Məhkəmə qərarları › İş №e-2-2(113)-825/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-825/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-825/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, “X2” ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X2” ASC Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə “X2” ASC arasında bağlanmış 24.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 50490 (əlli min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq “X2” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X2” ASC ilə Cavabdeh MMC arasında qarşılıqlı razılaşma əsasında 24 iyul 2019-cu il tarixli, 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı Cavabdeh MMC 30 ədəd MFL2110 Cashcode aparatı, alıcı “X2” ASC-nin mülkiyyətinə verməyi (multivalyuta softu yazmaqla), alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş qiyməti satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, satıcı avadanlıqları 50 iş günü ərzində soft ilə birlikdə alıcıya çatdırmağı, tərəflər arasında razılaşdırılmış 30 ədəd MFL2110 Cashcode alındığı təqdirdə alınan 30 ədəd avadanlıq əlavə olaraq alıcının mülkiyyətində olan istənilən sayda bütün digər cashode-larda (Mfl2110) multivalyuta softu yazmağı öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlaMMasından təxmini 1 ilə yaxın keçməsinə və bank tərəfindən bütün ödənişin (50490 AZN manat) həyata keçirilməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, yəni avadanlıqlar Banka təhvil verilsə də, proqram təminatını-multivalyuta softunu yazmağı təmin etməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə şifahi şəkildə məlumat verilmişdir.Sonradan isə müqavilə üzrə 30 ədəd cavahdehdən alınan avadanlıq, həmçinin əlavə olaraq alıcının mülkiyyətində olan 78 sayda bütün digər cashode-larda (Mfl2110) 5 iş günü müddətində multivalyuta softu yazılması barədə cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilsə də heç bir nəticəsi olmamışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin qiyabi icraatda baxılmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, ddia tələbinin qiyabi icraatda baxılmasına etiraz etmədiyinə dair ərizə təqdim edərəkiddianın təmin rüsumunun oluMMasını, cavabdehdən 50490 (əlli min dörd yüz doxsan) manat məbləğində pul vəsaitinin, 30 manat ödənilmiş dövlət iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 24 iyul 2019-cu il tarixli 01 nömrəli müqavilədən görünür ki, alıcı “X2” ASC ilə satıcı Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi bağlaMMışdır. İş materiallarında olan 24.07.2019-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən ƏDV daxil olmaqla 50490 manat məbləğində 30 ədəd MFL2110 Cashcode alqı–satqısı satıcı Cavabdeh MMC ilə alıcı “X2” ASC arasında razılaşdırılmışdır. İş materiallarında olan 25.07.2019-cu il tarixli 01/01 nömrəli hesab-fakturadan görünür ki, “Cavabdeh” MMC tərəfindən sifarişçi “X2” ASC olmaqla 30 ədəd MFL2110 Cashcode üçün məbləğ 50490 manat,yekunda müqaviləyə əsasən ilkin olaraq 25245 manatın ödənilməsi qeyd edilməklə hesab–faktura tərtib edilmiş dir. İş materiallarında olan 20.08.2019-cu il tarixli 01/01 nömrəli hesab-fakturadan görünür ki, “Cavabdeh” MMC tərəfindən sifarişçi “X2” ASC olmaqla 30 ədəd MFL2110 Cashcode üçün məbləğ 50490 manat, yekunda müqaviləyə əsasən qalıq olaraq 25245 manatın ödənilməsi qeyd edilməklə hesab–faktura tərtib edilmişdir. İş materiallarında olan 29.07.2019-cu il tarixli 742786 nömrəli elektron qaimədən görünür ki, məhsullarının yekun dəyəri 25245.00 manat olmaqla; 21.08.2019-cu il tarixli 780874 nömrəli elektron qaimədən görünür ki, məhsullarının yekun dəyəri 25245.00 manat olmaqla Cavabdeh MMC tərəfindən “X2” ASC-yə müqaviləyə əsasən elektron qaimə göndərmişdir. İş materiallarında olan 29.07.2019-cu il tarixli 36066 nömrəli ödəniş tapşırığından görünür ki, “X2” ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 25.07.2019 tarixli 01/01 saylı müqaviləyə, 25.07.2019-cu il tarixli, 01/01 nömrəli hesab-faktura üzrə avans olaraq 25245.00 manat ödəniş edilmişdir. 26.08.2019-cu il tarixli 36066 nömrəli ödəniş tapşırığından görünür ki, “X2” ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 25.07.2019 tarixli 01/01 saylı müqaviləyə, 20.08.2019-cu il tarixli, 01/01 nömrəli hesab-faktura üzrə qalıq 25245.00 manat ödəniş edilmişdir. İş materiallarında olan 22.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə 30 ədəd cavahdehdən alınan avadanlıq, həmçinin əlavə olaraq alıcının mülkiyyətində olan 78 sayda bütün digər cashode-larda (Mfl2110) 5 iş günü müddətində multivalyuta softu yazılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq oluMMuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkiMMəlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh malları iddiaçıya təhvil vermiş, iddiaçı isə həmin malların dəyərini ödəmişdir. İddiaçı tərəfindən mübahisələndirilən hal müqavilə üzrə yaraMMış digər öhdəliyin,yəni bütün cashode-larda (Mfl2110) multivalyuta softu yazılmasının cavabdeh tərəfindən icra edilməməsidir. Belə ki,tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 3.2.17-ci bəndinə əsasən 30 ədəd MFL2110 Cashcode alındığı təqdirdə alıcının mülkiyyətində olan istənilən sayda bütün digər cashode-larda (Mfl2110) multivalyuta softu yazmağı öhdəsinə götürmüşdür İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh MMC-dən 50490 (əlli min dörd yüz doxsan) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 50520 (əlli min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti “X2” ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin.““““““““““““““““““““““““““““““““““““““““““““““ Cavabdeh MMC ilə “X2” ASC arasında bağlaMMış 24.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin, müqavilə üzrə ödənilmiş 50490 (əlli min dörd yüz doxsan) manat məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 50520 (əlli min beş yüz iyirmi) manat Cavabdeh MMC-dən tutularaq “X2” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar