Məhkəmə qərarları › İş №e-2-2(113)-7794/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7794/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7794/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 724186,52 manat əsas borcun, 72418 manat məbləğində hesablanmış cərimənin, 320 manat vəkil xərcinin, 1090 manat məhkəmə rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin tərəflər məhkəməyə elektron qaydada ərizələr ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini təmin edərək, barışıq sazişinin təsdiqlənməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2026-cı il tarixdə aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Sazişin predmeti 1.1. Tərəflər Bakı Kommersiya Məhkəməsində (iş No e-2-2(113)-7794/2025) baxılan mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlmişlər. 1.2. Cavabdeh İddiaçı qarşısında 688786,51 (altı yüz səksən səkkiz min yeddi yüz səksən altı manat 51 qəpik) məbləğində cari əsas borcunun mövcud olduğunu tam şəkildə tanıyır.

2. Borcun ödənilməsi şərtləri 2.1. Cavabdeh 688786,51 AZN məbləğində cari borcu xx.xx.2026-cı il tarixinədək İddiaçının bank hesabına tam həcmdə ödəməyi öhdəsinə götürür. 2.2. Ödəniş aşağıdakı bank rekvizitləri üzrə həyata keçirilir: Bank: "xxxx" ASC Bankın VÖEN-i: ********** Bankın kodu: 505141 SWİFT: PAHAAZ22 M.h.: AZ82NABZ******************** C.h.: AZ53PAHA40040AZNHC**********

3. İcra olunmamanın nəticələri 3.1. Cavabdeh bu Saziş üzrə öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi halda, İddiaçı: barışıq sazişinin icrası üçün icra sənədi əldə etmək; məhkəməyə müraciət edərək iddianın bərpasını tələb etmək; mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququna malikdir. 3.2. Bu halda İddiaçı tərəfindən əlavə cərimə, faiz və xərclərin tələb edilməsi hüququ saxlanılır.

4. Qarşılıqlı imtinalar 4.1. Bu Saziş tam icra edildiyi halda, Tərəflər bir-birinə qarşı eyni predmet üzrə hər hansı əlavə maddi və ya qeyri-maddi tələb irəli sürməyəcəklər. 4.2. Tərəflər Sazişin şərtlərinin könüllü, iradə sərbəstliyi əsasında bağlandığını təsdiq edirlər.

5. Yekun müddəalar 5.1. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmişdir. 5.2. Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra icra sənədi qüvvəsinə malikdir. 5.3. Saziş eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Barışıq sazişi İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndə və vəkili Nümayəndə1 Fəxrəddin oğlunun və Cavabdeh MMC-nin direktoru Nümayəndə2 imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə tərəflər arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Sazişin predmeti 1.1. Tərəflər Bakı Kommersiya Məhkəməsində (iş No e-2-2(113)-7794/2025) baxılan mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlmişlər. 1.2. Cavabdeh İddiaçı qarşısında 688 786,51 (altı yüz səksən səkkiz min yeddi yüz səksən altı manat 51 qəpik) məbləğində cari əsas borcunun mövcud olduğunu tam şəkildə tanıyır.

2. Borcun ödənilməsi şərtləri 2.1. Cavabdeh 688 786,51 AZN məbləğində cari borcu xx.xx.2026-cı il tarixinədək İddiaçının bank hesabına tam həcmdə ödəməyi öhdəsinə götürür. 2.2. Ödəniş aşağıdakı bank rekvizitləri üzrə həyata keçirilir: Bank: "xxxx" ASC Bankın VÖEN-i: ********** Bankın kodu: 505141 SWİFT: PAHAAZ22 M.h.: AZ82NABZ******************** C.h.: AZ53PAHA40040AZNHC**********

3. İcra olunmamanın nəticələri 3.1. Cavabdeh bu Saziş üzrə öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi halda, İddiaçı: barışıq sazişinin icrası üçün icra sənədi əldə etmək; məhkəməyə müraciət edərək iddianın bərpasını tələb etmək; mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququna malikdir. 3.2. Bu halda İddiaçı tərəfindən əlavə cərimə, faiz və xərclərin tələb edilməsi hüququ saxlanılır.

4. Qarşılıqlı imtinalar 4.1. Bu Saziş tam icra edildiyi halda, Tərəflər bir-birinə qarşı eyni predmet üzrə hər hansı əlavə maddi və ya qeyri-maddi tələb irəli sürməyəcəklər. 4.2. Tərəflər Sazişin şərtlərinin könüllü, iradə sərbəstliyi əsasında bağlandığını təsdiq edirlər. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar