Məhkəmə qərarları › İş №e-2-2(113)-8144/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8144/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8144/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SS-AZCDG31/21 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi və 39.952,91 manat (otuz doqquz min doqquz yüz əlli iki manat, 91 qəpik) məbləğində pulun, habelə peşəkar hüquqi xidmətə görə vəkilə ödənilmiş 325 manat pulun, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 21 manat dövlət rüsumunun , iddia ərizəsinə görə məhkəməyə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2021-ci il tarixli, SS-AZCDG31/21 nömrəlialğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə aşağıdakı cədvəldə qeyd olunan tarixlərdə ümumi dəyəri ƏDV daxil 36.323,10 manat (otuz altı min üç yüz iyirmi üç manat, 10 qəpik) təşkil edən mal-material təqdim edilmiş və buna dair tərəflər arasında müvafiq tarixlər üzrə qiymət razılaşma protokolları, təhvil-təslim aktları və hesab fakturalar imzalanmışdır (həmin bu sənədlər ərizəyə əlavə edilir). Həmçinin müqavilənin 3.1-ci maddəsinə əsasən, alıcı (indiki halda cavabdeh) malları təhvil aldıqdan sonra 30 iş günü ərzində onların dəyərini satıcıya (indiki halda iddiaçıya) ödəməli idi. Lakin qeyd olunan müddətlər çoxdandır başa çatsa da, cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Eyni zamanda müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1%-i, ümumilikdə isə Alıcı tərəfindən ödəniləcək yekun məbləğin 10%-dən çox olmayaraq cərimə tətbiq edilə bilər. Buna görə də hər bir partiya mal təhvil-təslimi üzrə hesabladıqda cavabdehin iddiaçıya əlavə olaraq 3.629,10 manat (üç min altı yüz iyirmi doqquz manat, 10 qəpik) cərimə borcu da toplanmışdır ki, bununla da bugünə olan ümumi borc məbləği 39.952,91 manat (otuz doqquz min doqquz yüzəlli iki manat, 91 qəpik) təşkiledir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən, mallar satıcı tərəfindən alıcıya təhvil verilən zaman tərəflər arasında təhvil-qəbul aktı imzalanır. Tərəflər razılaşırlar ki, belə təhvil-qəbul akt(lar)ı həm mal(lar)ın qiymətini, həm də onların təhvil-qəbulunu təsdiq edən və bu müqavilənin ayrılmaz tərkib Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: hissəsi hesab olunan sənəddir. Lakin göründüyü kimi, bugünədək cavabdeh heç bir ödəniş etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SS-AZCDG31/21 nömrəli alğı-satqı müqaviləsi üzrə ƏDV daxil 21.369,12 manat (iyirmi bir min üç yüz altımış doqquz manat, 12 qəpik) məbləğində pulun, habelə peşəkar hüquqi xidmətə görə vəkilə ödənilmiş 325 manat pulun, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 21 manat dövlət rüsumunun , iddia ərizəsinə görə məhkəməyə ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmumuna uyğun izahat verərək,ərizənin tımun edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirildikdən sonra ərizəyə dəqiqləşdirmə verilmişdir. Aparılmış hesablamalara əsasən, əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla əsas borc məbləği 17 740,02 təşkil edir. Bütün mövcud sübutlar tərəfimizdən təqdim edilmişdir.

5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında əsas borcunun 17740 manat məbləğində olmasını qəbul etdi,iddia tələbinin həmin hissədə təmin olunmasına etiraz etmədi,cərimə məbləğinin azaldılmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, ŞS-AZCDG 31/21 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Satıcı və Alıcı, Malın qiyməti üçün razılığa gəlmək məqsədilə bu Müqavilənin tərkib hissəsi sayılan e-qaimə təsdiqləyirlər. - 1.2-ci bəndinə əsasən hazırkı müqaviləyə müvafiq olaraq, Satıcı adı və sayı hazırkı Müqavilənin ayrılmaz hissəsini təşkil edən, Tərəflərin razılığa gəldikləri Qaimə fakturalarda göstərilən Malı Alıcının mülkiyyətinə ötürməyi, Alıcı isə Malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən Bu Müqaviləyə görə, mallar üçün ödəniləcək məbləğ müqavilə əlavəsində (qaimə-fakturada, yaxud qiymətlərin razılaşdırma protokolunda) göstəriləcəkdir. Həmin məbləğ bu müqavilə üzrə müvafiq qaiməfaktura(lar) imzalandıqdan sonra alıcı tərəfindən satıcıya maksimum 30 (otuz) iş günü ərzində ödənilməlidir. - 3.2-ci bəndinə əsasən Ödəniş AZN ilə həyata keçirilir və ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilə əsasında tərtib edilmiş müvafiq qaiməfaktura(lar)dır. - 7.1-ci bəndinə əsasən X2 və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı an qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. Tərəflər arasında imzalanmış xx.xx.2026-cı il tarixli üzləşmə aktına əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 15033.99 manat (2706.12 manat ƏDV) borcu var.

10. İddiaçı tərəfindən cavabdehə 5268.70 manat məbləğində hesab-faktura göndərilmişdir.

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış 01.11.202-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 4465 manat məbləğində mal verilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırma prtokoluna əsasən iddiaçı tərəfindən cavabdehə 5268.70 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

14. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 900 manat köçürülmüşdür.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya 4000 manat ödənilmişdir.

16. 12.12.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 720 manat köçürülmüşdür.

17. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya 901.53 manat ödənilmişdir.

18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya 5008.50 manat ödənilmişdir.

19. Tərəflər arasında imzalanmış xx.xx.2026-cı il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC-nə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, ŞS-AZCDG 31/21 nömrəli nömrəli alğı-satqı müqaviləsi əsas borc məbləği 17 740,02 manat təşkil edir. V. Tətbiq edilən hüquq:

20. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

22. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

24. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə, eləcə də malların təhvil-qəbul aktları,bank hesabından çıxarış məlumatları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Tərəflər arasında işin mübahisəli halı yalnız cərimə məbləğinə aid hissədədir, belə ki, cavabdeh iddianı əsas borc hissəsində etirafetmişdir, həmçinin məhkəmə icraatı dövründə xx.xx.2026-cı il tarixli üzləşmə aktı ilə tərəflər imzaları və möhürləri ilə alğı-satqı müqaviləsi əsas borc məbləği 17 740,02 manat təşkil etdiyini təsdiq etmişlər.

28. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 17740.02 ƏDV daxil) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə etdiyi ödənişləri nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 17740.02 (ƏDV daxil) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 3929.1 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

31. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 800 manat məbləğində müəyyən edilməlidir.

32. Məhkəmə cavabdehdən 325 manat vəkil xərcinin tutulmasını ağlabatan hesab edir.

33. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 147 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 17740.02 (on yeddi min yeddi yüz qırx manat iki qəpik) manat məbləğində əsas borc, 800 (səkkiz yüz) manat məbləğində cərimə borcu, 325 (üç yüz iyirmi beş) manat məbləğində vəkil xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar