Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-83/2024 08.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlki iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə müqavilə üzrə öhdəlik qoyulması” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarşılıqlı iddia, lizinq müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının/qarşılıq iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1, ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İlki iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə müqavilə üzrə öhdəlik qoyulması” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlki iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə RMG MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarxilxli MAS 5288 saylı daxili Lizinq müqaviləsinə əsasən RMG MMCyə satılmış Xazar SD markalı ** PU *** nömrə nişanlı avtomobilin tam təmirinin həyata keçirilməsinə dair öhdəliyin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarxilxli MAS 5288 saylı Daxili Lizinq müqaviləsinə əsasən RMG MMC-yə Xazar SD markalı ** PU *** nömrə nişanlı avtomobil lizinqə verilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən “lizinq alan tərəfindən lizinq predmeti kasko sığorta etdirilmədikdə, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 ilərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə avtomobilin bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla lizinq verən tərəfindən öz vəsaiti hesabına bərpa edilir”. 06 iyul 2022-ci il tarixdə həmin avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir və bununla bağlı cavabdehə məlumat verilmişdir. Müqavilənin qeyd olunan müddəasının cavabdeh tərəfindən pozulması onun diqqətinə çatdırılsa da, cavabdeh bu günədək həmin öhdəliklərinin icrasından yayınır.
3. İlkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarxilxli MAS 5288 saylı Daxili Lizinq müqaviləsinə əsasən İddiaçı MMC-yə satılmış Xazar SD markalı ** PU *** nömrə nişanlı avtomobilə qəza nəticəsində dəymiş xəsarətin tam aradan qaldırılmasına və təmir olunmasına dair öhdəliyin Cavabdeh MMC-nin üzərinə qoyulmasına və öhdəliyin icrasının gecikdirildiyi müddət ərzində cavabdehə iddiaçının ödədiyi 17.5% dərəcəsi ilə hesablanmış mükafat məbləğinin iddiaçıya geri qaytarılmasına, gecikmənin davam etdiyi müddət ərzində ödənilən Lizinq məbləğinin üzərinə mükafatın hesablanmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqavilənin 1.3-cü maddəsinə əsasən Lizinq alan 14000 manat lizinq məbləği üçün 48 ay ərzində 17.5 faiz məbləğində mükafat ödəməlidir. Cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinə baxmayaraq tərəflərindən öhdəlik tam olaraq icra olunmaqdadır. Mülki məcəllənin 446-cı maddəsinə əsasən "Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir.
5. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanılmış 02 iyun 2022 tarixli MAS-5288 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən MAS-5288 saylı “daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, yəni 06 sentyabr 2022 tarixə 8436,81 manat əsas borc və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat rüsum Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 02 iyun 2022-ci il tarixli MAS-5288 saylı “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440835 ban nömrəli, ağ rəngli avtomobil 17350 manat məbləğinə Cavabdeh MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən İddiaçı MMC illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22915 manat məbləğində pulu Cavabdeh MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin mülkiyyətində olan və İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 sentyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. İddiaçı MMC-nin “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, yəni 06 sentyabr 2022-ci il tarixə 13590.16 manat əsas, 230.51 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 3.14 manat dəbbə pulu, ümumilikdə 13823.81 manat məbləğində borcu yaranmışdır. Yol nəqliyyat hadisəsindən sonra İddiaçı MMC tərəfindən 3036 manat məbləğində ödəniş olmuşdur. Həmin məbləğdən 2802.35 manat əsas borca, 230.51 manat gecikdirilmiş mükafat borcuna və 3.14 manat dəbbə puluna silinmişdir. Hal- hazırda MAS-5288 saylı daxili lizinq müaviləsi üzrə “Azərmaş'' MMC-nə olan borc 10787.81 manat təkiİ edir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq" müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq"müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.
7. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC ilə bağlanmış 02 iyun 2022-ci il tarixli, MAS-5288 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh İddiaçı MMC-dən MAS-5288 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma nına, yəni 06 sentyabr 2022-ci il tarixə 6090,79 manat əsas borc və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat rüsumun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh proses dövründə ödəniş etdiyi üçün xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edilərək iddia tələbi üzrə borc məbləği azaldılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra ayı-ayrı vaxtlarda olmaqla 2346,02 manat, iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra isə ümumilikdə 4697,02 manat məbləğində ödəniş edildiyindən borcun yerindən hesablanması zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi.
III.Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarixli MAS 5288 saylı daxili Lizinq müqaviləsinə əsasən:
13. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş ediyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.
14. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obtektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyə lizinq alan daşıyır.
15. Müqavilənin 5.2-cü bəndinə əsasən bu Müqavilənin qüvvədə otduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxıl olmaqla) , həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır.
16. Müqavilənin 5.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələnikdə, avtomobilin oğurlanması, tam məhv olmaı və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olmsl halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) Lizinq obyekti hətta lizinq alanın şəxsən özü tərəfindən idarə olunsa da müddəti keçmiş etibarnamə ilə idarə edildikdə; b) lizinq obyekti alkollu içki və ya psixotrop maddələrin təsiri altında idarə edilirsə; c) lizinq obyekti heç bir hüquqi olmayan şəxs tərəfindən idarə edildikdə; ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli ola 800 manat yolnəqliyyat hadisəsindən sonra 1 ay ərzində ödənilməzsə; d) “Daxili lizinq” müqaviləsinin imzalanmasından bir il keçərsə; e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərdinəgecikmə olduqda; ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin təqsiri nəticəsində zədələndikdə: Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması, bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir.
17. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəməklə aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər:
18. Müqavilənin 9.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pzomaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alanın sürücülük hüququndan məhrum edildikdə;
19. Müqavilənin 9.1.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehsalk keyfiyyətlərini pişləşdirdikdə;
20. Müqavilənin 9.1.3-cü bəndinə əsasən lizinq alan lizinq verənin yazılı icazəsi olmadan lizinq obyektini sublizinqə və ya kirayəyə verdikdə;
21. Müqavilənin 9.1.4-cü bəndinə əsasən lizin alan lizinq ödnişlərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq öəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə;
22. Müqavilənin 9.1.5-ci bəndinə əsasən lizinq obyekti bu müqaviləyə uyğun olaraq sığortalanmadıqda;
23. Müqavilənin 9.1.6-cı maddəsinə əsasən lizinq alanın fəaliyyəti dayandırıldıqda və ya xitam olunduqda, həmçinin lizinq alanın müəssisəi müflişləşdikdə, ləğv edildikdə (lizinq alan hüquqi şəxs olduqda)
24. Müqavilənin 9.2-ci bəndinə əsasən bu müqavilə lizinq verən tərəfindən birtəfəli qaydada ləğvedildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizin verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz.
25. Cavabdeh MMC və İddiaçı MMC arasında imzalanmış xx.xx.2022 tarixli MAS-5288 saylı daxili lizinq müqaviləsinə və ona 1 saylı əlavədən görünür ki, “KHAZAR SD” minik markalı avtomobil 17.350 manat qiymət olmaqla Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə lizinqə verilmişdir.
26. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarixli razılaşmaya əsasən:
27. Razılaşmanın 1.1-ci bəndinə əsasən lizinq obyekti yol nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürür;
28. Razılaşmanın 1.2-ci bəndinə əsasən 1.1-ci bənddə qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir.
29. Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə Khazar markalı **-PM-*** dövlət npmrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
30. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 1022 saylı arayışına əsasən İddiaçı MMC-nin daxili lizinq müqaviləsi üzrə ümumilikdə 13823,81 manat məbləğində borcu yarandığı və yol-nəqliyyat hadisəsindən sonra ümumilikdə 3036 manat məbləğində ödəniş etdiyi və bununla borclunun avtomobilin məhv olduğu tarixə borcu 10787,81 manat olduğu qeyd olunmuşdur.
31. İddiaçı MMC tərəfindən təqdim edilmiş avtomobilin bərpa olunmasının hesablanması cədvəli üzrə dəymiş zərərin həcmi 10500 manat müəyyən edildiyi qeyd olunmuşdur.
32. Cavabdeh MMC-nin yol-nəqliyyat hadisəsi nəticəsində bərpası mümkn olmayan zədələnmiş və ya qırılmış ehtiyyat hissələrinə dair təqdim edilmiş cədvəlində üzrə cəmi məbləğ 13632 manat müəyyən edilmişdir.
33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2153/2023 saylı qərardadı ilə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş və tədqiqat obyektinə baxış keçirməklə və mülki işin materiallarına əsasən yol-nəqliyyat hadisəsi zamanı “XAZAR SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı ehtiyyat hissələrinə ziyan dəymişdir və dəymiş ziyanın məbləği nə gədər təşkil etməsinin, “XAZAR SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam bərpa olunması mümkün olub-olmaması və “XAZAR SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bərpa olunması üçün çəkilməli olan xərc həmin nəqliyyat vasitəsinin dəyərinin neçə faizini təşkil etməsinin müəyyən edilməsinə dair ekspert qarşısında suallar qoyulmuşdur.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8215 nömrəli, 21 fevral 2024-cü il tarixli eksperet rəyində nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2022-ci il buraxılışlı “Xazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı, tədqiqata təqdim edilmiş qüsur aktları əsasında hesablandığı və ekspertiza təyini haqqında qərarda qeyd edilən 2022-ci il buraxılışlı “Xazar SD” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 16.000,00 manat müəyyən olunduğu, təqdim edilmiş qüsur aktları müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 35%-ni təşkil etməsi ehtimal olunduğu və beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 16.000 manat olmuş, 2022-ci il buraxılışlı “Xazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamt qalmış hissələrin dəyəri (təmini 5600 manat) nəzərə alınmaqla nəzəri qaydada təminən 10.400 manat (16000-5600) manat müəyyən edildiyi qeyd olunmuşdur.
35. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 856 saylı arayışına əsasən İddiaçı MMC-nin yol-nəqliyyat hadisəsindən sonra ümumilikdə 7733,02 manat məbləğində ödəniş etdiyi və avtomobilin məhv olduğu tarixə 6090,79 manat əsas məbləğ üzrə borcu qaldığı qeyd olunmuşdurş
36. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır.
37. İlkin iddia tələbi üzrə məhkəmə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir.
38. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarxilxli MAS 5288 saylı Daxili Lizinq müqaviləsinə əsasən RMG MMC-yə Xazar SD markalı ** PU *** nömrə nişanlı avtomobil lizinqə verilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən “lizinq alan tərəfindən lizinq predmeti kasko sığorta etdirilmədikdə, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 ilərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə avtomobilin bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla lizinq verən tərəfindən öz vəsaiti hesabına bərpa edilir”. 06 iyul 2022-ci il tarixdə həmin avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir və bununla bağlı cavabdehə məlumat verilmişdir. İlkin iddia üzrə cavabdeh tərəfindən ödəniş edilmədiyindən iddiaçı hazırda həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən mübahisələndirir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
41. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Göründüyü kimi tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, “Daxili lizinq” müqaviləsi imzalandıqdan sonra 1 ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələnikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olmsı halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır.
44. Qeyd olunanlar və işin hallarından da göründüyü kimi ilkin iddiaçı tərəf müqavilə və aralarında bağlanmış razılaşmanın şərtlərinə əməl edərək cavabdeh tərəfə lazımı məlumatları təqdim etmiş, lakin dəymiş ziyan ödənilməmişdir.
45. Bundan əlavə məhkəmə işin ədalətli həllinə nail olunması məqsədilə də məhkəməəmtəəşunaslıq ekspertizası təyin etmiş və rəy əsasında dəymiş ziyan nəqliyyat vaitəsinin 70%-dən çox olmadığı müəyyən edildiyi və bununla da ilkin iddia üzrə cavabdeh müqavilənin 5.3-cü bəndində qeyd olunduğu kimi dəymiş ziyanın ödənilməsi öhdəliyi yaranmışdır. Beləliklə ilkin iddia üzrə iddiaçının bu cür tələb irəli sürməkdə haqlı olduğu üçün bu hissədə iddia təmin edilməlidir.
46. İlkin iddianın digər hissəsi olan öhdəliyin icrasının gecikdirildiyi müddət ərzində cavabdehə iddiaçının ödədiyi 17.5% dərəcəsi ilə hesablanmış mükafat məbləğinin iddiaçıya geri qaytarılmasına, gecikmənin davam etdiyi müddət ərzində ödənilən lizinq məbləğinin üzərinə mükafatın hesablanmaması tələbi ilə bağlı məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilə bilməz.
47. İlkin iddiaçı iddia tələbinin ikinci hissəsi ilə bağlı tələbini belə əsaslandırmışdır ki, tələbin dəqiqləşdirilməsinə dair səbəb ilkin cavabdehin dəqiqləşdirmə ərizəsi ilə borcun tələb edilməsi və ekspert rəyi ilə zərərin dəqiq müəyyən edilməsindən sonra yarandığını, o cümlədən ilkin iddiaçının bugünə kimi dəymiş ziyanın ödənilmədiyini və mübahisənin digər məhkəmə instansiyalarında da davam edəcəyinə görə həmin müddət ərzində onlara dəymiş ziyan ödənilməyəyə davam etdiyi halda mükfat ödənişi edilməklə əlavə zərər dəyəcəkdir.
48. Belə ki, ilkin iddiaçı müqavilə üzrə mükafatın ödənilməsi öhdəliyini üzərinə götürmüş, eyni zamanda müqavilə üzrə vaxtı çatmamış mükafatların hazırkı mərhələdə ödənilmədən iddiaçıya geri qaytarılması belə əsassızdır. Mövcud olmayan və ödənilməyə mücərrəd bir məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiq hesab oluna bilməz. Eyni zamanda mükafatların ödənilməsinin təxirə salınması belə tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə belə ziddiyət təşkil edir.
49. Məhkəmə qarılıqlı iddia tələbinə dair aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
52. 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
53. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
54. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
55. 748-1.12-ci maddəsinə əsasən lizinq verən aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
56. 748-1.12.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
57. 748-1.12.3-cü maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;
58. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
59. 748-11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:
60. 748-11.1.2-ci maddəsinə əsasən lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;
61. 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği;
62. 748-11.1.6-cı maddəsinə əsasən lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir.
63. Məhkəmə ilk olaraq müqavilənin ləğvi tələbinə dair bir sıra məqamları qeyd edir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
65. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
66. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
67. İşin hallarından da və qarşılıqlı iddia üzrə iddiaçınn arayışlarından da göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən lizinq ödənişləri üzrə ödənişlər gecikmə olmadan və vaxtında yerinə yetirilmişdir. Yəni lizinq alan tərəfindən müqavilə öhdəliyiklərinin pozulması işin hallarında, o cümlədən mülki qanunvericilikdə nəzərdə tutulan normalar çərçivəsində müəyyən edilmir.
68. Buna görə də müqavilənin ləğvi ilə bağlı qarşılıqlı iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
69. Qarşılıqlı iddianın ikinci hissəsi üzrə iddiaçı lizinq müqavilə üzrə ümumi borc məbləğini tələb edir. Halbuki tərəflər arasına müqavilə ləğv edilmədiyindən və müqavilə münasibətləri davam etdiyindən və lizinq alan tərəfindən ödənişlərin gecikdirilməsinə yol vermədiyindən hazırkı tələbin də təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
70. Məhkəmə hesab edir ki, tələb bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.
71. Qarşılıqlı iddia ərizəsi təmin edilmədiyi üçün mediasiya xərcinin əvəzi olaraq tələb olunan 200 manat da qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 02 iyun 2022-ci il tarxilxli MAS 5288 saylı Daxili Lizinq müqaviləsinə əsasən Xazar SD markalı ** PU *** nömrə nişanlı avtomobilə qəza nəticəsində dəymiş xəsarətin təmir olunaraq aradan qaldırılması öhdəliyi cavabdeh Azərmaş MMC-nin üzərinə qoyulsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı Cavabdeh MMC ilə bağlanmış 02 iyun 2022-ci il tarixli MAS-5288 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən MAS-5288 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına, yəni 06 sentyabr 2022-ci il tarixə 6090.79 manat əsas borc və və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 200 manat rüsumun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Məhkəmə-əmtəəşunaslıq ekspertizaların keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova