Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7854/2025 30.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" (Aqroservis) Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 29 noyabr 2016-cı il tarixli 07-LA/16 saylımüqavilə üzrə xx.xx.2024-cü il tarixə əsassız hesablanmış 555.210,00 manat gecikdirilmiş borc və hesablanmış 305.365,50 manat cərimə borcunun “Lizinq müqaviləsi” nin 5.2.,5.4. və 5.6 bəndlərinə əsasən silinməsi barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli, 07-LA/16 nömrəli müqavilə üzrə 555210 (beş yüz əlli beş min iki yüz on) manat gecikdirilmiş borc və hesablanmış 305365,50 manat (üç yüz beş min üç yüz altmış beş manat əlli qəpik) cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1866/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixli, 07- LA/16 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə yaranmış 555210 (beş yüz əlli beş min iki yüz on) manat əsas borc, 27800 (iyirmi yeddi min səkkiz yüz) manat cərimə və 500 (beş yüz) manat hüquqi yardım xərci olmaqla, ümumilikdə 583510 (beş yüz səksən üç min beş yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Yuxarıda qeyd olunan hallardan görünür ki,hazırki tələb ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7854/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7854/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver