Məhkəmə qərarları › İş №e-2-2(113)-803/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-803/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-803/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, Cavabdeh MMC-dən 65508,97 manat əsas borcun, 4000 manat cərimənin, ödənilmiş 300 manat dövlət rüsumunun, cəmi 69808,97 manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2023-cü il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır, “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 65508,97 manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1% qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1-ci və 6.1.3-cü şərtlərinə görə satılmış malı vaxtlı-vaxtında “Alıcı” tərəfindən qəbul edilməsini və razılaşdırılımış alış qiymətinin ödənilməsini tələb etmək, bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri Alıcı tərəfindən ödənilmədiyi təqdirdə “Satıcı” yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 389.1, 425.1, 439.3, 449.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi, direktoru Nümayəndə iddia tələbini qəbul edərək bildirmişdir ki, vergi orqanı tərəfindən cavabdeh şirkətin bank hesabına sərəncam qoyulduğundan vaxtında iddiaçıya ödənişlər edə bilməmişlər, ödənişlərdə gecikmələr olmuşdur. Onların şirkətinin hesabının üzərindən sərəncam götürüldükdən sonra ödənişləri edəcəklər, o, əsas borcu və cəriməni qəbul edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı olaraq İddiaçı MMC ilə alıcı olaraq Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında Satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və xidmət növünü “Alıcıya” satır, “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “Mal” Alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş gün ərzində alıcıya təhvil verilir. Ödəniş Alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada Satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında Alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 4.1-ci maddəsinə əsasən Malın çatdırılması Əlavədə qeyd edilən nəqliyyat növü, çatdırılma məntəqəsi və qiymətlərə uyğun həyata keçirilir. Müqavilənin 11.1-ci maddəsinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. xx.xx.2023-cü il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, tərəflər “SEMENT CEM İİ A-P 42.5 R QALAQ BETONSEM” adlı məhsulun 1 tonunun satış qiyməti (ƏDV xaric) 103 manata, Daşkəsən rayonu, Çovdarlı kəndinə daşıma daxil satış qiyməti (ƏDV xaric) 118 manata razılaşmışlar. EBDD seriyalı, 131545 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDD seriyalı, 131476 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3113,85 manat, EBDD seriyalı, 163600 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDD seriyalı, 163152 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDD seriyalı, 274439 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3096,84 manat, EBDD seriyalı, 404300 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDD seriyalı, 712665 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3077,39 manat, EBDD seriyalı, 712927 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3023,92 manat, EBDE seriyalı, 066521 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDE seriyalı, 066541 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3070,10 manat, EBDE seriyalı, 089626 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3074,96 manat, EBDE seriyalı, 089652 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3070,10 manat, EBDE seriyalı, 193416 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDE seriyalı, 193792 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDE seriyalı, 524208 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3087,12 manat, EBDE seriyalı, 528092 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3067,67 manat, EBDE seriyalı, 864776 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDE seriyalı, 957153 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDE seriyalı, 957442 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3016,62 manat, EBDF seriyalı, 335751 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDF seriyalı, 335811 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3067,67 manat, EBDF seriyalı, 446126 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,12 manat, EBDF seriyalı, 445851 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDF seriyalı, 779974 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2997,18 manat, EBDF seriyalı, 858983 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDG seriyalı, 052014 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDG seriyalı, 111184 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDG seriyalı, 382180 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDG seriyalı, 409801 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDG seriyalı, 578017 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDG seriyalı, 578023 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDG seriyalı, 876113 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDH seriyalı, 025198 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2980,16 manat, EBDH seriyalı, 034835 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDH seriyalı, 076848 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3082.25 manat, EBDH seriyalı, 264460 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3002,04 manat, EBDH seriyalı, 355819 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDH seriyalı, 369671 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDH seriyalı, 374723 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDH seriyalı, 698034 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDH seriyalı, 799322 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDİ seriyalı, 043602 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDİ seriyalı, 121001 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDİ seriyalı, 171448 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDİ seriyalı, 521917 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDİ seriyalı, 610180 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3062,81 manat, EBDİ seriyalı, 707500 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDİ seriyalı, 897208 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDİ seriyalı, 897425 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3036,07 manat, EBDİ seriyalı, 933895 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDİ seriyalı, 963964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDİ seriyalı, 975360 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDJ seriyalı, 050475 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDJ seriyalı, 068886 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDJ seriyalı, 054012 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDJ seriyalı, 543037 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDJ seriyalı, 690996 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3077,39 manat, EBDJ seriyalı, 759542 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3026,35 manat, EBDK seriyalı, 155966 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDK seriyalı, 210959 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDK seriyalı, 262501 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3060,38 manat, EBDK seriyalı, 313861 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3014,19 manat, EBDK seriyalı, 608144 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3060,38 manat, EBDK seriyalı, 784817 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2982,59 manat, EBDK seriyalı, 945913 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3048,22 manat, EBDK seriyalı, 997528 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3033,64 manat, EBDL seriyalı, 240028 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3028,78 manat, EBDL seriyalı, 336999 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDL seriyalı, 369122 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2982,59 manat, EBDL seriyalı, 422413 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDL seriyalı, 636496 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDL seriyalı, 827708 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3031,21 manat, EBDL seriyalı, 865276 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDM seriyalı, 008359 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2985,02 manat, EBDM seriyalı, 198539 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDM seriyalı, 268008 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2997,18 manat, EBDM seriyalı, 470307 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3084,69 manat, EBDM seriyalı, 470307 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3084,69 manat, EBDM seriyalı, 472247 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3006,90 manat, EBDM seriyalı, 664964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3023,92 manat, EBDM seriyalı, 716429 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3065,24 manat, EBDM seriyalı, 804188 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3011,76 manat, EBDM seriyalı, 922060 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDM seriyalı, 914301 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3014,19 manat, EBDM seriyalı, 921961 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3055,52 manat, EBDN seriyalı, 117554 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3043,36 manat, EBDN seriyalı, 155776 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3038,50 manat, EBDN seriyalı, 514823 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2989,88 manat, EBDN seriyalı, 626764 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDN seriyalı, 709740 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDN seriyalı, 828059 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDN seriyalı, 922460 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3021,48 manat, EBDO seriyalı, 015311 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDO seriyalı, 054199 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2970,44 manat, EBDO seriyalı, 197986 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3002,04 manat, EBDO seriyalı, 299556 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3011,76 manat, EBDO seriyalı, 394884 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDO seriyalı, 536816 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3045,79 manat, EBDO seriyalı, 542484 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2970,44 manat, EBDO seriyalı, 758321 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3019,05 manat, EBDO seriyalı, 832148 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3040,93 manat, EBDO seriyalı, 993872 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3126,20 manat, EBDP seriyalı, 020845 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3161,55 manat, EBDP seriyalı, 137322 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3123,67 manat, EBDP seriyalı, 249832 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3156,50 manat, EBDP seriyalı, 456522 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3179,22 manat, EBDP seriyalı, 489902 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3179,23 manat, EBDP seriyalı, 549636 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3153,97 manat, EBDP seriyalı, 767901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3100,95 manat, EBDP seriyalı, 794809 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3100,95 manat, EBDP seriyalı, 955760 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDQ seriyalı, 350761 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDQ seriyalı, 457926 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3128,72 manat, EBDQ seriyalı, 522882 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3166,60 manat, EBDQ seriyalı, 541399 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3253,54 manat, EBDR seriyalı, 285950 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3141,35 manat, EBDM seriyalı, 268008 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3261,40 manat dəyərində sement məhsulu İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,06 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,84 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 25,02 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 25,02 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,86 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,78 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 25,06 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,98 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,56 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,56 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,88 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,88 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,78 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 25,08 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,84 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 24,90 kq mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 300 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, əmtəə nəqliyyat qaiməsi), həmçinin cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 65508,97 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin borcu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 65508,97 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən hesablanmış 4000 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun əsaslı mənafeyini, həmçinin cavabdeh cəriməni qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 4000 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 300 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 65508,97 manat əsas borc, 4000 manat cərimə, cəmi 65908 (altımış beş min doqquz yüz səkkiz) manat 97 (doxsan yeddi) qəpik pul vəsaiti, ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar