Məhkəmə qərarları › İş №e-2-2(113)-824/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-824/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-824/2022 01.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı “30 mart 2020-ci il tarixli aktın ləğv edilməsi və 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməsinin binasında, nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və 2020ci ilin mart ayı üzrə **********00003 saylı (kommersiya) abonent saldosunda qaz sərfiyyatına görə əsassız hesablanmış 18094.20 manat borcun (onun əmlakının iddiaçının icarəsində olan dövründə yaranmış borcun) silinməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2022-ci il tarixli qərardadı ilə Ələsgərova Fəridə Yusif qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırki işə cəlb edilmişdir. 23 fevral 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə qəbul olunmalı, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1) qarşı “30 mart 2020-ci il tarixli aktın ləğv edilməsi və 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə əsassız hesablanmış borcun silinməsi” dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar