Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-821/2020 13.04.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı cavabdeh X1rşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci tarixli, 17500 saylı müqavilə yaranmış borca görə 601,90 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə “İddiaçı" MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 və "xxxx" ASC arasında 17500 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin X4 müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. X2 xx.xx.2020-ci il tarixə qeyd olunan müqavilə üzrə yaranmış borcu 601.90 manat təşkil edir. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki: - Müəssisə qismində X4, bank qismində “xxxx” ASC və xidmət göstərən qismində İddiaçı MMC olmaqla xx.xx.2012-ci il tarixdə 17500 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X3 məxsus olan xidmət sahəsində POS-Terminal quraşdırılmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən İddiaçı MMC-nin komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1 faiz və həmin faizin ƏDV məbləği müəssisəyə təqdim edilmiş hesab-faktura əsasında müəssisə tərəfindən ödənilir. - İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş hesab-fakturalara əsasən X2 qeyd olunan müqavilə üzrə 601,90 manat məbləğində borcu yaranmışdır. - İddiaçı MMC tərəfindən X3 xx.xx.2020-ci il tarixli, xx-xx/0045 nömrəli pretenziya məktubu göndərilmiş, yaranmış 601,90 manat borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında yuxarıda qeyd olunan müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC X4 tərəfindən kartlarla əməliyyatların aparılması üçün texniki imkan yaradılması xidmətlərinin göstərilməsini, X4 isə həmin xidmətdən istifadə etməklə, kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1 faiz və həmin faizin ƏDV məbləğini təqdim edilmiş hesab-faktura əsasında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə yaranmış borca görə 601,90 (altı yüz bir manat doxsan qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X4dən borca görə 601,90 (altı yüz bir manat doxsan qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 621,90 (altı yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-821/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-821/2020
13.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver