Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8009/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Hüquqi şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, “X3 Parts” MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyəti şəxsi maşınların sürücü ilə icarəsi ilə bağlıdır.
2. Həmçinin, digər hüquqi şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyəti mübül, xalça və işıqlandırıcı avadanlıqların topdan satışı ilə bağlıdır.
3. “X3 Parts” MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə cəmi ödənməli borcu 68071,92 manat, "xxxx" MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə ödənməli borcu yoxdur.
4. Ərizəçi tərəfindən hüquqi şəxslərə - “X3 Parts” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişlərlə borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maraqlı şəxs tərəfindən vergi borcu ödənilməmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
5. Ərizəçi Vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 64107,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1221,92 manat, İşsizlikdən sığorta fonduna olan 28 manat, İcbari Tibbi Sığorta Fonduna olan 317,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, X1 (Doğulduğu tarix - xx xxxxxx 1980-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, AĞDAŞ; ŞİXLİ K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan “Antaris İnterior" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna ,28 manat, İcbari Tibbi Sığorta Fonduna 1,21 manat, “X3 Parts" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 315,98 manat, dövlət büdcəsinə 64107,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 43568,11 manat, faizlər üzrə 20539,31 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1221,92 manat olmaqla, ümumilikdə 65646,81 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********553200, xx.xx.2023-cü il tarixli ******************.07.2025-ci il tarixli **********946800, xx.xx.2025-ci il tarixli **********447400, xx.xx.2025-ci il tarixli **********947500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
b) Ərizəyə qarşı etirazın dəlilləri
7. Ərizəyə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Maraqlı şəxs elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək halhazırda heç bir borcunun olmaması nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
12. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
13. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
15. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
16. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
“Dövlət rüsumu haqqında” AR Qanununun:
17. 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
19. MPM-nin 355-5.1-ci maddəsinin mənasından da görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı ilə müəyyən edilən məhdudiyyət tədbiri məcburi dövlət ödənişlərinin, onlara hesablanmış borcların və faizlərin, habelə maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxslər və ya hüquqi şəxslərin icra orqanının rəhbəri barəsində tətbiq edilir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmə icraatının gedişində maraqlı şəxs hüquqi şəxs “X3 Parts" MMC-yə hesablanmış vergi və digər büdcədənkənar fondlara vergi borcu üzrə ödənişi tam olaraq həyata keçirmişdir. Qeyd edilən fakt maraqlı şəxs tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsində öz əksini tapır.
21. MPM-nin 355-5.1-ci maddəsindən də göründüyü kimi vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd vergi və qanunla müəyyən edilmiş digər məcburi ödənişlər ödənilməni təmin etməkdən ibarətdir. Şərh edilənlərdən də görünür ki, maraqlı şəxs məhkəmə prosesi gedişində onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizənin verilməsinə əsas olmuş bütün borclarını ödədiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti aradan qalxmışdır. Belə olan halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun olmamaqla bərabər onun konstitusion hüququnu pozmuş olur.
22. Məhkəmə qeyd edir ki, sərbəst hərəkət etmək hüququ həm də, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərədə tutulan əsas hüquqlardan biridir (Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2ci bəndi). Beləliklə, məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyini, maraqlı şəxs tərəfindən vergi borcunun isə tam ödənildiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı