Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-802/2020 09.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Nümayəndə sığorta şirkəti ASC-nin "Vəkil" MMC-yə qarşı pul tələbində dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nümayəndə sığorta şirkəti ASC"Vəkil" MMC-yə qarşı cavabdeh "Vəkil" MMC-dən 200 (iki yüz) manat franşiza ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20,4 manat pulun, cəmi 220,4 (iki yüz iyirmi) manat (qərx) qəpik məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə sığorta şirkəti ASC ilə cavabdeh arasında bağlanmış MTRC 317263/2/C №-li sığorta müqaviləsi əsasında tam sığortalanmış 99AA416 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobilin iştirakı ilə xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və xx.xx.2017-ci il tarixli sığorta aktı ilə ödəniş həyata keçirilmişdir. Bundan başqa MTRC 335325/3/C №-li sığorta müqaviləsi əsasında tam sığortalanmış 10AA416 dövlət qeydiyyat nişanlı Lexus LX570 markalı avtomobilin iştirakı ilə xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və xx.xx.2018-ci il tarixli sığorta aktı ilə ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd edilmiş sığorta hadisələrinə görə avtomobillər təmir olunmaqla sığorta ödənişi müvafiq təmir mərkəzinə ödənilmişdir. Ödəniş haqqında tərəflər arasında imzalanmış sığorta aktlarının 6-cı bəndinə görə, 100 (bir yüz) manat azadolma məbləği sığortalı tərəfindən sığortaçıya ödənilməlidir. Lakin cavabdeh sığorta səhadətnaməsi və sığorta aktı ilə üzərinə düşən cəmi 200 (iki yüz) manat azadolma məbləğini ödəmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin AZ1021, ünvan 1 ünvanında olmaması səbəbindən, poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasənməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli sığorta aktından görünür ki, sığortaçı Nümayəndə sığorta şirkəti ASC sığortalı "Vəkil" MMC-yə MTRC 317263/2/C şəhadətnamə nömrəsinə əsasən, cavabdehin mülkiyyətində olan 99AA416 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobilin iştirakı ilə xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərərə görə 198,00 manat məbləğində sığorta ödənişi ödənilmiş və bu da "Vəkil" MMC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2018-ci iltarixli sığorta aktından görünür ki, sığortaçı Nümayəndə sığorta şirkəti ASC-ti, sığortalı "Vəkil" MMC-yə MTRC 335325/3/C şəhadətnamə nömrəsinə əsasən, cavabdehin mülkiyyətində olan 10 AA416 dövlət qeydiyyat nişanlı Lexus LX570 markalı avtomobilin iştirakı ilə xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş zərərə görə 270,00 manat məbləğində sığorta ödənişi ödənilmiş və bu da "Vəkil" MMC-nin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Mülki işdə olan sığortaçı Nümayəndə sığorta şirkəti ASC ilə sığortalı "Vəkil" MMC-yə arasında bağlanmış xx.xx.2016-cı il tarixli,MTRC 317263/2/C nömrəli və xx.xx.2017-ci il tarixli,MTRC 335325/3/C nömrəli sığorta müqavilələrindən görünür ki, azadolma məbləği qismində 100 (bir yüz) manat sığortalı tərəfindən sığortaçıya ödənilməsini cavabdeh tərəf öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasındabağlanmış sığorta müqavilələri əsasında "Vəkil" MMC-yə məxsus 99AA416 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı və 10 AA416 dövlət qeydiyyat nişanlı Lexus LX570 markalı avtomobillərin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobillərə dəymiş zərər tam şəkildə ödənilmişdir. Eyni zamanda müəyyən edildi ki, yol hərəkəti hadisələrinin baş verdiyi an tərəflər arasında bağlanmış sığorta müqavilələri qüvvədə olmuşdur. Tərəflər aralarında bağlanmış sığorta müqaviləsi üzrə 100 manat sığorta ödənişindən azad olma məbləği müyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənilmiş ümumi sığorta məbləğindən azad olma məbləğini iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə uyğun olaraqmüqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış sığorta müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və bağlandığı müddətdə qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 723-cü maddəsinə əsasən françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Həmin məcəllənin 898.1-ci maddəsinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Qeyd olunan Məcəllənin 898.2-ci maddəsinə əsasən, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə və sığorta aktlarında cavabdeh tərəfindən qəbul edilmiş sığorta ödənişindən azad olunmuş məbləğin sığortalı tərəfindən siğortaçıya ödənilməsini nəzərdə tutduğundan və cavabdeh tərəfindən bu günədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət eməkdə haqlı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, "Vəkil" MMC-dən 200 (iki yüz) manat franşiza ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20,4 manat pulun, cəmi 220 (iki yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq Nümayəndə sığorta şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Vəkil" MMC-dən 200 (iki yüz) manat franşiza ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20,4 manat , cəmi 220 (iki yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq Nümayəndə sığorta şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-802/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-802/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver