Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-798/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 506,89 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx.xx.2008-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında 6732 saylı xidmət müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC və “xxxxxxxxxxxxx” QSC arasında 10316 saylı xidmət müqaviləsi bağlanmışdır. xx.xx.2013cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC və “xxxxxxxxxxxxx” QSC arasında 25745 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilələrin 2.3.27-ci bəndinə əsasən Cavabdeh MMC xidmətə görə komisyon haqqı, pos-terminaldan istifadə və xidmət haqları ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh MMC müqavilələr üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixi üçün xx.xx.2008-ci il tarixli 6732 saylı ьüqavilə üzrə yaranmış borcu 398.43 manat, xx.xx.2012-ci il tarixli 10316 saylı müqavilə üzrə yaranmış borcu 46.69 manat, xx.xx.2013-cü il tarixli 25745 saylı müqavilə üzrə yaranmış borcu 61.77 manat təşkil edir. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı, Cavabdeh (müəssisə) və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (bank) arasında xx.xx.2008-ci il tarixli, 6732 saylı; İddiaçı, Cavabdeh (müəssisə) və QSC “Bank Standard” KB (bank) arasında xx.xx.2012-ci il tarixli 10316 saylı; İddiaçı, Cavabdeh (müəssisə) və QSC “Bank Standard” KB (bank) arasında xx.xx.2013-cü il tarixli, 25745 saylı xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmışdır. Xidmət müqavilələrin predmetini bank tərəfindən kartlarla aparılmış əməliyyatların məbləğinin müəssisənin bank hesabına köçürülməsi, müəssisə tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İddiaçı” X5, Cavabdeh və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2008ci il tarixli, 6732 saylı müqavilənin: -3.1-ci bəndinə əsasən bank tərəfindən müəssisədən tutulan komisyon haqqı digər prosessing şirkətləri ilə bağlı aparılmış hər bir əməliyyata görə (American Express növlü bank kartları istisna olmaqla) əməliyyat məbləğinin 2% vahid prosessing şirkəti çərçivəsində yerli bankların kartları ilə aparılmış hər bir əməliyyat məbləğindən isə (American Express növlü bank kartları istisna olmaqla) 1% American Express növlü bank kartları üçün tutulan komisyon haqqı müəyyən olunan %, lakin minimum 20 manat təşkil edir. -3.2-ci bəndinə əsasən aylıq komisyon haqqı kartlarla (AMEX kartları istisna olmaqla) aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği, lakin minimum 10 manat təşkil edir. Komisyon haqqı İddiaçıın Müəssisəyə təqdim etdiyi hesab-faktura əsasında Müəssisə tərəfindən ödənilir. -4.2-ci bəndinə əsasən Müəssisə İddiaçıın komisyon haqqını və əlavə xidmətlərinin haqqını İddiaçıın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəyir. Müəssisənin tədiyyə tapşırığının tarixi ödəniş tarixi hesab edilir. İddiaçı, Cavabdeh və QSC “Bank Standard” KB arasında xx.xx.2012-ci il tarixli, 10316 saylı müqavilənin: -3.1-ci bəndinə əsasən bank tərəfindən Müəssisədən tutulan komisyon haqqı İddiaçıda xidmət olunan bank kartlarından keçən hər bir əməliyyatın məbləğindən 1% və İddiaçıda xidmət olunmayan bank kartlarından keçən hər bir əməliyyatın məbləğindən 2 % təşkil edir. -3.2-ci bəndinə əsasən İddiaçı-ın komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği, lakin minimum aylıq 10 manat təşkil edir. Komisyon haqqı İddiaçı-dın Müəsssisəyə təqdim etdiyi hesab-faktura əsasında Müəssisə tərəfindən ödənilir. -4.2-ci bəndinə əsasən Müəssisə İddiaçı-dın komisyon haqqını və əlavə xidmətlərinin haqqını İddiaçı-ın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəyir. Müəssisənin tədiyyə tapşırığının tarixi ödəniş tarixi hesab edilir. İddiaçı, Cavabdeh və QSC “Bank Standard” KB arasında xx.xx.2013-cü il tarixli, 25745 saylı müqavilənin: -3.1-ci bəndinə əsasən bank tərəfindən Müəssisədən tutulan komisyon haqqı İddiaçıda xidmət olunan bank kartlarından keçən hər bir əməliyyatın məbləğindən 1% və İddiaçıda xidmət olunmayan bank kartlarından keçən hər bir əməliyyatın məbləğindən 2 % təşkil edir. -3.2-ci bəndinə əsasən İddiaçı-ın komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği, lakin minimum aylıq 10 manat təşkil edir. Komisyon haqqı İddiaçı-dın Müəsssisəyə təqdim etdiyi hesab-faktura əsasında Müəssisə tərəfindən ödənilir. -4.2-ci bəndinə əsasən Müəssisə İddiaçı-dın komisyon haqqını və əlavə xidmətlərinin haqqını İddiaçı-ın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəyir. Müəssisənin tədiyyə tapşırığının tarixi ödəniş tarixi hesab edilir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, M200002703 saylı; xx.xx.2016-cı il tarixli, M200008775 saylı; xx.xx.2016-cı il tarixli, M200008776 saylı; xx.xx.2016-cı il tarixli, M200010244 saylı; xx.xx.2016-cı il tarixli, M200016772 saylı; xx.xx.2017-ci il tarixli, M200001080 saylı hesab-fakturaları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixə üç müqavilə üzrə göstərilmiş xidmətlərə görəİddiaçı MMCyə komisyon haqqı borcu 506,89 manat (ƏDV daxil) təşkil etmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 6732 saylı müqavilə üzrə yaranmış 398,43 manat məbləğində komisyon haqqı üzrə, xx.xx.2013-cu il tarixli, 25745 saylı müqavilə üzrə yaranmış 61,77 manat məbləğində komisyon haqqı üzrə, xx.xx.2012-ci il tarixli, 10316 saylı müqavilə üzrə yaranmış 46.69 manat məbləğində komisyon haqqı üzrə borcunun 10 iş günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh” X5 arasında xx.xx.2008-ci il tarixli, 6732 saylı, xx.xx.2013-cu il tarixli, 25745 saylı, xx.xx.2012ci il tarixli, 10316 saylı xidmət müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya qeyd olunan xidmət müqavilələri üzrə 506 manat 89 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdehndən göstərilmiş xidmətlərin müqabilində 506,89 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2008-ci il tarixli 6732 saylı müqavilə üzrə 398,43 manat (üç yüz doxsan səkkiz manat qırx üç qəpik), xx.xx.2012-ci il tarixli 10316 saylı müqavilə üzrə 46,69 manat (qırx altı manat altmış doqquz qəpik), xx.xx.2013-cü il tarixli 25745 saylı müqavilə üzrə 61,77 manat (altmış bir manat yetmiş yeddi qəpik), cəmi 506,89 manat (beş yüz altı manat səksən doqquz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-798/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-798/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver