Məhkəmə qərarları › İş №e-2-2(113)-8249/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8249/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8249/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC ilə cavabdeh “X2” MMC arasında 0058/2024 saylı xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin icra edilməməsinə görə yaranmış əsas borc 11063.68 manatla yanaşı, özgəsinin vəsaitindən istifadə üçün faizlər olaraq 330.44 manat məbləğində faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 125 borcu, ümumilikdə 11519,12 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə cavabdeh “X2” MMC arasında xx.xx.2024-cü il tarixli, 0058/2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən SatıcıAlıcıya sifariş olunmuş malları satır, Alıcı isə malı qəbul edir və müqavilənin ayrılmaz tərkib hissiləri sayılan X1 ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən malın dəyərini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada Satıcıya ödəməyi Alıcı öhdəsinə götürür. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixlielektron qaiməyə əsasən ümumi dəyəri ƏDV daxil 9320.46 (doqqzu min üç yüz iyirmimanat 46 qəpik) manat məbləğində donmuş çiy ət dönəri və donmuş çiy toyuq dönəri təhvil verilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixlielektron qaiməyə əsasən ümumi dəyəri ƏDV daxil 8501.22 (səkkiz min beş yüz bir manat 22 qəpik) manat məbləğində donmuş çiy toyuq dönəri təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli elektron qaimələrə əsasən "xxxx" MMC tərəfindən bugünədək "xxxx" MMC-nə ödənilməmiş ümumilikdə 17821.68 (on yeddi min səkkiz yüz iyirmi bir manat 68 qəpik) manat borcdan xx.xx.2024-cü il tarixində 6758 (altı min yeddi yüz əlli səkkiz) manat məbləğində pul ödənilmişdir. Faktiki olaraq “X2” MMC-nin "xxxx" MMC-nə qalıq (17821.68- 6758=11063.68) 11063.68 (on bir min altmış üç manat 68 qəpik) manat məbləğində borcu qalmışdır. "xxxx" MMC tərəfindən qalı qborcun ödənilməsi üçün “X2” MMC-nə xəbərdarlıq, daha sonra pretenziya göndərilmişdir. Lakin cavabdeh öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Bu səbəbdən iddiaçıməhkəmədə hüquqlarınımüdafiə etmək məcburiyyətində qalmışdır. Aşağıdakılara əsasən qalıq borcunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin (məhkəmə və vəkil üçün ödənilmiş) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbuledilməlidir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X2” MMC arasında 0058/2024 saylı xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin icra edilməməsinə görə yaranmış əsas borc 10001.22 manat və dövlət rüsumuna görə ödənilmiş 124.18 borcu, ümumilikdə 10125.4 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, 0058/2024 alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin imza və möhürü yoxdur. İddiaçı tərəfindən cavabdehə MT2411 10054556 nömrəli xx.xx.2024-cü il tarixli 11240.562 manat, MT2409 10750969 nömrəli xx.xx.2024-cü il tarixli 4080.20 manat, MT2409 10750660 nömrəli xx.xx.2024-cü il tarixli 6560.32 manat, MT2410 10799334 nömrəli xx.xx.2024-cü il tarixli 12496.62 manat, MT2409 11195798 nömrəli xx.xx.2024-cü il tarixli 4152.20 manat, MT2411 11266209 nömrəli xx.xx.2024-cü il tarixli 9320.46 manat, MT2408 11754458 nömrəli xx.xx.2024-cü il tarixli 1876.9 manat, MT2408 11752990 nömrəli xx.xx.2024-cü il tarixli 1928.9 manat, MT2408 11751164 nömrəli xx.xx.2024-cü il tarixli 2280.11 manat, MT2501 10650401 nömrəli xx.xx.2025-ci il tarixli 8501.22 manat məbləğində elektron qaimə göndərilmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqları ilə təsdiq edilir ki,cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində 5000 manat,xx.xx.2023-cü il tarixində 3000 manat,xx.xx.2023-cü il tarixində 3000 manat,xx.xx.2023-cü il tarixində 6693.4 manat,15.309.2023-cü il tarixində 5756 manat,xx.xx.2023-cü il tarixində 6000 manat,xx.xx.2023-cü il tarixində 30700 manat,xx.xx.2023-cü il tarixində 15829 manat,xx.xx.2023-cü il tarixində 5500 manat ödənilmişdir.

12. 02.09.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 286.18 manat ƏDV məbləği ödənilmişdir.

13. 02.10.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 633.39 manat ƏDV məbləği ödənilmişdir.

14. 03.10.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 131.18 manat ƏDV məbləği ödənilmişdir.

15. 03.10.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 228.81 manat ƏDV məbləği ödənilmişdir.

16. 05.12.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 610.17 manat ƏDV məbləği ödənilmişdir.

17. 06.11.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 1372.88 manat ƏDV məbləği ödənilmişdir.

18. xx.xx.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 1030.88 manat ƏDV məbləği ödənilmişdir.

19. 17.10.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 1067.79 manat ƏDV məbləği ödənilmişdir.

20. 19.09.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 294.12 manat ƏDV məbləği ödənilmişdir.

21. 19.09.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 622.4 manat ƏDV məbləği ödənilmişdir.

22. 20.11.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 1372.88 manat ƏDV məbləği ödənilmişdir.

23. 30.08.2024-cü il tarixli köçümənin aparılması haqqında bildirişlə təsdiq olunur ki,cavabdeh tərəfindən iddiaçıya 347.81 manat ƏDV məbləği ödənilmişdir.

V. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

26. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

28. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

29. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədə cavabdehin imzası olmasa da, göndərilən e-qaiməlöərdə və cavabdeh tərəfindən edilən ödənişlərdə həmin müqavilənin tarixi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi sübutlardan, göndərilən e-qaimələr və həmin e-qaimələr əsasında edilmiş ödənişlərdən görünür ki, tərəflər arasında işgüzar münasibət eqaimələrin göndərilməsi və həmin qaimələr əsasında ödənişlərin edilməsi şəklində formalaşmış və tərəflər arasında alğı-satqı münasibətləri mövcud olmuşdur. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin göstərilən müqavilə üzrə iddiaçı "xxxx" MMCyə borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimə və həmin qaimələr üzrə olan qismən ödənişlərlə sübuta yetirilir. Cavabdeh tərəfindən iddia tələbinə heç bir etiraz edilməmiş, həmçinin heç bir sübut təqdim edilməmişdir.

30. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 10001.22 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

31. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 124.18 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 10001.22 (on min bir manat iyirmi iki qəpik) manat məbləğin də əsas borc, 124.18 (yüz iyirmi dörd manat on səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar