Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-815/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh (Cavabdeh Mahir oğlu) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Cavabdeh Mahir oğlu) 29254 ABŞ dolları əsas borc, 609 ABŞ dolları gecikmə cəriməsi ilə birlikdə, cəmi 29863 ABŞ dolları məbləğin və 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2018-cı il tarixdə, İddiaçı QSC (bundan sonra distribütor) ilə fərdi sahibkar Cavabdeh (Cavabdeh Mahir oğlu) – Evqur mağazası (bundan sonra diler) arasında, distribütora məxsus olan malların diller tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir.Bu mallar da diler tərəfindən tərəflərin müqaviləyə və distribyutora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Dilerin distribütordan aldığı mala görə borcu 29254 ABŞ dolları təşkil edir, xx xxxxxxxx 2019-ci il tarixdə Cavabdeh (Cavabdeh Mahir oğlu) pretenziya çatdırılmış və ona yaranmış borcu ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixə qədər vaxt verilsə də, borc ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2019cu il tarixin sonuna cavabdehin 31933,80 ABŞ dolları borc qalığı olmuş daha sonra həmin borcdan qaytarılan malların məbləği və ödənilən pullar çıxarılandan sonra əsas borc 29254 ABŞ dolları qalmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də Cavabdeh (Cavabdeh Mahir oğlu) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli tərəflər arasında bağlanmış diler müqaviləsindən görünür ki, distribütor – İddiaçı QSC tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə - Cavabdeh Mahir oğluna (Evqur mağazası) özünə məxsus malları təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir, satılan malın miqdarı, qiyməti malın üzərində təqdim edilən qaimələrdə əks olunmaqla aldığı mala görə ödənişi mal dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. AZEMİS Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur (ş/v – MYİ ******). xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixə Cavabdeh cəmi 31933,80 ABŞ dolları məbləğində borc qalığının olması (qeyd: 1478 ABŞ dolları dəyərində qaytarılan mallar məbləğdən çıxılmamışdır) müəyyən edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh (Cavabdeh Mahir oğlu) arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı QSC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən 609 manat məbləğində cərimə hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 46 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh (Cavabdeh Mahir oğlu) xx.xx.2018-ci il tarixli diler müqaviləsi üzrə 29254 ABŞ dolları məbləğində əsas borc, 46 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 29300 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 98,11%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 98,11%-i, yəni 29,43 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (Cavabdeh Mahir oğlu) 29254 ABŞ dolları məbləğində ödənilməmiş borc və 46 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 29300 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,43 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-815/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-815/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver