Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-781/2022 01.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh Müharib oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Müharib oğluna qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 11892,40 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 oktyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları cavabdehə satmağı, cavabdeh isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icra edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə ödənilməli olan yekun 11892,40 məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı danışıqlar aparılsa da, danışıqlar hazırkı vaxtadək heç bir müsbət nəticə verməmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Bu səbəbdən də, yaranmış anlaşılmazlıqların aradan qaldırılması barədə tərəfimizdən cavabdehə məktubla müraciət edilsə də, müraciətimiz hazırkı dövrədək cavabsız qalmışdır. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3-cü və 28.4-cü maddələrinə uyğun olaraq tərəfimizdən Mediasiya Şurasına müraciət olunmuş və Şura tərəfindən X1 mediator qismində təyin olunmuşdur. Cavabdeh 29 oktyabr 2021-ci il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında üzrlü səbəb göstərmədən iştirak etməmiş və bu səbəbdən də tərəflərə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 11892,40 manat məbləğində borcun ödənilməsi tələb olunur. Cavabdeh Müharib oğlunun nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində qeyd edilən borcun tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yarandığı göstərilsə də, ərizənin xahiş etdi hissəsində tamamilə başqa, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən borcun tutulması xahiş edilir. İddia ərizəsində borcun 11892,4 manat təşkil etdiyi göstərilsə də, kommersiya işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktında ödənilməli vəsaitin 10623,55 manat təşkil etdiyi göstərilmişdir. Kommersiya işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində, nə də xx.xx.2019-cu il tarixli təhvil təslim aktında, nə də xx.xx.2019-cu il tarixli qiymətin razılıq protokolundakı imzalar Cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh İddiaçı MMC ilə belə bir müqavilə bağlamamış, sifariş verməmiş, mal təhvil almamışdır, sənədlərdə olan digər əlamətlər də onların həqiqi olmadığını göstərir. Məhkəmə işində olan sənəddəki imzalar Cavabdeh imzasına oxşadılmağa çalışılmışdır. Hesab edirəm ki, borc mövcud olmadığı üçün iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Müharib oğlunun nümayəndəsi Vəkil iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh Müharib oğlu fəaliyyətini dayandırdığına görə vergi elektron sistemini izləməməmiş və vergi elektron kabinetinə yüklənilən elektron qaimələrdən məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 4/960 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş e-2-2(113)-781/2022 nömrəli işin 25-27-ci vərəqlərində "xxxx" MMC və İddiaçı MMC-nin adlarından olan 07 oktyabr 2019-cu il tarixli tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında müqavilənin sonunda “sifarişçi” hissəsində “Direktor, Cavabdeh” yazılarının üst hissəsində möhür əksinin üzərindəki imza: iş vərəqi 28-də olan tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında razılıq protokolunda “sifarişçi” hissəsində “Direktor, Cavabdeh” yazılarının üst hissəsində möhür əksinin üzərindəki imza və iş vərəqi 29-da olan 10 oktyabr 2019-cu il tarixli tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında təhvil-təslim aktında "xxxx" MMC işi təhvil aldı” qrafasında möhür əksinin üzərindəki imza- Cavabdeh Müharib oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiz xərci – 120 manat. 2019-cu ilin oktyabr ayının 04-dən 24-nə kimi İddiaçı MMC-nin Cavabdeh Müharib oğlunun vergi elektron sistemində olan kabinetinə yüklədiyi elektron qaimələrdən görünür ki, cəmiyyət 17212,12 manat məbləğində işlər görmüş və xidmət göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq edilən sübutlara əsasən hesab edir ki, iddia rədd edilməlidir, belə ki, İddiaçı MMC 07 oktyabr 2019-cu il tarixli tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında müqavilə, tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında razılıq protokolu və 10 oktyabr 2019-cu il tarixli tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında təhviltəslim aktına istinadən 11892,40 manat məbləğində pulun cavabdehdən Cavabdeh Müharib oğlundan tutularaq ödənilməsini xahiş etsə də, 08 iyul 2022-ci il tarixli 4/960 nömrəli ekspert rəyinə əsasən sözügedən sənədlərində Cavabdeh Müharib oğlu sözləri qarşısında imza- Cavabdeh Müharib oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanıldığı iddia edilən 07 oktyabr 2019-cu il tarixli tikiş və toxuculuq xidmətlərinin göstərilməsi haqqında müqavilədə alıcı qismində "xxxx" MMC, təmsil edən direktor kimi Cavabdeh Müharib oğlu göstərimiş, halbuki “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən "xxxx" MMC adlı hüquqi şəxs ümumiyyətlə mövcud deyil. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh Müharib oğlunun vergi elektron sistemində olan kabinetinə yüklədiyi və 17212,12 manat məbləğində görülən işləri əks etdirən elektron qaimələr hazırki tələbin təmin edilməsi üçün xidmətlərin göstərilmisini təsdiq edən digər mötəbər sübutlar təqdim edilmədiyinə görə kifayət deyil. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 07 oktyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 11892,40 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqqın Cavabdeh Müharib oğludan tutularaq xeyrinə ödənilməsi tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin rədd olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə xətşünaslıq ekspertizası ilə bağlı olan 120 manat məbləğində xərc İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin 07 oktyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 11892,40 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqqın Cavabdeh Müharib oğludan tutularaq xeyrinə ödənilməsi tələbi ilə bağlı iddiası rədd edilsin. Məhkəmə xətşünaslıq ekspertizası ilə bağlı olan 120 manat məbləğində xərc İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-781/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-781/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver