Məhkəmə qərarları › İş №e-2-2(113)-827/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-827/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-827/2020 10.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinə əsasən 11800,00 manat, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin kompensasiya edilməsi üçün 15000,00 manat məbləğlərin və 30,00 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı ödənilmiş 6 aylıq xidmət haqqı məbləği olan 12000 manatın, vergi orqanına ödənilmiş 863.89 manatın və işgüzar nüfuza dəyən zərərin kompensasiyası kimi 25000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinə əsasən 11800,00 manat, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin kompensasiya edilməsi üçün 15000,00 manat məbləğlərin və 30,00 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı ödənilmiş 6 aylıq xidmət haqqı məbləği olan 12000 manatın, vergi orqanına ödənilmiş 863.89 manatın və işgüzar nüfuza dəyən zərərin kompensasiyası kimi 25000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində 01 saylı hüquq, mühasibatlıq, vergi və insan resursları sahələri üzrə xidmət müqaviləsi imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən Cavabdeh xidmətlərin göstərilməsi müqabilində İddiaçı1nə hər ay müqavilədə nəzərdə tutulan müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 ilə Cavabdeh arasında imzalanmış və qeyd edilmiş xidmət müqaviləsinə əsasən Cavabdehnə təqdim olunmuş xidmətlər müqabilində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 18% ƏDV ödənişi də daxil olmaqla ümumilikdə 11.800 manat məbləğində olan xidmət haqqı üçün nəzərdə tutulan vəsait Cavabdeh tərəfindən hər hansı bir yazılı bildiriş olmadan və əvvəlcədən məlumat verilmədən səbəbsizcəsinə İddiaçı1nə ödənilməmişdir. İddiaçı1 tərəfindən Cavabdehnə verilən yazılı və şifahi məlumatlara baxmayaraq, Cavabdeh tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə zidd olaraq xidmət haqqı ödənişini həyata keçirməmiş və müqaviləyə öz öhdəliklərini tam həyata keçirmədən xitam verməyə çalışmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 nömrəli müqavilənin 4.1ci maddəsinə əsasən Cavabdeh tərəfindən hər təqvim ayının ilk 7 günü ərzində müvafiq ödəniş İddiaçı1 xeyrinə edilməli idi. Halbuki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan ödənişlər edilməmiş və müqavilənin şərtləri kobudcasına pozulmuşdur. Cavabdeh tərəfindən tərəflər arasında imzalanmış xidmət müqaviləsinin xitam olunması barədə İddiaçı1nə şifahi surətdə məlumat verilmiş və İddiaçı1 tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərinin tamyerinə yetirilməsi və xitam üçün səlahiyyətli şəxs tərəfindən təsdiq edilmiş müvafiq yazılı bildirişin göndərilməsi xahiş edilmişdir. Halbuki, bu xahiş və sorğulara baxmayaraq Cavabdeh tərəfindən heç bir yazılı bildiriş göndərilməmiş və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh tərəfindən qanunazidd surətdə dayandırılmışdır. Cavabdeh tərəfindən hər hansı bir rəsmi məlumat əldə edilmədiyinə görə İddiaçı1 tərəfindən Cavabdehnə mütəmadi olaraq müqavilə əsasında xidmətlərin göstərilməsi davam etdirilmişdir. İddiaçı1 tərəfindən xidmətlərin göstərilməsinə baxmayaraq Cavabdeh tərəfindən ödənişlərin təmin edilməsi əsassız olaraq dayandırılmış və müqavilənin şərtlərinə uyğun olmayaraq müqaviləyə xitamverilməyə çalışılmışdır. İddiaçı1 tərəfindən Cavabdehnə tərəflər arasında imzalanmış müqavilənin şərtləri əsasında pretenziya təqdim edilmiş və bu mübahisənin məhkəməyə qədər həll edilməsi təklif edilmişdir. Qeyd edilən pretenziya Cavabdeh qanuni təmsilçisi X2 tərəfindən imzalanaraq təhvil alınmışdır. Həmçinin, İddiaçı1 tərəfindən mübahisənin həlledilməsi üçün bütün mümkün səylər göstərilmiş, hətta pretenziyada qeyd edilən müddətdən keçməsinə baxmayaraq Cavabdehnə əlavə müddət verilmişdir. Lakin, Cavabdeh tərəfindən məsələyə daim olduğu kimi qeyri-peşəkarcasına münasibət göstərilmişdir. Hətta, İddiaçı1 tərəfindən edilən telefon zənglərində Cavabdeh tərəfindən borcun ödənilməsi təsdiq edilmiş və müxtəlif bəhanələrlə borc məbləğinin ödənilməsi gecikdirilmişdir. Odur ki, Cavabdehtərəfindən İddiaçı1nə ödənilməsi nəzərdə tutulan ödənişləri daim gecikdirmiş və İddiaçı1 işgüzar nüfuzuna zərər vuraraq şirkətin itkilərlə üzləşməsinə səbəb olmuşdur. Pretenziyada Cavabdehndən yalnızmüqavilə üzrə əsas məbləğ tələb edilmiş və xəbərdarlıq edilmişdir ki, məhkəməyə müraciət edəcəyi halda əldən çıxmış fayda, İddiaçı1 işgüzar nüfuzuna dəymiş mənəvi zərər və məhkəmə xərcləri də tələbə əlavə ediləcəkdir. Lakin Cavabdeh bu imkandan da yararlanmamışdır. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi X3 məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın 4800 manat hissədə təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2018-ci il tarixli 01 saylı Xidmət Müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh maddi itkilərlə üzləşmiş, onun işgüzar nüfuzuna ziyan dəymişdir. İddiaçı1 və Cavabdeh arasında xx.xx.2018-ci il tarixində 01 saylı “Xidmət” müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini İddiaçı1 müqavilədə nəzərdə tutulan həcmdə və şərtlərlə Cavabdehnə hüquqi, mühasibatlıq, vergi və insan resursları sahəsində xidmətlər göstərməsi, Cavabdeh isə həmin xidmətlərin haqqını ödəməsi təşkil etmişdir. Müqavilənin 5.1-ci bəndində İddiaçı1 müqavilədə əks olunan xidmətləri yerinə yetirilmədiyi, yaxud lazımınca yerinə yetirmədiyi halda onun təqsirli hərəkətləri nəticəsində vurulmuş ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Tərəflər arasında mövcud olmuş müqavilənin şərtləri İddiaçı1 tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, müqavilə tarixindən keçən 6 ayın hesabatlarına nəzər saldıqda Cavabdehtərəfindən xidmətlərin icrası zamanı buraxılan çoxsaylı kobud nöqsanlar ortaya çıxmışdır. Bununla bağlı Cavabdehtərəfindən rəsmi yazışmalarla İddiaçı1nə məlumat, xəbərdarlıq verilmişdir. İddiaçı1 müqavilə tarixindən keçən 6 ay üçün Vergi və DSMF hesabatlarını düzgün aparmamasına görə vergi orqanı tərəfindən Cavabdehnə 863.89 manat məbləğində penya hesablanmışdır. İddiaçı1 “göstərdiyi” xidmətlərdə yol verdiyi nöqsanlar bununla yekunlaşmamış, tərtib etdikləri əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə cavab verməmiş, müqavilələrin imzlanması vətəsdiqlənməsində çoxsaylı çatışmazlıqlar olmuş, əmək müqavilələrində işçinin əmək funksiyalarının həcmi tam göstərilməmiş, iş saatları, əmək məzuniyyətinin, əmək müqaviləsinin müddətləri və s. düzgün göstərilməmiş və bunun kimi çoxsaylı xətalara yolverilmişdir. Bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəlarını pozuntusu ilə bağlı Cavabdeh risk altına almışdır. Müqavilənin şərtlərində İddiaçı1 tərəfindən Cavabdehnə göstərilməsi nəzərdə tutulan hüquq xidmətləri isə ümumiyyətlə göstərilməmişdir. İşçi personalı ilə vaxtında təmin olunmamağı səbəbi ilə Cavabdeh müştəriləri arasında narazılıqlar yaranmışdır. Qeyd edilən xüsusatlar göstərir ki, “xidmətlər”in keyfiyyətsizliyi nəticəsində Cavabdeh işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Beləliklə, xx.xx.2018-ci il tarixli 01 saylı Xidmət Müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etməməsinə görə Cavabdeh İddiaçı1ndən ödədiyi 6 aylıq xidmət haqqı məbləğini, vergi orqanına ödədiyi penya məbləğini və işgüzar nüfuzuna vurulmuş zərərin kompensasiyasını tələb etmək hüququ yaranmışdır. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurmunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya qurmunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı1 xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2018-ci il tarixli 01 saylı“Xidmət” müqaviləsinin surətindən görünür ki, İddiaçı1 yalnız hazırkı Müqavilədə nəzərdə tutulan həcmdə və şərtlərlə Cavabdehnə hüquqi, mühasibatlıq, vergi və insan resursları sahəsində xidmətləri göstərməyi, Cavabdeh isə həmin xidmətlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli, xx xxxxx 2019-cu il tarixli təhviltəslim aktlarından görünür ki, İddiaçı1 tərəfindən 2018-ci ilin dekabr, 2019-cu ilin yanvaraprel ayları üzrə göstərilmiş xidmətlər Cavabdeh tərəfindən qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli EAAV seriyalı 331820 saylı və xx xxxx 2019-cu il tarixli EAAW seriyalı 550698 saylı elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 4720 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli 01 saylı “Xidmət” müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı1 yalnız hazırkı Müqavilədə nəzərdə tutulan həcmdə və şərtlərlə Cavabdehnə hüquqi, mühasibatlıq, vergi və insan resursları sahəsində xidmətləri göstərməyi, Cavabdeh isə həmin xidmətlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı1 tərəfindən 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar-aprel ayları üzrə xidmətlər göstərilmiş və həmin xidmətlər Cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı1 tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərin dəyəri ümumilikdə 4720 manat təşkil etmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə İddiaçı1 hüquqi, mühasibatlıq, vergi və insan resursları sahəsində xidmətlər göstərmiş və həmin xidmətlər Cavabdeh tərəfindən qəbul edilmiş, İddiaçı1 Cavabdehndən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə İddiaçı1 qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı1 iddia ərizəsində xx.xx.2018-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinə əsasən 11800,00 manat borcun ödənilməsini tələb etsə də, ilkin iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehdən 4800 manatın tutulmasını xahiş etmişdir. Lakin, iş materialları ilə İddiaçı1 tərəfindən Cavabdehnə göstərdiyi xidmətlərin dəyərinin 4720 manat olması müəyyən olunur ki, bu halda məhkəmə hesab edir ki, ilkin iddia əsas borca aid hissədə həmin məbləğ Cavabdehndən tutulmaqla qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh nümayəndəsi və vəkili İddiaçı1 göstərdiyi xidmətlərin keyfiyyətsiz olmasını və bunun nəticəsində Cavabdeh işgüzar nüfuzuna zərər vurulmasını qeyd etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, göstərilən dəlillər iş materiallarına əlavə olunmuş təhvil-təslim aktları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan təhvil-təslim aktlarından göründüyü kimi İddiaçı1 tərəfindən 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar-aprel ayları üzrə xidmətlər göstərilmiş və həmin xidmətlər Cavabdeh tərəfindən qəbul edilmişdir. Bundan əlavə, qarşılqlı iddia tələbinin vergi orqanına ödənilmiş pul vəsaitinə aid hissədə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 müqavilə tarixindən keçən 6 ay üçün Vergi və DSMF hesabatlarını düzgün aparmamasına görə vergi orqanı tərəfindən Cavabdehnə 863.89 manat məbləğində penya hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə zərərin vurulmasına dair qarşılıqlı iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh, Vergi və DSMF hesabatlarının düzgün olmamasının məhz İddiaçı1 təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, xx.xx.2018-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinə əsasən 4720 manat Cavabdehndən tutularaq İddiaçı1nə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi (4720 manat) iddia tələbinin (26800 manat) 17,61 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5,28 manat məbləği "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1nə ödənilməli, qalan 24,72 manat məbləği isə İddiaçı1nə aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinə əsasən 4720 manat Cavabdehndən tutularaq İddiaçı1nə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5,28 manat məbləği "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1nə ödənilsin, qalan 24,72 manat məbləği isə İddiaçı1nə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu "Cavabdeh" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar