Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7967/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdehinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.606,49 manat pul vəsaitinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ üzrə 5.142,55 manat, 287,25 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Tərəflər arasında 08 sentyabr 2017-ci il tarixində 015/16 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə hava və dəmir yolları biletlərinin rəsmiləşdirilməsi, mehmanxanada yerləşdirmə, avtomobil icarəsi, viza təminatı və beynəlxalq səyahət ilə əlaqəli xidmətləri təşkil etməyi öz üzərinə götürmüşdür. Cavabdehin rəhbəri və işçilərinin aviabiletləri iddiaçı tərəfindən alınmış, xarici qonaqlara müxtəlif xidmətlər göstərilmiş, habelə tərcüməçi, viza, turist sığortası, hədiyyələr, mədəni proqram, şəhərdaxili nəqliyyat və s. xidmətlər iddiaçı tərəfindən təşkil olunmuşdur. Elektron qaimələr üzrə cavabdeh ödəniş etməmiş və borclu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdehinin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İş materiallarından görünür ki, İddiaçı (icraçı) ilə Cavabdehi (sifarişçi) arasında xx.xx.2017-ci il tarixli 015/16 saylı müqavilə bağlanmışdır.
9. xx.xx.2017-ci il tarixli 015/16 saylı Müqavilənin 1-ci bəndinə əsasən hazırki müqavilənin mövzusu agentin sifarişçi üçün səyahət xidmətlərinin təşkili və təmin etməsidir. Səyahət xidmətlərinə hava və dəmir yollarına biletlərin rəsmiləşdirilməsi, mehmanxanada yerləşdirmə, avtomobil icarəsi, viza təminatı və sairə yerli və beynəlxalq səyahət ilə əlaqəli xidmətlər və sairə xidmətlər daxildir.
10. Müqavilənin 4.5-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 2 №li Əlavəsində qeyd olunan xidmət haqlarının ödənilməsini öz üzərinə götürür.
11. 08 sentyabr 2017-ciu il tarixli 015/16 saylı Müqaviləyə 2 nömrəli Əlavə ilə tərəflər müqaviləyə əsasən göstərilən xidmətlərin təsviri və ödəniş haqqı barədə razılığa gəlmişlər.
12. 08 sentyabr 2017-ciu il tarixli 015/16 saylı Müqaviləyə 3 nömrəli Əlavə ilə tərəflər sifarişçini təmsil etməyə vəkil olunan şəxslər barədə razılığa gəlmişlər.
13. Müqavilə və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə mühasibat uçotu xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
15. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.
18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCJ 677747 saylı, xx.xx.2022-ci il tarixli dəyəri 1.435 manat, EBDC 220600 saylı xx.xx.2023-cü il tarixli dəyəri 1.512,53 manat, EBDP 320027 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 1.570 manat. EBDR 211766 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 1.502 manat, EBDR 848825 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 2.038 manat, EBDR 869883 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 1.915 manat, EBDR 186341 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 2.659 manat, EBDW 417764 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 5.397,76 manat, EBDT 940098 saylı, xx.xx.2023-cü il tarixli, dəyəri 4.979,2 manat, EBDV 650252 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 5.865 manat, EBDV 648622 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 6.745 manat, EBDV 652149 saylı, dəyəri 1.900 manat, EBDV 653628 saylı, xx.xx.2023-cü il tarixli dəyəri 15.543 manat, EBDV 651550 saylı xx.xx.2023-cü il tarixli dəyəri 7.445 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
19. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 60.506,49 manat təşkil edir.
20. Hazırda da, iddiaçı tərəf, göstərmiş olduğu biletlərin alışı, qonaqlam, qonaqları qarşılama, onlara hədiyyə, şəhər gəzintisi kimi göstərdiyi xidmətlərə görə cavabdehin 60.606,49 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, cavabdehin əvvəlki rəhbəri olmuş Hüseynli Şəfəq barəsində Prokurorluq orqanlarına müraciət edildiyini, onun tərəfindən şəxsi məqsədlər üçün istifadə edildiyini, ekonom class əvəzinə biznes class biletlər alındığını bildirmişdir. Bundan başqa cavabdeh tərəf hətta cavabdeh tərəfindən rəsmi sifarişlərin belə olmadığını bildirmişdir.
22. İddiaçı tərəf cavabdehin arqumentinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında əvvəlki dövrlərdə, yəni ödənilmiş xidmət haqqları üzrə də, hər hansı bir yazılı sifariş olmadığını, sifarişin telefon zəngi vasitəsi ilə edildiyini, bütün biletlərin alındığını və sistemə əlavə olunduğunu bildirmişdir.
23. İş materiallarından (elektron qaimə və bank hesabından çıxarışdan) görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli dəyəri 3.188,36 manat, 3.072 manat, 2.250 manat, 860 manat, 753 manat, xx.xx.2023-cü il tarixli dəyəri 4.280 manat, xx.xx.2023-cü il tarixli dəyəri 6324 manat olan, xx.xx.2023-cü il tarixli dəyəri 2.700 manat olan,xx.xx.2023-cü il tarixli dəyəri 2.700 manat olan elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilmişdir.
24. Məhkəmə bu xüsusda qeyd edir ki, göründüyü kimi tərəflər arasında olan işgüzar münasibətlər məhz şifahi sifariş əsasında tapşırığın verilməsi əsasında və elektron qaimələr üzərindən olmuşdur.
25. Belə ki, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə göndərilmiş elektron qaimələr üzrə ödənişlər edilmişdir.
26. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş mübahisəli dövrə və elektron qaimələrə aid aviabiletlərin çıxarışlarından görünür ki, həqiqətən də, aviabiletlər alınmış, Hüseynli Şəfəq və Abasov Fərhad tərəfindən müxtəlif istiqamətlər üzrə uçuşlar həyata keçirilmişdir.
27. Həmçinin iş materiallarına əlavə edilmiş 08 sentyabr 2017-ci il tarixli 015/16 saylı Müqavilənin 3 nömrəli əlavəsindən görünür ki, sifarişçi yəni, Cavabdehi, sifarişçini təmsil etməyə vəkil olunan şəxslər olaraq Hüseynli Şəfəqi, Rəsulzadə Elnarəni və Abasov Fərhadı müəyyən etmişdir.
28. Qeyd edilmiş hal üzrə Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi vicdanla icra etmiş, müqavilə üzrə vəkil edilmiş şəxslər tərəfindən ona verilmiş tapşırıqları yerinə yetirmiş, müvafiq olararaq aviabiletlərin alınması, qonaqlama və.s xidmətlərini göstərmiş və müvafiq olaraq göstərilmiş xidmətlər üzrə də, elektron qaimləri göndərmişdir.
29. Cavabdeh tərəfin isə, Hüseynli Şəfəqin öz şəxsi məqsədləri üçün istifadə etməsi barədə dəlini də, Məhkəmə yuxarıdakı qeyd edilən xüsusatlara əsasən əsassız hesab edir və həmçinin qeyd edir ki, hazırkı halda, icraçı yəni, "xxxx" MMC üçün sifarişlərin nə məqsədlər üçün edilməsini araşdırmaq kimi bir öhdəliyi olmamışdır, sonuncu ancaq müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir.
30. Məhkəmə həmçinin qeyd edir ki, xidmətlərdən Hüseynli Şəfəqin öz şəxsi məqsədləri üçün istifadə etməsinin hazırkı işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur və cavabdehin qeyd etmiş olduğu kimi hallar varsa, buna başqa icraat çərçivəsində baxılıb qiymət verilməlidir.
31. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır 60.506,49 manat məbləğində pul Cavabdehindən tutularaq İddiaçınə ödənilməlidir.
32. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 5.142,55 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
33. İş materiallarından görünür ki, son elektron qaimə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə Məhkəməyə 21 ay sonra yəni, xx.xx.2025-ci il tarixində verilmişdir.
34. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla və iddia tələbi də nəzərə alınmaqla 5.142,55 (60.506,49x5/100=3.025,32 (1 il üçün) 3.025,32/12=252,11 (1 ay üçün) 252,11x21=5.294,31 (21 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
35. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə dair xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul da Cavabdehindən tutularaq İddiaçınə ödənilməlidir.
36. Belə ki, iş materiallarından görünür ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Femida” Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixli order verilmiş, xx.xx.2025-ci il tarixli ödəniş sənədinə əsasən 1.000 manat məbləğində pul “Royal Travel" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Femida” Vəkil Bürosunun hesabına ödənilmişdir.
37. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 287,25 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 60.506 (altmış min beş yüz altı) manat 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehindən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 5.142 (beş min yüz qırx iki) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdehindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 287 (iki yüz səksən yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov