu işlərə görə cavabdehin borcu ƏDV ilə birlikdə ******* manat təşkil edir. Müqavilə üzrə işlərin görülməsi üçün iddiaçı tərəfindən bir neçə dəfə Bankdan kreditlər götürülmüşdür, o cümlədən “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə 17 aprel 2008-ci il tarixli 10521 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% olmaqla 10000000 ABŞ dolları məbləqində kredit verilmişdir. Bu məbləğ “xxxx” MMC tərəfindən faktiki olaraq cavabdehlə bağlanılmış müqavilənin icrasına yönəldilmişdir. Cavabdehlə belə razılaşdırılmışdır ki, görülmüş işlər nəzərə alınmaqla bank krediti onun tərəfindən qaytarılacaqdır. Məhz bu səbəblərdən kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə “xxxx” ASC ilə “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanılmış, Müqavilənin şərtlərinə əsasən “xxxx” MMC-i krediti ödəyə bilməyəciyi təqdirdə “xxxx” ASC bank qarşısında cavabdehlik daşımasını öhdəsinə götürmüşdür. “xxxx” MMC kredit müqavilələrinin şərtlərini pozmamış, ilkin olaraq alınmış əsas kredit məbləğlərini və kreditə hesablanmış faiz borcunu tələb olan qaydada ödəmişdir. Hər dəfə də cavabdeh inandırmışdır ki, bütün ödənilmiş məbləğlər işi təhvil alarkən qaytarılacaq, o cümlədən zamin olduğu 10000000 ABŞ dolları məbləğində kredit Banka onun tərəfindən qaytarılacaqdır. İddiaçı tərəfindən bağlanmış müqavilələr əsasında üzərlərinə götürdüyü öhdəliklər yerinə yetirilmiş, avtomobil yolunun genişləndirilməsi, bir neçə körpülərin salınması işləri uğurla başa çatdırılmışdır. Bu hallar cavabdehin özünün təsdiq etdiyi yerinə yetirilmiş işlərin qəbul aktı və bu işlərinin və xərclərinin dəyəri haqqında Arayış ilə öz təsdiqini tapır. Görülmüş işlərin bir hissəsinin ödənişi cavabdeh tərəfindən həyata keçirilmişdir, lakin əksər hissəsinin ödənişi bu günə kimi icra edilməmişdir ki, bunun da nəticəsində onlara külli miqdarda maddi zərər vurulmuş, bank qarşısında üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu da öz növbəsində götürülmüş kreditlər üzrə borcun və faizlərin artmasına səbəb olmuşdur. Kreditin və hesablanmış faizlərin qaytarılmaması səbəbindən “xxxx” ASC bir neçə dəfə cavabdehlər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş və hər dəfə də hazırkı iş üzrə cavabdehin borcu qaytaracağı vədləri nəzərə alınmaqla iddialar baxılmamış saxlanılmışdır. Sonradan “xxxx” ASC kredit borcunun tutulmasını və kredit borcu üzrə tələb hüququnu “xxxx” QSC-nin idarəetməsinə vermişdir. İddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh “xxxx” MMC-yə qarşı “Kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının “xxxx” MMC-yə qarşı kredit müqavilələri üzrə borcun tutulmasına dair iddia ərizəsi qismən təmin edilmiş, kredit borcunun tutulması avtomobillərə və cavabdehə məxsus digər daşınar əmlaklara yönəldilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən tərəflərindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq 2020-ci ilin dekabr ayında iddiaçı növbəti dəfə pretenziya ilə cavabdehə müraciət edərək Bank qarşısında üzərinə götürdüyü Zaminlik öhdəliklərini və gördüyü işlərin dəyərinin tam ödənilməsi məsələlərini həll etməsini xahiş etmişdir. Lakin yenə də cavabdeh öhdəliklərini yerinə yetirməkdən yayınmışdır. Beləliklə sübuta yetirilir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmir, qanunsuz olaraq iddiaçının pulu cavabdeh tərəfindən saxlanılır və bununla da Cəmiyyətə küllü miqdarda maddi, əhəmiyyətli dərəcədə mənəvi ziyan vurulur. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, banka olan borcun qaytarılması ilə bağlı “xxxx” MMC iddia irəli sürə bilməz. Belə ki, həm “xxxx” MMC-yə, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı “xxxx” QSC tərəfindən iddia qaldırılmışdır və həmin iddia üzrə məhkəmə qətnamələri vardır. İddianın digər hissəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 izahatında iddia ərizəsinin təmin olunacağı təqdirdə iddiaçının onlara olan borcunu ödəcəyini bildirdi və iddi tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - Kreditor xxxx ilə borclu “xxxx” MMC arasında bağlanmış 17.04.2008-ci il tarixli, 10521 saylı kredit müqavilələrinə əsasən ümumi məbləği 10000000 ABŞ dolları məbəğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən borclu qeyd edilən kredit müqaviləsnə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin borclu ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, icrasının gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 29.11.2010-cu il tarixli, 09/77 X5 müqaviləsinə əsasən sifarişçi Bakı-dairəvi-2 avtomobl yolunun Xocəsən-Lökbatan (11-19 km) hissəsinin əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının ******* manat məbləğində tender təklifini qəbul etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 10.02.2011-ci il tarixli, 09/17 X5 müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik- Ləzə-Suvar yolunun əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının 10000000 manat məbləğində tender təklifini qəbul etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 03.10.2011-ci il tarixli X5 müqaviləsinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə yerinə yetirilməli olan Qusar-Ənik-Ləzə-Suvar avtomobil yolunun əsaslı təmiri işlərinin görülməsini öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 20.02.2012-ci il tarixli, 09/28 X5 müqaviləsinə əsasən sifarişçi Qusar-Ənik-Ləzə yolunun əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün icraçının 19650000 manat məbləğində təklifini qəbul etmişdir. - “Qusar-Ənik-Ləzə-Suvar avtomobil yolunun əsaslı təmiri” üzrə 20 fevral 2012-ci il tarixli 09/28 nömrəli müqaviləyə 13.08.2012-ci il tarixli 1 saylı əlavə razılaşmaya əsasən layihədə edilən dəyişiklikləri nəzərə alaraq, müqavilə qiymətinə azalma edilmiş və əlavə müqavilə dəyəri 18381000 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 04.03.2013-cü il tarixli 09/41 saylı X5 müqaviləsinə əsasən sifarişçi Qusar- Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının 38000000 manat məbəğində təklini qəbul etmişdir.. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 30.01.2014-cü il tarixli 09/09 saylı X5 müqaviləsinə əsasən sifarişçi Qusar- Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının 20000000 manat məbləğində təklifini qəbul etmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 09.02.2015-ci il tarixli 09/21/0902 saylı X5 müqaviləsinə əsasən sifarişçi Qusar- Ənik-Ləzə 4 zolaqlı yolunun 10 km-lik hissəsinin və körpünün tikintisi işlərinin yerinə yetirilməsi üçün icraçının ******* manat məbləğində təklifini qəbul etmişdir. - 10.02.2021-ci il tarixli maliyyə arayışına əsasən ödəniş hesabına əsas borcdan 135336,02 manat, faiz borcundən 34353,98 manat olmaqla cəmi borcdan 169690 manat təşkil etmişdir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, iddianın faktiki əsası kimi tərəflər arasında müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsinə, hüquqi əsas kimi isə mülki qanunvericiliyin öhdəliklər bölməsi ilə bağlı müddəalarına istinad edilmişdir. Məhkəmə ilk olaraq iddiaçının zaminlik müqaviləsi üzrə 10000000 ABŞ dolları əsas borc tələbi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan zaminlik müqaviləsinin Müqavilənin 2.2-ci bəndinə əsasən borclu qeyd edilən kredit müqaviləsnə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin borclu ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, icrasının gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. Qeyd olan normalardan və müqavilənin müvafiq bəndindən göründüyü kimi cavabdeh orqan zamin kimi iddiaçı ilə birgə kreditor kimi bankın qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni 10000000 ABŞ dolları kredit borcunun iddiaçı tərəfindən cavabdehdən zamin olduğu üçün tələb edilməsi qanunsuz və əsassızdır. Çünki cavabdehin həmin borcun zamin müqaviləsi üzrə iddiaçı cəmiyyət ödənilməsi kimi bir öhdəliyi yoxdur. Qeyd olunan hallar Mülki qanunvericiliklə və müqavilənin şərtlərində öz təsdiqini tapmışdır. Həmin məhkəmə görülmüş işlər üzrə yaranmış borcla bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 29.11.2010-cu il tarixli, 09/77 X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 29.11.2011-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 10.02.2011-ci il tarixli, 09/17 X5 müqaviləsinə əsasən icra müddəti 14 ay yəni 10.04.2012-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 03.10.2011-ci il tarixli X5 müqaviləsinə əsasən icra müddəti 14 ay yəni 03.12.2012-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 20.02.2012-ci il tarixli, 09/28 X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 20.02.2013cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 04.03.2013-cü il tarixli 09/41 saylı X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 04.03.2014-cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi, 09.02.2015-ci il tarixli 09/21/0902 saylı X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni yəni 09.02.2016-ci il tarixində və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış 29.11.2010-cu il tarixli, 09/77 X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 29.11.2011-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yayınması halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 29.12.2012-ci il tarixdə başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 25.12.2020-ci ildə, yəni iddia müddəti başda çatdıqdan 8 il sonra, 10.02.2011-ci il tarixli, 09/17 X5 müqaviləsinə əsasən icra müddəti 14 ay yəni 10.04.2012-ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yayınması halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 10.05.2012-ci il tarixdə başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə iddia müddəti başa çatdıqdan 8 il 7 ay sonra, 03.10.2011-ci il tarixli X5 müqaviləsinə əsasən icra müddəti 14 ay yəni 03.12.2012ci il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yanınılmas halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 03.01.2013-cü il tarixdə başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə iddia müddəti başa çatdıqdan 7 il sonra, 20.02.2012-ci il tarixli, 09/28 X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 20.02.2013-cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yayınması halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 20.03.2013-cü il tarixdə başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 7 il sonra, 04.03.2013-cü il tarixli 09/41 saylı X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 04.03.2014-cü il tarixdə və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yayınılması halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 04.04.2014-cü il tarixdə başlanmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 6 il sonra və 09.02.2015-ci il tarixli 09/21/0902 saylı X5 müqaviləsinə əsasən icra müddəti 12 ay yəni 09.02.2016-ci il tarixində və icra müddətindən 30 bank günü ərzində ödəniş edilməsindən yayınılması halında həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 09.03.2017-ci il tarixdə başlanmışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə 3 il keçdikdən sonra müraciət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Buna görə məhkəmə hesab edir ki, zaminlik müqaviləsi üzrə əsas borcun ödənilməsi və görülmüş işlər üzrə iddia tələbləri təmin edilmədiyindən, həmin tələblər üzrə dəymiş mənəvi zərərin, işgüzar nüfuza vurulan zərərin və dəbbə puluna dair hissədə hüquqi qiymət verilməsi zərurəti qalmamışdır. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4rşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və borcun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar