Məhkəmə qərarları › İş №e-2-2(113)-78/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-78/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-78/2020 05.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-ya qarşı borcun tutulması və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “xxxx” MTK-nın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilkin iddia üzrə cavabdeh “xxxx” MTK-ya qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 22392 manat 56 qəpik əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MTK-dan tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İByə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək, xx xxxxxx 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MTK-ya qarşı borcun tutulması və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh “xxxx” MTK-nın ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar