Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-79/2022 21.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı “X5” MMC-nin nümayəndəsi vəkil Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” MMC-nin cavabdehlər "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X5” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X5” MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sığorta təminatı almış və tələf olmuş 27 baş iri buynuzlu heyvanlara görə 54945 manat məbləğdə sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq “X5” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdeh "xxxx" ASC ilə iddiaçı “X5” MMC arasında KTHS********** nömrəli sığorta müqaviləsi bağlanılmış və ünvan 1 ünvanında yerləşən təsərrüfatda olan kənd təsərrüfatı heyvanları (53 baş) sığorta olunaraq müvafiq sığorta təminatı almışdır. Lakin siğorta olunan 27 baş inək xəstəlik səbəbindən tələf olmuşdur. İddiaçı tərəfindən "xxxx"ASC-yə xx.xx.2020-ci il tarixli məktubla müraciət edilmiş və xx.xx.2019-cu il tarixli sığorta müqaviləsi ilə siğortalanmış, tələf olmuş heyvanlara görə sığorta ödənişinin verilməsi xahiş edilmişdi. Lakin xx.xx.2020ci il tarixli AS-20/1300 nömrəli məktubla "xxxx"ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmin sığorta müqaviləsinə əsasən sığorta hadisəsi baş verdiyinə görə tələf olmuş 27 baş kənd təsərrüfatı heyvanına görə cavabdeh tərəfindən “X5” MMC-yə sığorta ödənişi verilməlidir. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi sığorta məbləği 215730 manat və illik sığorta ödənişi isə sığorta məbləğinin 50 %-i miqdarında, yəni 107865 manat məbləğində müəyyən edilmişdir. Tələf olmuş 1 baş heyvana görə 2035 manat (107865 manat: 53) məbləğdə sığorta ödənişi verilməlidir. Baş vermiş sığorta hadisəsi nəticəsində 27 baş inək tələf olduğuna görə cavabdeh tərəfindən iddiaçı “X5” MMC-yə 54945 manat( 2035x27) məbləğdə sığorta ödənişi verilməlidir. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, "X5" MMC ilə arasında xx.xx.2019-cu il tarixdə KTHS********** saylı sığorta müqaviləsi bağlanılmış və "X5" MMC-yə məxsus Xızı rayonu. Yeni-Yaşına kənd ərazisi ünvanında yerləşən təsərrüfatda olan kənd təsərrüfatı heyvanları sığorta olunaraq, müvafiq sığorta təminatı almışdır. "X5" MMC məktubla müraciət edərək, sığortalanmış kənd təsərrüfatı heyvanlarına maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş müraciətə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Bildirmək istəyirik ki. xx.xx.2019-cu il tarixli. KTHS********** saylı sığorta şəhadətnaməsində təsərrüfatın ərazisi Xızı rayonu qeyd olunsa da, dövlət Baytarlıq Müfəttişi tərəfindən təqdim olunan aktdan və digər sənədlərdən təsərrüfatın Qusar rayonuna aparıldığı, sığorta hadisəsinin Qusar rayonunda baş verdiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş ekspertiza hesabatından görünür ki. Şahdağda havanın hərarəti +15C olmuş və güclü yağış nəticəsində heyvanların bir hissəsi elə ordaea xəstələnmiş, hətta 2 iribuynuzlu heyvan Şahdağ ərazisində ölərək basdırılmışdır. Xaçmaz regional baytarlıq nəzarəti sektorundan verilən məlumata görə təsərrüfatda olan iri buynuzlu heyvanları cinsini nəzərə alaraq ümumiyyətlə dağ şəraitinə və iqliminə uyğun olmamışdır. Heyvanlara nəzarət edən Aydın Ağabəyovun sözlərinə görə hətta heyvanlar dağda açıq şəraitdə qalaraq yağış və soyuğun təsirindən xəstələnmişdilər. Bildirmək istəy irik ki. xx.xx.2019-cu il tarixli. Kİ İ İS ********** saylı sığorta müqaviləsinə əsasən sığorta təminatı yalnız sığorta ərazisi hüdudlarında verilir və hu hüdudlardan kənarda baş vermiş hadisələr təminata daxil edilmir. Həmçinin bildirmək istəyirik ki. "xxxx" MMC' tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə keçirilmiş ekspertiza hesabatından görünür ki. inəklər fermada lazimi şəraitin olmaması və fermanın natəmiz, anti-sanitariya olması səbəbindən tələf olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5” MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə “X5” MMC arasında KTHS********** nömrəli sığorta müqaviləsindən görünür ki, iddiaçıya məxsus 215730 manat dəyərində olan 53 baş iri buynuzlu heyvanları ünvan 1 ünvanında yerləşən təsərrüfatda 9707 manat sığorta haqqı ödənilmək şərti ilə sığortalanmış, həmçinin sığorta ərazisi Xızı rayonu, Yeni Yaşma kənd ərazisi olmaqla sığorta təminatı yalnız sığorta ərazisi hüdudlarında verilmiş, həmin hüdudlardan kənarda baş vermiş hadisələrə təminat daxil edilməmişdir. "xxxx" MMC-nin 015/20 nömrəli ekspertiza hesabatından görünür ki, 53 baş İBH əvvəlcədən Şahdağ dağına yemlənməyə, sonradan 01 avqust 2020-ci il tarixdə Qusar rayonu,Qalacıq kəndinə yaylağa köçürülmüş, Şahdağda havanın hərarəti nəticəsində 2 heyvan ölmüş, qalan 22 heyvan isə Qalacıq kəndində 3 gün ərzində gətiriləndən sonra tələf olmuşdur. 1-26 nömrəli yarma protokollarından görünür ki, “X5” MMC-yə məxsus 27 baş inək Qusar rayonu, Qalacıq kəndində xəstələnərək tələf olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci və 922.1-ci maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə “X5” MMC arasında KTHS********** nömrəli sığorta müqaviləsinə əsasən iddiaçıya məxsus 215730 manat dəyərində olan 53 baş iri buynuzlu heyvanları ünvan 1 ünvanında yerləşən təsərrüfatda 9707 manat sığorta haqqı ödənilmək şərti ilə sığortalanmış, həmçinin sığorta ərazisi Xızı rayonu, Yeni Yaşma kənd ərazisi müəyyən edilmişdir. 2020-ci ilin yay aylarında sözügedən heyvanlar əvvəlcədən Şahdağ dağına yemlənməyə, sonradan isə Qusar rayonu, Qalacıq kəndinə yaylağa köçürülmüş, heyvanların ikisi Şahdağ dağında, 25 baş iri buynuzlu heyvan isə Qusar rayonu,Qalacıq kəndində tələf olmuş və bununla bağlı xx.xx.2020-ci il tarixdə sözügedən kənddə yarma protokolları tərtib edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir, belə ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta təminatı yalnız sığorta ərazisi hüdudlarında verilmiş, həmin ərazi isə müqavilədə məhz ünvan 1 göstərilmiş, iri buynuzlu heyvan isə ərazi hüdudlardan kənarda və sığorta təminatı verilməyən Qusar rayonu ərazisində tələf olmuşlar. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “X5” MMC-nin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sığorta təminatı almış və tələf olmuş 27 baş iri buynuzlu heyvanlara görə 54945 manat məbləğdə sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq “X5” MMC-yə ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı “X5” MMC-nin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sığorta təminatı almış və tələf olmuş 27 baş iri buynuzlu heyvanlara görə 54945 manat məbləğdə sığorta ödənişinin "xxxx" ASC-dən tutularaq “X5” MMC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-79/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-79/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver