Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-821/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 959,75 manat, dövlət sosial müdafiə fonduna olan 1017,18 manat, işsizlikdən sığorta fonduna olan 134,53 manat, icbari tibbi sığorta fonduna olan 451,45 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 1017,18 manat, işsizlikdən sığorta fonduna 134,53 manat, cbari tibbi sığorta fonduna 451,45 manat, dövlət büdcəsinə 959,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 764,95 manat, faizlər üzrə 154,8 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 2562,91 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı elektron ərizədə borcun tam ödənilməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmiş, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 300 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 220 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 300 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 130 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 300 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 300 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 100 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 100 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 200 manat məbləğində vergi borcu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 900 manat məbləğində vergi borcu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət sosial müdafiə fonduna 1017,18 manat, işsizlikdən sığorta fonduna 134,53 manat, icbari tibbi sığorta fonduna 451,45 manat, dövlət büdcəsinə 959,75 manat vergi borcunun ümumilikdə 2562,91 manat borcun olduğunu qeyd etsə də, ərizəyə məhkəmədə baxılan dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3150 manat məbləğində ödənişlər edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ödənişlərin sistemdə bir neçə gün keçəndən sonra qeydə alındığını və bir sıra ödənişlərin 07 və 08 dekabr 2023-cü il tarixlərdə (həftənin cümə axşamı və cümə günləri) edildiyini, ödənişlərdən sonra qeyri iş günlərinin (şənbə və bazar günləri) olduğunu, həmin ödənişlərin sistemə yerləşməsinin müəyyən zaman aldığını nəzərə alaraq məhkəmə hesab edir ki, 3-4 gün öncə aparılan ödənişlər xx.xx.2023-cü il tarixdə qeydə alınmaya bilərdi. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-821/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-821/2024
08.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver