Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8072/2025 29.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı tərəflər arasında bağlanılan AZ01 106-01.24 №-li, 01 iyul 2024-cü il tarixli Ekspeditor Müqaviləsi üzrə cavabdeh tərəfindən Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə yerinə yetirməməsi nəticəsində iddiaçıya vurulmuş 482141,64 manat məbləğində zərərin və ödənilən 773 manat məbləğində dövlət rüsumunun, cəmi isə 482914,64 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı 1 iyul 2024-cü il tarixində AZ01106-01.24 nömrəli Ekspeditor Müqaviləsi üzrə 24 iyul 2024 və 28 dekabr 2024-cü tarixləri aralığında İddiaçı tərəfindən həyata keçirilən ekspedisiya xidmətləri nəticəsində Cavabdehin ödəməli olduğu qalıq 357 652,70 manat xidmət haqqı məbləğinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən qaydada İddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7.25 % bank uçot dərəcəsi əsasında 25 929,8 manat faiz məbləğinin; və ödənilmiş 673,58 manat dövlət rüsumunun, eləcə də 4500 manat hüquqi xidmətlərin göstərilməsinə dair xərclərin, ümumilikdə 388 756.08 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-7514/2025 saylı iş ilə hazırkı işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatətə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət qismən təmin edilməlidir. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçının vəsatətində qeyd etdiyi dəlillərə uyğun, hazırkı iş üzrə eyni tərəflərin iştirak etdiyi və bir-biri ilə əlaqəli olan digər iş 2-2(113)-5774/2025 nömrəsi ilə qeydiyyata alınmış və Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. Vəsatətdə qeyd edilən e-2-2(113)-7514/2025 saylı işin isə işdə iştirak edən tərəflərə və mübahisənin predmetinə görə müxtəlif iş olmaqla, hazırkı işlə hər hansı bağlılığı yoxdur. Belə olan halda, məhkəmə 2-2(113)-5774/2025 saylı iş ilə hazırkı iş üzrə iddia ərizələrinin məzmunundan hər iki iddia tələbləri arasında qarşılıqlı əlaqənin mövcud olduğunu, işlərin bir-biri ilə əlaqəli olduğunu, tərəflərin eyni şəxslər olduğunu və hər iki iş üzrə iddiaçının əsaslandığı halların eyni mübahisə predmeti ilə oxşar (əlaqəli) olduğunu və bu halların məhkəmə iclasında aşkara çıxdığını, habelə 2- 2(113)-5774/2025 saylı işin daha əvvəl icraata daxil olduğunu nəzərə alaraq hesab edir ki, ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından həmin işlərə birgə baxılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş ilkin olaraq icraata qəbul edilmiş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-5774/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268- 269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-8072/2025 saylı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı dair e-2-2(113)-5774/2025 saylı işlə bir icraatda birləşdirilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair hazırkı e-2-2(113)-8072/2025 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-8072/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8072/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver