Məhkəmə qərarları › İş №e-2-2(113)-785/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-785/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-785/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-10955 nömrəli xx.xx.2019-cu il tarixli inventar aktına əsasən hesablanmış 2147,63 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək, VÖEN əsasında Qaradağ rayon, Sahil qəsəbəsində yerləşən 12 kvmetr qeyri-yaşayış sahəsində bərbər kimi fəaliyyət göstərir. xx xxx 2019-cu ildə obyektdə cavabdehin əməkdaşları tərəfindən yoxlama aparılmış, yoxlamanın nəticələrinə dair MXD 10995 nömrəli akt tərtib edilmişdir. Aktın surəti iddiaçıya təqdim edildikdə iddiaçı tərəfindən orda heç bir xətt çəkilmədiyini bildirərək ona imza etməkdən imtina etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin akt əsasında iddiaçıya 2147,63 manat borc hesablanmışdır. Bu məbləğdə borcun hansı əsaslarla hesablanması və qaydası iddiaçıya məlum deyildir. İddiaçı hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama əsasında 2147,63 manat borcun hesablanması qanunsuzdur. Belə ki, müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə olan halda cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş, 2147,63 manat məbləğində borcun hesablanması üçün əsas olmuş MXD10955 nömrəli inventar aktının heç bir hüquqi qüvvəsi yoxdur. Belə halda həmin borcun hesablanması da qanunsuzdur. Bundan başqa cavabdehin əməkdaşları dövrü olaraq gəlib sayğaca baxış keçirmişlər. İddiaçı tərəfindən hər hansı qanunsuz bir xəttin çəkilməsini görmədikləri halda ona belə böyük bir məbləğdə borc hesablanmışdır. Həmin borcun hansı əsaslarla, hansı müddətə və hansı qaydada hesabanması da aydın deyildir. Abunə haqqında saldoya diqqət yetirilsə iddiaçı 2015-ci ildən 2020-ci ilə qədər cəmi 231 manat su istehlak etmiş, yəni ildə 50 manatdan az bir məbləğ təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2008-ci il tarixli **********8 saylı arayışına əsasən Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialı tərəfindən verilmiş bu arayış İddiaçı 1093 ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınmasını təsdiq edir. - xx xxx 2019-cu il tarixli MXD seriyalı, 10955 saylı inventar aktına əsasən su xəttinə bexış keçirilən zaman sayğacdan kənar d=15 mmlik su xətti çəkilib istifadə olunmuşdur. -xx xxx 2019-cu il tarixli tarixli akta əsasən İddiaçıa məxsus obyektdə 1098 kuv.m. miqdarında 2196 manat dəyərində sudan qanunsuz istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə ziyan dəydiyi qeyd olunmuşdur. - Abonent haqqında məlumat cədvəlindən göründüyü kimi X3 xx.xx.2021-ci il tarixə qalıq borcu 2195,50 manat qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 2196 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar