Məhkəmə qərarları › İş №e-2-2(113)-819/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-819/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-819/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AZTX/264 saylı, 10.12.2018-ci il tarixli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən tikinti texnikalarına texniki xidmət göstərilməsi üzrə borc və gecikdirilmiş günlər üzrə cərimələr daxil olmaqla, ümumilikdə 34713,16 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” LTD MMC ilə Cavabdeh MMC arasında 10.12.2018-ci il tarixdə tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "İcraçı” “xxxx” MMC Bakı şəhəri Şamaxı şossesi 15-ci km ünvanında yerləşən "VOLVO" avadanlıqlarının ixtisaslaşdırılmış texniki xidmət mərkəzində "Sifarişçi" Cavabdeh MMCnin təqdim etdiyi avadanlıqları təmir etməyi, "Sifarişçi” isə “İcraçı"-nın gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında bağlanmış tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilə üzrə "Sifarişçi"-yə göstərilmiş xidmətlərə görə, göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər "Sifarişçi" tərəfindən tam ödənilməmişdir. Belə ki, pretenziyaya əlavə edilmiş e-qaimələrin siyahısından görünür ki, 08.05.2020-ci il tarixli e-qaimə "Sifarişçi"-yə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə əsasında icraçı tərəfindən sifarişçiyə 33393,98 manat əsas məbləğ və 6010,92 manat ƏDV məbləği dəyərində servis xidməti göstərilmiş və ehtiyyat hissələri təhvil verilmişdir. Sifarişçi tərəfindən icraçıya ümumilikdə 3015,59 manat əsas məbləğ və 4831,87 manat ƏDV məbləği ödənilmişdir. “Sifarişçi” tərəfindən “icraçı”ya 30378,39 manat əsas məbləğ və 1179,04 manat ƏDV məbləği ödənilməmiş borc olaraq qalmışdır. Tərəflər arasında bağlanan AZTX/264 saylı, 10.12.2018-ci il tarixli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilənin 3.2-ci bəndinə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyyat hissələrinin dəyəri ilkin olaraq 50% “İcraçı”-nın hesabına ödənilir, qalan 50% hesab faktura “İcraçı” tərəfindən “Sifarişçiyə" təqdim edilən tarixdən 30 gün ərzində “İcraçı"-nın bank hesabına və ya xəzinəsinə ödənilməlidir. Həmin müqavilənin 4.2ci bəndinə əsasən “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə,gecikdirilmiş hər gün üçün “İcraçıya" ödənişi gecikdirilmiş xidmət haqqı məbləğinin 1%-dən başlayaraq 10% keçməmək şərti ilə peniya ödənilməsi "Sifarişçi”dən tələb edə bilər. Beləliklə, sonuncu e-qaimənin göndərildiyi 08.05.2020-ci il tarixdən 30 günü nəzərə alınmaqla, 07.06.2020-ci il tarixdən hər gecikdirilmiş gün üçün 1% həcmində cərimə hesablanması üçün müddət başlayır. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə 13.08.2020-ci il tarixdə müqavilədən irəli gələn öhdəliklərin icrası barədə Pretenziya məktubu göndərilmiş, əsas borc və bundan əlavə müqaviləyə əsasən hər gecikdirilmiş gün üçün cərimə məbləğinin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - “xxxx” LTD MMC ilə Cavabdeh MMC arasında 10.12.2018-ci il tarixdə AZTX/264 saylı tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "İcraçı” “xxxx” MMC Bakı şəhəri Şamaxı şossesi 15-ci km ünvanında yerləşən "VOLVO" avadanlıqlarının ixtisaslaşdırılmış texniki xidmət mərkəzində "Sifarişçi" Cavabdeh MMC-nin təqdim etdiyi avadanlıqları təmir etməyi, "Sifarişçi” isə “İcraçı"-nın gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - 27.12.2018-ci il tarixli, EAAO seriyalı, 748539 saylı elekron qaiməyə əsasən 5306,83 manat, 05.02.2019-cu il tarixli, EAAP seriyalı, 988227 saylı elektron qaiməyə əsasən 82,25 manat, 13.07.2019-cu il tarixli, EAAX seriyalı, 112873 saylı elektron qaiməyə əsasən 2236,88 manat, EAAX seriyalı, 113086 saylı elektron qaiməyə əsasən 1879,02 manat, EAAX seriyalı, 112897 saylı elektron qaiməyə əsasən 238,36 manat, EAAX seriyalı, 113020 saylı elektron qaiməyə əsasən 12436,98 manat, EAAX seriyalı, 116385 saylı elektron qaiməyə əsasən 196,05 manat, EAAX seriyalı, 116388 saylı elektron qaiməyə əsasən 4868,44 manat, EAAX seriyalı, 116391 saylı elektron qaiməyə əsasən 30,03 manat, EAAX seriyalı, 116392 saylı elektron qaiməyə əsasən 163,31 manat, EAAX seriyalı, 116393 saylı elekron qaiməyə əsasən 3389,90 manat, 08.05.2020-ci il tarixli, EBAJ seriyalı, 649094 saylı elektron qaiməyə əsasən 6614,42 manat, EBAJ seriyalı, 648519 saylı elektron qaiməyə əsasən 1114,86 manat dəyərində Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. - 17.01.2019-cu il tarixli 33 saylı invoysa əsasən 82,25 manat, 27.02.2019-cu il tarixli, 145 saylı invoysa əsasən 2236,88 manat, 19.04.2019-cu il tarixli, 299 saylı invoysa əsasən 12437,11 manat, 11.04.2019-cu il tarixli 275 saylı invoysa əsasən 238,36 manat, 08.05.2019-cu il tarixli, 368 saylı invoysa əsasən 196,05 manat, 03.06.2019-cu il tarixli, 419 saylı invoysa əsasən 4868,45 manat, 10.06.2019-cu il tarixli, 430 saylı invoysa əsasən 30,03 manat, 12.06.2019-cu il tarixli 443 saylı invoysa əsasən 163,31 manat, 19.06.2019-cu il tarixli, 446 saylı invoysa əsasən 3389,91 manat, 24.04.2020-ci il tarixli 272 saylı hesaba əsasən 6614,42 manat, 25.04.2019-cu il tarixli, 314 saylı invoysa əsasən 1879,02 manat, 01.05.2020-ci il tarixli, 301 saylı hesaba əsasən 1114,86 manat dəyərində Cavabdeh MMC-yə xidmət göstərilmişdir. - 12.08.2020-ci il tarixli maliyyə arayışına AZTX/264 saylı müqavilə əsasənda sifarişçiyə məxsus texnikalara servis xidməti göstərilmiş ehtiyyat hisələrinin satışı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə əsasən icraçı tərəfndən sifariçiyə 33393,98 manat əsas məbləğ və 6010,92 manat ədv məbləği dəyərində servis xidməti göstərilmiş və ehtiyyat hissələri təhvil verilmişdir. Sifarişçi tərəfindən icraçıya ümumilikdə 3015,59 manat əsas məbləğ və 4831,87 manat ədv məbləği ödənilmişdir. Sifarişçi tərəfindən icraçıya 30378,39 manat əsas məbləğ və 1179,04 manat ədv məbləği ödənilməmiş borc qalmışdır. AZTX/264 müqavilənin 4.2 bəndinə əsasən gecikən gün üzrə 3037,84 manat əsas məbləğ, 546,81 manat ədv cərimə məbləği cərimə hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2 bəndinə əsasən cavabdeh hesab – fakturanın təqdim olunduğu gündən 30 gün müddətində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 936,76 manat əsas borca 281,92 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 3155,73 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 31557,43 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 32057,43 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar