Məhkəmə qərarları › İş №e-2-2(113)-83/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-83/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-83/2020 28.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehn nümayəndəsi X4, Cavabdehn vəkili X1 iştirakı ilə, iddiaçı “xxxx”Şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı“xxxx”Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədəərizə verərək, Cavabdehndən 536.950 (beş yüz otuz altı min doqquz yüz əlli) ABŞ dollarıəsas, borcun gecikdirildiyi üçün 53.695 (əlli üç min altı yüz doxsan beş) ABŞ dolları məbləğində zərərin tutularaq iddiaçının xeyrinəödənilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı“xxxx”xxxx“Cavabdeh MMC arasında lift və lift avadanlıqlarının alqı-satqısına dair xx xxxxx 2014-cü il tarixli müqaviləüzrə cavabdehin satın aldığı mallara görə iddiaçıya 438.330 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında bağlanmış sözügedən müqaviləyə qarşılıqlı razılıq əsasında razılaşma protokolu imzalanaraq müqaviləyəəlavə edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarxili alqı-satqı müqaviləsinə edilən xx xxxxxx 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən hazırkı işüzrə iddiaçı siyahısı razılaşma protokoluna əlavə edilən 205.000 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-yə satmağıöhdəsinə götürür. Bu razılaşma protokolunun şərtlərinəəsasən Cavabdeh MMC həm bu razılaşma protokolu ilə həm də bu protokolun əlavə edildiyi müqaviləüzrə satın aldığı lift və lift avadanlıqlarına görə yaranmış borcunu ümumiləşdirərək 2017-ci ilin 25 dekabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlə bağlı qrafık tərtib edilmiş və həmin ödəmə qrafikinəəsasən Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə 150.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 113.330 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200.000 ABŞ dolları, nəhayət xx.xx.2017-ci il tarixdə isə 180.000 ABŞ dolları olmaqla, ümumilikdə 643.330 ABŞ dollarıödəməklə iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməli idi. Beləliklə, tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə edilən xx xxxxxx 2017-ci il tarxili əlavəyə - razılaşma protokoluna əsasən iddiaçı 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək alıcı-hazırkı işüzrə Cavabdeh MMC-nin ünvanına göndərmişdir. Cavabdeh MMC isəöz növbəsində qeyd edilən dəyərdə həmin malları xx.xx.2018-ci il tarixli bəyannaməəsasında Azərbaycan Respublikasına idxal etmişdir. Cavabdeh malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Bununla da tərəflər arasında bağlanmış xx xxxxx 2014-cii il tarxili alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilən xx xxxxxx 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən Cavabdeh MMC-nin iddiaçı“xxxx”şirkətinə cəmi 536.950 ABŞ dolları borcu yaranmışdır. Hesab edirik ki, bununla yanaşı cavabdeh iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə sözügedən borc məbləğindən faizlər ödəməlidir. Odur ki, cavabdeh “Cavabdeh’' MMC-dən iddiaçı“xxxx’' şirkətinin xeyrinə 536.950 ABŞ dollarıəsas borc, həmin borcun gecikdirildiyi 2018-2019-cu illər üzrə gecikdirilməsinə görə illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərər tutulmalıdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, 98620 ABŞ dolları dəyərində lift avadanlıqları iddiaçı tərəfindən ona göndərilmiş, lakin həmin məbləğ onun tərəfindən iddiaçıya ödənilməmişdir. İddia tələbini həmin hissədə qəbul edir. Lakin digər hissələrdə iddia tələbini qəbul etmir. Belə ki, digər hissə məbləğində lift və lift avadanlıqları onun tərəfindən qəbul edilməmiş və onun iddiaçıya digər borcu yoxdur. Ona görə də qalan hissədə iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehin vəkili X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işəəlavə edilmiş sənədlərdən görünür ki: “xxxx”Şirkəti iləCavabdeh MMC arasında xx xxxxxx 2017-ci il tarixdə xx xxxxx 2014cü il tarixli alqı-satqı müqaviləsinəəsasən razılaşma protokolu bağlanmışdır. Razılaşma protokolunun: 1-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixəCavabdeh MMC-nin xx.xx.2014-cü il tarixdə imzalanmış sözləşməyəəsasən “xxxx” Şirkətindən təhvil aldığı lift avadanlığlarına görə olan borcun ümumi məbləği 438.330 (dörd yüz otuz səkkiz min üç yüz otuz) ABŞ dolları təşkil edir. 2-ci bəndinə əsasən “xxxx”Şirkətinin anbarında Cavabdeh MMC-nin sifarişi əsasında istehsal edilmiş, ümumi dəyəri 205000 (iki yüz beş min) ABŞ dolları olan lift şaxta qapıları və kabin mexanizmləri Cavabdeh MMC-nin ünvanına göndərilmək üçün hazırlanmışdır. 3-cü bəndinə əsasən protokolun 1 və 2 bəndlərində göstərilən lift avadanlığlarının ümumi dəyəri 643330 (altı yüz qırx üç min üç yüz otuz) ABŞ dolları təşkil edir və bu məbləğCavabdeh MMC tərəfindən “xxxx”Şirkətinəödəniləcəkdir. “xxxx”Şirkəti tərəfindən tərtib olunmuş lift avadanlıqlarının siyahısına əsasən Cavabdeh MMC-nin sifarişi əsasında istehsal olunmuş lift avadanlıqlarının ümumi dəyəri 205000 ABŞ dolları təşkil edir. xx xxxxxx 2017-ci il tarixli razılaşma protokolu üzrə tərtib olunmuşödəmə qrafikinəəsasən Cavabdeh MMC müqaviləəsasında yaranmış borcun ödənilməsi məqsədi ilə, xx.xx.2017-ci il tarixdə 150000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 113330 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 180000 ABŞ dolları olmaqla, ümumilikdə 643330 ABŞ dollarıödəməklə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxx 2019-cu il tarixli, 1000- 170/1xx-xx/010168 saylı məktuba əlavə edilmiş xarici tərəfdaşın idxal-ixrac əməliyyatları haqqında ümumi məlumata əsasən “xxxx”Şirkəti tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək statistik dəyəri 101120 ABŞ dolları məbləğində olan 2 ədəd “ARD Mühendislik” mod.elektriklə idarə olunan sərnişin liftləri Cavabdeh MMC-nin (VÖEN:**********) tərəfindən xx.xx.2018-ci il tarixli bəyannaməəsasında Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinin xx xxx 2019-cu il tarixli, **********8921300 saylı məktubuna əsasən “xxxx” Şirkəti 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-nin ünvanına göndərmişdir. İddiaçı “xxxx”Şirkəti tərəfindən pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx”Şirkəti ilə Cavabdeh MMC arasında xx xxxxx 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyəəlavə olaraq xx xxxxxx 2017-ci il tarixdə tərəflər arasında razılaşma protokolu imzalanmışdır. Razılaşma protokoluna əsasən Cavabdeh MMC “xxxx” Şirkətinə təhvil aldığı lift avadanlığlarına görə olan borcun ümumi məbləğinin 438.330 (dörd yüz otuz səkkiz min üç yüz otuz) ABŞ dolları olduğunu etiraf etmiş və həmin borcu, eyni zamanda Cavabdeh MMC-nin sifarişi əsasında istehsal edilmiş, “xxxx”Şirkətinin anbarında olan Cavabdeh MMC-nin ünvanına göndərilmək üçün hazırlanmış lift şaxta qapıları və kabin mexanizmlərin dəyəri olan 205000 (iki yüz beş min) ABŞ dolları olan məbləğin “xxxx”Şirkətinəödəmək vəzifəsini öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli razılaşma protokolu üzrə tərtib olunmuşödəmə qrafikinəəsasən Cavabdeh MMC xx.xx.2017-ci il tarixdə 150000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 113330 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 180000 ABŞ dolları olmaqla, ümumilikdə 643330 ABŞ dollarıödəməklə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İddiaçı 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-nin ünvanına göndərdiyini, qeyd edilən dəyərdə həmin malların xx.xx.2018-ci il tarixli bəyannaməəsasında Azərbaycan Respublikasına idxal edilərək Cavabdeh MMC-yə göndərildiyini, cavabdehin malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmədiyini bildirmişdir. Cavabdeh MMC həmin hissədə idiianı qəbul edərək iddiaçıya 98620 ABŞ dolları borcu olduğunu etiraf etmiş, eyni zamanda iddia tələbini 438.330 (dörd yüz otuz səkkiz min üç yüz otuz) ABŞ dolları borc hissədə qəbul etməyərək, həmin məbləğdə iddiaçıdan avadanlıqlar almadığını və iddiaçıya həmin məbləğdə borcu olmadığını bildirmiş, həmin hissədə iddia tələbinin rədd edilməsi haqqında qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm dəöhdəliyəəsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılışəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılmasıüçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmişöhdəlik münasibətlərinin yaranmasıüçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyəəsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddia tələbini 98620 ABŞ dolları hissədə etiraf etdiyini, həmçinin həmin borcun olduğunun təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Cavabdeh iddia tələbinin 438.330 (dörd yüz otuz səkkiz min üç yüz otuz) ABŞ dolları hissəsini qəbul etməsə də, məhkəmə həmin məbləğlə bağlı yuxarıda qeyd olunan razılaşmanı həmin hissədə borcun etirafı kimi qəbul edir. Belə ki, cavabdeh xx xxxxxx 2017-ci il tarixli, hər iki tərəfin imzaladığı Razılaşma protokolunda xx.xx.2014-cü il tarixli sözləşməyəəsasən “xxxx” Şirkətindən təhvil aldığı lift avadanlığlarına görə olan borcunun ümumi məbləğinin 438.330 (dörd yüz otuz səkkiz min üç yüz otuz) ABŞ dolları təşkil edtiyini etiraf edir. Cavabdeh həmin məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara məhkəmə belə qənaətə gəlir ki, idia tələbi həmin hissədə dəəsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 53695 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “xxxx”Şirkəti iləCavabdeh MMC arasında razılaşma protokolu xx xxxxxx 2017-ci il tarixdə bağlanmış, Cavabdeh MMC 536.950 ABŞ dolları borc məbləğini hazırkı vaxtadək ödəmədiyindən iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 53695 ABŞ dolları məbləğində zərəri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda göstərilənlərəəsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 536950 (beş yüz otuz altı min doqquz yüz əlli) ABŞ dolları (438.330+98620) məbləğində borc, zərərə görə 53695 (əlli üç min altı yüz doxsan beş) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının ödəniş gününə manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçının xeyrinəödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 536950 (beş yüz otuz altı min doqquz yüz əlli) ABŞ dolları məbləğində borc və 53695 (əlli üç min altı yüz doxsan beş) ABŞ dolları məbləğində zərər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar