Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7907/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış əsas borca görə 1311 manat, dəbbə puluna görə 131,10 manat; ödənilmiş dövlət rüsumuna görə 34,42 manat olmaqla, cəmi 1476,52 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli, 20.06/1/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə ödənilməmiş əsas məbləğ 1311 manatdır. Cavabdeh tərəfindən müqavilənin 3.1.1, 4.2, 5.4-cü bəndinin tələbləri pozulmuş, nəticədə müqavilədən irəli gələn öhdəliklər üzrə qeyd olunan məbləğdə borc yaranmışdır. Bu pulun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə dəfələrlə cavabdehə şifahi və yazılı qaydada xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Mübahisənin həll edilməsi də mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, MB-315/2023 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcı tərəfindən verilən sifarişləri qəbul edərək müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/və ya əlavələrində (bundan sonra birlikdə “Əlavələr”) göstərilən miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə malları (bundan sonra birlikdə “mallar”) istifadə məqsədləri üçün yararlı halda alıcıya təhvil verməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini Əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilə və ya müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrində nəzərdə tutulmuşdur; 2.1-ci bəndinə əsasən tərəflər arasında müvafiq razılıq olmadıqda müqavilənin qüvvədə olduğu müddətdə malın qiymətinin dəyişdirilməsinə yol verilmir. Mallarda qiymətin dəyişdirilməsi zamanı satıcı ən azı 1 (bir) ay qalmış bu barədə alıcını xəbərdar etməlidir; 3.1.1-ci bəndinə əsasən alıcıdan müqavilə üzrə təhvil verilmiş malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur; 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər, Əlavədə digər şərtlər nəzərə alınmayıbsa, 100% avans şəklində nağdsız hesablaşmalar qaydasında ödəniləcəkdir; 4.2-ci bəndinə əsasən ödəniş bank hesabına köçürmə qaydası ilə aparılır. Tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün baıık komissiyaları və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir; 4.3-cü bəndinə əsasən sifariş olunan mallar alıcı ya, 50% avans ödədiyi tarixdən 20 (iyirmi) iş günü müddətində təhvil verilir; 5.4-cü bəndinə əsasən alıcı razılaşdırılmış müddətdə ödənişi həyata keçirmədikdə hər gecikdirilən gün üçün əsas məbləğin 0.1%-i qədər gecikmə faizi hesablanır. - xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 302592 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 885 manat təşkil edir. - Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli malların təhviltəslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ümumi dəyəri 885 manat (750+135 ƏDV 18%=885) olan mal təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 098230 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 354 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 248060 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 1032,50 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 349923 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 260,78 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 223198 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 778,80 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 502439 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 212,40 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 697280 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 885 manat təşkil edir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ13ACAB******************** nömrəli hesabına 750 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ13ACAB******************** nömrəli hesabına 300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ13ACAB******************** nömrəli hesabına 875 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ13ACAB******************** nömrəli hesabına 500 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh və İddiaçı arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam formada iddiaçıya ödəməmiş, ona görə də iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə cavabdehin öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 1311 (min üç yüz on bir) manat borc iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən qismən ödənişlər edilmiş və 1311 manat ödənilməmiş məbləğ qalmışdır. Həmçinin qeyd etmək lazımdır ki, cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən 131,1 manat məbləğində cərimənin tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır və cavabdehdən 131,1 manat (yüz otuz bir manat on qəpik) cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,42 manat (otuz dörd manat qırx iki qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1311 (min üç yüz on bir) manat borc, 131,1 manat (yüz otuz bir manat on qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,42 manat (otuz dörd manat qırx iki qəpik) olmaqla, ümumilikdə 1476,52 manat (min dörd yüz yetmiş altı manat əlli iki qəpik) məbləğində pul vəsaiti İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7907/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-7907/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver