Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-829/2021 19.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə yaranmış 31003.31 (otuz bir min üç manat otuz bir qəpik) manat qalıq borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi xidmətlərə görə 530 manat, cəmi 31563,31 manat məbləğində pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğ isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, bu barədə müvafiq olaraq xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktı imzalanmış və bununla da, müqavilə tam olaraq icra edilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına müqavilə üzrə avans olaraq müqavilə qiymətinin 70 faizi köçürülmə yolu ilə köçürülmüşdür. Lakin müqavilə üzrə iddiaçıya ödənilməli olan yerdə qalan məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktı iddiaçı tərəfindən iddiaçı hüquqi şəxsin nümayəndəsi Əliyev Elnur, cavabdeh tərəfindən cavabdeh hüquqi şəxsin nümayəndəsi Elfaq Əmiraslanov imzalamışdır. Müqavilənin icra edilməsindən aylarla vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə ödənilməli olan qalıq borc məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı danışıqlar aparılmışdır. Lakin aparılan danışıqlar hazırki vaxtadək heç bir nəticə verməmişdir. Müqavilənin 6-cı bəndinə əsasən tərəflər arasında yaranan bütün anlaşılmazlıqlar danışıqlar yolu ilə həll edilməlidir. Bu səbəbdən də, yaranmış anlaşılmazlıqların aradan qaldırılması barədə xx xxxxxxxx 2020-ci il tarixli 20-39 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 20-40 nömrəli məktublarla müraciətlər edilsə də, müraciətlər hazırkı vaxtadək cavabsız qalmışdır. İddiaçı tərəfindən müqavilənin icra edilməsi üçün xarici tərəfdaş olan şirkətlə müqavilə imzalanmış və xx xxxx 2020-ci il tarixdə mallar Azərbaycan Respublikası Gömrük Komitəsinin Qazax rayonu, Qırmızı Körpü keçid məntəqəsindən ölkəyə daxil olmuşdur. Bu barədə xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin təsdiq edilmiş surəti əlavə olunur. İddiaçı ilə Bakı şəhəri, Qaradağ rayonu, 10 saylı Vəkil Bürosu ilə xx xxxxxx 2020-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi və məhkəmədə təmsilçiliyə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən bu xidmətlərə görə 530 manat məbləğində vəsait 10 saylı Vəkil Bürosuna köçürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli alqısatqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən üqaviləyə əsasən, satıcı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan1 nömrəli əlavəsinə uyğun olaraq, müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğ isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. -Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar və alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir. -EBAJ seriyalı 829910 nömrəli xx.xx.2020-ci il tarixli qaimə fakturaya əsasən 103704,59 manat dəyərində 5 adda razılaşdırılmış mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. -xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 5 adda göstərilən çeşiddə və miqdarda razılaşdırılmış mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.Protokol tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə sazışdən görünür ki, bu sazışin predmeti QSZA 016/0120 saylı, xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borclunun kreditora xx xxxxxx 2020-ci il tarixə yaranmış borcunun hissəhissə ödənilməsi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsindən ibarətdir. -Həmin sazişin 1.2-ci bəndinə əsasən, tərəflər razılaşır və təsdiq edir ki, bu sazişin imzalandığı tarixə Borclunun Kreditora QSZA 016/0120 saylı, xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qalıq borcu 31003,38 (otuz bir min üç manat, 38 qəpik) manat (26274,05 manat əsas + 4729,33 manat ƏDV) təşkil edir. -Həmin sazişin 2.1-ci bəndinə əsasən, borclu öhdəlik götürür ki, bu sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə Kreditora ödəyəcəkdir:1) xx xxxxxx 2021-ci il tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 2) xx xxxxxx 2021-ci il tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 3) xx xxxx 2021-ci il tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 4) xx xxxxx 2021-ci il tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 5) xx xxx 2021-ci il tarixədək - 6.203,38 (altı min iki yüz üç manat, 38 qəpik) manat (ƏDV daxil). -Həmin sazişin 2.3-cü bəndinə əsasən, borclu tərəfindən sazişin 2.1-ci bəndində müəyyən edilən müddətlərdə və məbləğdə ödənişlərin 1 (bir) iş günündən gec olmayaraq gecikdirilməsi bu sazişin pozulması hesab edilir və borclu tərəfindən məhkəməyə təkrarən müraciət etmək üçün əsasdır. - xx.xx.2020-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 61,611.20 AZN, xx.xx.2020-ci il ödəniş tapşırığına əsasən 530 AZN, xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən 5274,05 AZN, xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən 2000 AZN, xx.xx.2021-ci il tarixli hesabdan çıxarışa əsasən 360 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. -xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 5 adda razılaşdırılmış mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, müqavilə üzrə alıcı Cavabdeh MMC tərəfindən satıcıya ödənilməli olan qalıq borc məbləği 31003,31 manat təşkil edir. -xx xxxxxxxx 2020-ci il tarixli 20-39 nömrəli və xx xxxxxx 2020-ci il 29-40 tarixli nömrəli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehə 31003,31 AZN borc məbləğinin könüllü olaraq ödəməsini təklif etmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq ödənilməyən məbləğin, dəymiş zərərin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsinə uyğun olaraq, müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğ isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc üzrə 23069,26 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 530 manat hüquqi yardım üçün və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləğinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 530 manat hüquqi yardım və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul məbləği cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli müqaviləsi üzrə Cavabdehndən 23069,26 (ƏDV daxil olmaqla) (iyirmi üç min altmış doqquz manat iyirmi altı qəpik) manat qalıq borc, hüquqi xidmətlərə görə 530 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2020-ci il tarixli QSZA 016/0120 nömrəli müqaviləsi üzrə Cavabdehndən 23069,26 (ƏDV daxil olmaqla) (iyirmi üç min altmış doqquz manat iyirmi altı qəpik) manat qalıq borc, hüquqi xidmətlərə görə 530 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-829/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-829/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver