Məhkəmə qərarları › İş №e-2-2(113)-796/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-796/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-796/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 MMC cavabdeh "xxxx"xxxx"xxxx" ASC-dən Azərmaş MMC-nin xeyrinə 4610 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0,1 faizi olmaqla hesablanmış 553 manat məbləğində dəbbə pulu, mediasiya xidməti üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, cəmi 5263 manat pul vəsaitinin iddaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC-yə məxsus lizinqə verilmiş “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.10.2019-cu il tarixli avtomobillərin sığortası üzrə şəhadətnaməyə əsasən "xxxx" ASC-də sığorta haqqı ödənilməklə 3 il müddətinə, 18.10.2022-ci il tarixədək sığortalanmışdır. Şəhadətnamənin 1-ci bəndinə əsasən sığorta təminatına yol nəqliyyat hadisələri sığorta riski kimi daxil edilmişdir. Sığorta Şəhadətnaməsinin qüvvədə olduğu dövrdə İddiaçı1 MMC-yə məxsus sığortalanmış “KHAZAR LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edilərkən Bakı şəhərində Azər Əliyev küçəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. Hadisə baş verdikdən sonra DYP-nin əməkdaşları hadisə yerinə gəlmiş və hadisəni qeydiyyata almışlar. Hadisədən 2 gün sonra polis tərəfindən onlara məlumat verildikdən sonra faydalanan şəxs kimi İddiaçı1 MMC Rəvan Sığorta şirkətinə telefonla sığorta hadisəsi barədə məlumat verilmişdir. Tərtib edilmiş protokoldan da göründüyü kimi avtomobili etibarnamə əsasında idarə edən X8 İXM-nin 327, 327.6-cı maddələrində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməklə 100 manat cərimə edilmişdir. "xxxx" ASC-yə ********** nömrəsindən hadisə barədə məlumat alan kimi ********** (Eyvaz) nömrəsilə əlaqə saxlanmış və məlumat verilmişdir. Hadisə barədə onlar 3 gün sonra xəbər tutmuşlar və 3cü gün də Sığorta Şirkətinə məlumat vermişlər. "xxxx" ASC- nin nümayəndəsi sığorta portfelinin ötürülməsi barədə onlara heç bir məlumat vermədən sığorta hadisəsi olmasını qeydiyyata aldığını söyləmiş və tez bir zamanda əlaqə saxlanacağını bildirmişdir. Bir müddət sonra yenidən əlaqə saxlandıqdan Sığorta Şirkətinin portfelnin "xxxx" ASC-yə keçdiyini və onlarla əlaqə saxlanılmasını tövsiyə etmişlər. 31.05.2021-ci il tarixdə X9 tərəfindən cavabdehə yazılı müraciət edilmiş və iyul ayında həmin şəxsə sığorta ödənişindən imtina barədə məktub göndərilmişdir. İmtinaya əsas kimi isə sığorta hadisəsi barədə sığortaçıya gec məlumat verilməsi olmuşdur. Bununla bağlı bildirmək istəyirlər ki, Rəvan Sığorta ASC ilə bağlanmış müqaviləyə və qaydalara əsasən sığorta olunan sığorta hadisəsi olduğu zaman bildyi vaxtdan 3 gün ərzində sığorta edənə məlumat verməlidir. Hadisə olan zaman İddiaçı1 MMC-nin sığorta hadisəsindən xəbəri olduğu vaxtdan dərhal sığorta hadisəsi olduğu vaxtdan 2 gün ərzində "xxxx" ASC-yə telefonla məlumat verilmişdir. Hesab edirlər ki, imtina əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Khazar LX markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.10.2019-cu ildə avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi ilə "xxxx" ASCdə 3 il müddətinə sığortalanmış, daha sonra isə 27.04.2021-ci il tarixli “sığorta portfelinin ötürülməsinə dair” müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. 26.05.2021-ci il tarixdə adıçəkilən avtomobilin yol nəqliyyat hadisəsinə uğraması barədə şirkətlərinə məlumat daxil olmuş və məsələ dərhal araşıdırılmağa başlanılmışdır. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərarda hadisənin 19.05.2021-ci ildə baş verdiyi təsdiqini tapmışdır. İddiaçı qanunvericiliyin tələblərinə sığortalının vəzifələrinə aid olan hissəsində məhəl qoymadan 31 may 2021-ci il tarixli sığorta ödənişinin verilməsi tələbi ilə sığortaçıya rəsmi müraciət məktubu ünvanlamışdır. İddiaçıya sığorta ödənişinin verilməsindən imtinanın səbəbləri qanunvericiliyin tələbləri barədə məlumatlandırılaraq, aydın şəkildə 05.07.2021-ci il tarixli rəsmi cavab məktubu ilə izah edilmişdir. Beləliklə, iddiaçının ərizəsində irəli sürdüyü faktlara dair heç bir sübut ortaya qoymadığını, hüquqi əsaslandırma üçün müraciət etdiyi Mülki Məcəllənin maddələrinə isə özünün əməl etmədiyi müəyyən olunur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə PMİ 014648 nömrəli sığorta şəhadətnaməsinə əsasən, “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil sığortaçı "xxxx" ASC tərəfindən 19.10.2019-cu ildən 18.10.2022-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 19.10.2020-1910.2021-ci il tarixləri arası dövrdə 11.900 manat, şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Sığortalı və sığorta olunan X9, faydalanan şəxs İddiaçı1 MMC-dir. Sığorta riskləri qismində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üşüncü şəxslərn qanuna zidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər, heyvanların hərəkətləri qeyd edilmişdir. 27.04.2021-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC (ötürən sığortaçı) və "xxxx" ASC (qəbul edən sığortaçı) arasında bağlanmış sığorta portfelinin ötürülməsinə dair müqaviləyə əsasən ötürən sığortaçı bu müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində təhvil-təslim aktlarında göstərilmiş sığorta müqavilələrini qəbul edən sığortaçıya ötürməyi, qəbul edən sığortaçı isə öz növbəsində həmin sığorta müqavilələrinin 3-cü bəndində göstərilmiş qaydada ötürən sığortaçıdan qəbul etməyi və sığorta müqavilələrinin ötürülməsi üzrə bu müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təhvil-təslim aktı imzalanan gün saat 23:59-dək ötürülən sığorta müqavilələri üzrə bütün hüquq və vəzifələr ötürən sığortaçının öhdəsində qalır, saat 23:59-dan sonra qəbul edən sığortaçıya keçir. 27.04.2021-ci il tarixdə ləğv prosesində olan "xxxx" ASC (ötürən sığortaçı) və "xxxx" ASC (qəbul edən sığortaçı) arasında bağlanmış 27.04.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqaviləyə 1 nömrəli əlavəyə əsasən qəbul edən sığortaçı ötürən sığortaçıdan onun 66.855 manat dəyərində baş vermiş, lakin bildirilməmiş zərərlərin ehtiyatını qəbul edir, ötürən sığortaçı bunun qarşılığında qəbul edən sığortaçıya sığorta portfelinin ötürülməsinə dair 01 nömrəli 27.04.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş ödənişdən əlavə olaraq 10.000 manat ödəyir. 30.04.2021-ci il tarixli ləğv prosesində olan "xxxx"xxxx"xxxx" ASC arasında imzalanmış təhvil-təslim aktına əsasən sığorta portfelinin ötürülməsinə dair 1 nömrəli 27.04.2021-ci il tarixli müqavilə üzrə qoşma 1-də göstərilən 3161 ədəd sığorta şəhadətnaməsi və ona əlavə edilmiş sənədləri öz aralarında təhvil-təslim etmişlər. AD N 629132 nömrəli X1 Şəhadətnaməsinə əsasən **-PC-*** dövlət qeydiyyat nömrəli, “Khazar LX” minik markalı avtomobil İddiaçı1 MMC-nin mülkiyyətindədir. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş 07.06.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və 16.06.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X10 19.05.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X5 07.06.2021-ci il tarixli izahatı ilə müəyyən olunur ki, E.Ağazadə etibarnamə ilə idarə etdiyi “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 19.05.2021-ci il tarixdə yol nəqliyyat hadisəsini törətmiş, hadisə zamanı bədən xəsarəti almasa da, avtomobilə maddi ziyan dəymişdir. Avtonəqliyyat saxlanılma qəbulu barədə aktla təsdiq edilir ki, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bəzi hissələri zədəli halda 19.05.2021-ci il tarixdə evakuatorla (Yasamal rayonu ərazisində yerləşən) nəqliyyat vasitəsi duracağına gətirilmişdir. "xxxx" ASC X6 05.07.2021-ci il tarixli 377/21 nömrəli müraciət məktubu ünvanlayaraq qeyd etmişdir ki, 26.05.2021-ci il tarixdə saat 15:00-da “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilin 19.05.2021-ci il tarixində Bakı şəhərində YHN-ə uğrayaraq zədələnməsi barədə şirkətə məlumat daxil olmuş, həmin hadisə ilə bağlı 31.05.2021-ci il tarixli sığorta ödənişinin verilməsi tələbinə cavab olaraq bildirmişlər ki, “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobili PMİ 014176 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi ilə "xxxx" ASC-də sığortalanmış və 27.04.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. TP ******* saylı inzibati xəta haqqında qərardan məlum olur ki, hadisə zamanı sığortalanmış avtomobil X10 tərəfindən idarə olunmuş və o, hadisə baş verdikdən sonra dövlət orqanına (DYP) məlumat vermədən hadisə yerindən yayınmışdır. Hadisə barədə məlumat vermək imkanlarının olduğu halda "xxxx" ASC-yə, həmçinin səlahiyyətli dövlət orqanına zamanında məlumat verilmədiyi üçün sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum etmiş, bu səbəbdən (Mülki Məcəllənin 923.1 və 935.1.1-ci maddələrin əsasən) "xxxx" ASC tərəfindən onlara sığorta ödənişinin verilməsindən imtina edilir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 nömrəli 11.08.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 2740 manat, digər xərclər 1870 manat olmaqla, cəmi 4610 manat təşkil edir. Həmçinin hesabatda əks olunan fotoşəkillərdən görünür ki, “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil zədəli vəziyyətdədir. 07.09.2021-ci il tarixdə İddiaçı1 MMC xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək MMC-yə 4610 manat məbləğində sığorta ödənişinin 2 gün müddətində ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağmı bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.04.2022-ci il tarixli qərardadına əsasən "xxxx" MMC-dən götürülmüş 19.05.2021-ci il tarixdən 07.06.2021-ci il tarixədək olan müddətdə (sığortalı və sığorta olunan X4 (822794 nömrəli 09.09.2019-cu il tarixli - 10 illik) etibarnamə ilə nümayəndəsi X2 məxsus) ***-***-**-** telefon nömrəsindən çıxan və həmin nömrəyə gələn zənglərin siyahısı ilə təsdiq edilir ki, 20.05.2021-ci il tarixdə (saat 18:30:11); 24.05.2021-ci il tarixdə (saat 11:54:11); 25.05.2021-ci il tarixdə (saat 18:16:45), 26.05.2021-ci il tarixdə (saat 15:02:17-də) ***-***-**-** telefon nömrəsi ilə "xxxx" ASC-nin istifadəsində olan (077)303-88-22 mobil nömrəsi ilə telefon danışıqları olmuşdur. - Şahid X7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, sığortalı X4 qohumudur, eyni zamanda etibarnamə üzrə nümayəndəsi olmuşdur. B.Əliyevin bütün işlərini o idarə edir. Hadisə 19.05.2021-ci ildə baş verib, lakin onlara hadisə baş verdikdən bir-iki gün sonra məlumat verilib. Maşında quraşdırılmış GPRS vasitəsilə avtomobilin hərəkət etmədiyini müşahidə etmişlər və müəyyən etmişlər ki, avtomobil Yasamal Rayonu ərazisində yerləşən cərimə meydançasındadır. Dərhal "xxxx" ASC-də çalışan şəxsə məlumat vermişlər, həmin şəxs onlara "xxxx"xxxx"xxxx" ASC-yə ötürülməsi prosesinin getdiyini və həmin prosesin hansı məthələdə olmasını dəqiqləşdirdikdən sonra onlara məlumat verəcəyini bildirdi. "xxxx" ASC avtonəqliyyat vasitəsinə baxış keçirdi və onlara məktub ünvanlayaraq gec xəbər verilməsi ilə əlaqədar ödəniş etməyəcəyini bildirdi. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar Rəvan Sığorta ilə bir neçə müqavilə bağlamışlar və baş verən sığorta hadisələri ilə bağlı həmişə Eyvaz adlı şəxsə məlumat verirdilər. Sözügedən hadisə əlumatı ya 20 may və ya 21 may tarixlərində vermişlər. Öhdəliklərin cavabdehə ötürülməsi barədə hadisədən bir həftə sonra məlumat əldə etmişlər. İnzibati xəta haqqında protokolun 07.06.2021-ci il tarixdə tərtib edilməsinin səbəbi sürücünün izahat verməkdən imtina etməsi idi. Sürücünün izahat verməkdən imtina etməsinə dair sənədin olub-olmaması ilə bağlı məlumatı yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, PMİ 014648 nömrəli sığorta şəhadətnaməsinə əsasən İddiaçı1 MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobil sığortalı X9 tərəfindən nəqliyyat vasitələrinin tam sığortası unövü üzrə "xxxx" ASC-də sığortalanmışdır. "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış sığorta portfelinin ötürülməsinə dair müqaviləyə əsasən “sözügedən sığorta şəhadətnaməsi üzrə sığortaçının hüquq və vəzifələri 27.04.2021-ci il tarixdən etibarən Rəvan Sığorta” ASC tərəfindən "xxxx" ASC-yə ötürülmüşdür. 19.05.2021-ci il tarixdə - sığorta şəhadətnaməsinion qüvvədə olduğu müddətdə “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü X10 tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs İddiaçı1 MMC tərəfindən sığorta ödənişin ödənilməsinə dair tələblə "xxxx" ASC-yə müraciət edilsə də, "xxxx" ASC hadisə barədə sığortaçıya və dövlət orqanına vaxtında məlumat verilmədiyini, nəticədə sığortaçının sığorta hadisəsinin olub-olmamasını müəyyən etmək imkanından məhrum olduğunu əsas göstərməklə sığorta ödənişi verməkdən imtina etmişdir. Hazırda İddiaçı1 MMC məhkəmə iddia qaldıraraq sığorta ödənişinin və dəbbə pulunun cavabdeh "xxxx" ASC-dən tutulmasını tələb edir. İşin yuxarıda göstərilən hallarınndan da göründüyü kimi məhkəmə tərəfindən birinci növbədə müəyyənləşdirilməli olan mübahisəli hal sığortalı (və ya sığorta olunan və ya faydalanan şəxs) tərəfindən yol nəqliyyat hadisəsi barədə sığortaçıya və dövlət orqanına qanunla müəyyən edilmiş müddətdə məlumat verilib-verilməməsindən ibarətdir. Mülki Məcəllənin: 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 923.2-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 923.3-cü maddəsinə görə sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4-cü maddəsinə görə bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğu halda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göstərilən halla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi tarixə – 19.05.2021-ci il tarixə sığorta şəhadətnaməsi üzrə sığortaçının hüquq və vəzifələri ləğv prosesində olan "xxxx" ASC (ötürən sığortaçı) və "xxxx" ASC (qəbul edən sığortaçı) arasında bağlanmış sığorta portfelinin ötürülməsinə dair müqaviləyə və təhvil-təslim aktına əsasən "xxxx" ASC-yə ötürülsə də, həmin müqavilə barədə sığorta müqaviləsinin digər tərəflərinə (sığortalı, sığorta olunan və faydalanan şəxsə) məlumat verilməmişdir. Mülki Məcəllənin 195-ci maddəsinə görə tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda hadisənin baş verdiyi tarixə sığortalının (sığorta olunan və ya faydalanan şəxs) tələbin güzəşti barədə barədə məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmadığından sığortalı (sığorta olunan və ya faydalanan şəxs) sığorta hadisəsi barədə sığortaçıya məlumat vermək öhdəliyini tələbin ilk sahibinə - "xxxx" ASC-yə münasibətdə icra etməkdə haqlı idi. Məhkəmədə şahid qismində dindirilmiş Q.Məmmədovun verdiyi ifadədən isə müəyyən edilir ki, sığortalanmış avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi barədə sığortalı B.Əliyevə hadisənin baş verdiyi gün məlumat vermədiyindən, hadisə barədə biriki gün sonra xəbər tutmuş və məlumatı əldə etdikdən dərhal sonra "xxxx" ASC-nin nümayəndəsi ilə telefonla əlaqə saxlamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən əldə edilmiş mobil nömrəyə gələn və çıxan zənglərinin sıyahısı ilə isə təsdiq edilir ki, sığortalı B.Əliyevin nümayəndəsi Qafqaz Məmmədovun istifadəsində olan mobil nömrədən ilk dəfə yol nəqliyyat hadisəsindən bir gün sonra - 20.05.2021-ci il tarixdə olmaqla dəfələrlə "xxxx" ASC-nin nümayəndəsi ilə ( mobil nömrə -***-***-**-** ) əlaqə saxlanılmışdır. İşin yuxarıda göstərilən halları ona dəlalət edir ki, sığortalının nümayəndəsi 19.05.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi barədə xəbər tutduqdan sonra qısa müddət ərzində - hadisənin baş verdiyi tarixdən növbəti gün - hadisə barədə sığortaçıya məlumat vermişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, sığortalının (sığorta olunan və ya faydalanan şəxsin) sığorta hadisəsi barədə vaxtında sığortaçını məlumatlandırmamasını ehtimal etsək belə, Mülki Məcəllənin 923.3-ci maddəsinin tələbləri baxımından sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməli idi. Səlahiyyətli dövlət orqanına qanunla müəyyən edilmiş müddətdə məlumat verilibverilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verən gün (19.05.2021-ci il tarixdə) sığorta predmeti olan **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bəzi hissələri zədəli halda evakuatorla (Yasamal rayonu ərazisində yerləşən) müvafiq icra hakimiyyətinin (DİN DYP) nəzdində fəaliyyət göstərən duracağa gətirilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi əsasnaməyə əsasən banı zədələnmiş vəziyyətdə saxlanca təhvil verilən nəqliyyat vasitəsinin sahibindən DYP-nin arayışı tələb edilir). Göstərilən hal şahid ifadələri, eləcə də iş materiallarında olan avtonəqliyyat saxlanılma qəbulu barədə aktla öz təsdiqini tapır. Sonuncu sənədə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin sənəd məhkəmə baxışı mərhələsində təqdim edilsə də, avtomobilin yol nəqliyyat hadisəsinin baş verdiyi gün duracağa gətirilməsi baxış iclasında şahid Q.Məmmədov dindirildikdən sonra məlum olduğundan, yəni həmin sübutun təqdim edilməsi üçün əsaslar baxış iclasında əmələ gəldiyindən məhkəmə MPM-in 78.2-ci maddəsinə əsasən həmin sənədi sübut qismində qəbul edir. Beləliklə, sığorta predmeti olan avtomobilin hadisə baş verdikdən dərhal sonra DİNin duracağına gətirilməsi belə qənaətə gəlməyə əsas verir ki, səlahiyyətli dövlət orqanı hadisə barədə hadisənin baş verdiyi gün məlumatlı olmuşdur. İşin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, cavabdeh "xxxx" ASC yol nəqliyyat hadisəsi barədə sığortaçının və səlahiyyətli dövlət orqanının vaxtında məlumatlandırılmaması əsası ilə sığorta ödənişini verməkdən imtina etməkdə haqlı olmamışdır. Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 941.5-ci maddəsinə əsasən sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Belə olan halda məhkəmə cavabdeh "xxxx" ASC-də kasko sığorta növü üzrə sığortalanmış İddiaçı1 MMC-nin mülkiyyətində olan avtomobilə sığorta hadisəsi nəticəsində maddi ziyan vurulduğunu, eləcə də sığortaçının sığorta ödənişin verilməsindən imtina etməsi üçün əsas olan halların mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, sığorta münasibətlərində faydalanan şəxs qismində çıxış edən İddiaçı1 MMC sığortaçı "xxxx" ASC-dən sığorta ödənişini tələb etməkdə haqlıdır. Sığortaçıdan tutulmalı olan sığorta ödənişinin məbləğinə gəldikdə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 nömrəli 11.08.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən “Khazar LX” minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 2740 manat, digər xərclər 1870 manat olmaqla ümumilikdə avtomobilə dəymiş zərərin 4610 manat təşkil etməsi müəyyən edilmişdir. Odur ki, cavabdeh "xxxx" ASC-dən tutulacaq olan sığorta ödənişi şərtsiz azadolma məbləği çıxılmaqla 4110 manat məbləğində müəyyən edilməlidir. Dəbbə pulunun məbləğinə ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 250 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 71,63 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4110 manat (dörd min yüz on) məbləğində sığorta ödənişi və 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar