Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8301/2024 13.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3378,47 (üç min üç yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) manat əsas borc, 95,97 (doxsan beş manat doxsan yeddi qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün faiz borcu (5 %-lə) olmaqla, cəmi 3474,44 (üç min dörd yüz yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğin və 55 (əlli beş) manat dövlət rüsumunun tutularaq, “Call Center" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (“İcraçı”) ilə cavabdeh “Maple Trading" MMC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1616C saylı müqavilənin 1-ci bəndinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstəilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. İddiaçı MMC tərəfindən xidmətlərin tam yerinə yetirildiyinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Belə ki, hazırda cavabdehin 3474,44 (üç min dörd yüz yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 10 aydan artıqdır ki, (2023-cü ilin dekabr ayından etibarən) icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müqavilənin 5.1-ci maddəsinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.4-cü maddəsinə əsasən məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdıra bilmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 1616C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən xidmətlərin dəyəri müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilir. Sifarişçi qəbul edir və razılaşır ki, xidmətlərin dəyərinə ƏDV daxil deyil və xidmətin dəyərinin ƏDV-yə cəlb olunan hissəsinə, yəni xidmətin dəyərinin 20% miqdarına əlavə olaraq hesablanacaq. Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesabfakturanın minimal dəyəri 70 manat təşkil edəcək. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən sifarişin yerinə yetirilməsi zamanı tərəflər bir-birinə vurduqları zərərin ödənilməsi üçün cavabdehdirlər.
6. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 1616C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 1 nömrəli əlavə iş materiallarına əlavə olunmuş, həmin əlavədə xidmətlərin siyahısı və 10% endirimlə dəyəri qeyd olunmuşdur.
7. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 163434 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 845,7 manat (ƏDV daxil) təşkil edir.
8. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00113765 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1014,8138 manat (ƏDV daxil) təşkil edir.
9. xx.xx.2024-cü il tarixli, MT2403 seriyalı, 00188228 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 736,317 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2024-cü il tarixli, MT2402 seriyalı, 00148036 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 981,6418 manat (ƏDV daxil) təşkil edir.
11. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 845,7 manat (816,31 + 29,39 manat 18% ƏDV) təşkil edir.
12. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 981,64 manat (947,53 + 34,11 manat 18% ƏDV) təşkil edir.
13. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 1014,81 manat (979,91 + 32,26 manat 18% ƏDV) təşkil edir.
14. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh MMC-nin ödəməli olduğu məbləğ 736,32 manat (710,73 + 25,59 manat 18% ƏDV) təşkil edir.
15. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin bank hesabına 170,61 manat köçürülmüşdür. Ödənişin təyinatı: EQ EBDX 163434 1616C sayli xx.xx.2023-cü il tarixli muqaviləyə əsasən qismən odəniş.
16. xx.xx.2023-cü il tarixli, 1616C saylı Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə borcun hesablanması barədə ödəniş cədvəlindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ödənilməli olan ümumi borc ƏDV daxil 3474,44 manat təşkil edir.
17. xx.xx.2023-cü il tarixli, 1616C saylı müqaviləyə əsasən iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlər arasında ümumi dəyəri 816,31 manat olan taksi xidməti göstərilmişdir.
18. xx.xx.2023-cü il tarixli, 1616C saylı müqaviləyə əsasən iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında ümumi dəyəri 947,53 manat olan taksi xidməti göstərilmişdir.
19. xx.xx.2023-cü il tarixli, 1616C saylı müqaviləyə əsasən iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında ümumi dəyəri 979,55 manat olan taksi xidməti göstərilmişdir.
20. xx.xx.2023-cü il tarixli, 1616C saylı müqaviləyə əsasən iddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında ümumi dəyəri 710,73 manat olan taksi xidməti göstərilmişdir.
21. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, avtonəqliyyat xidmətlərinin göstərilməsinə dair borcun 1 (bir) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
24. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 1616C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
25. İddia tələbi Cavabdeh MMC-dən ümumilikdə 3378,47 manat əsas borc, 95,97 manat məbləğində faiz borcunun tutularaq İddiaçı QSC-yə ödənilməsindən ibarətdir.
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 1616C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 3378,47 manat (üç min yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 95,97 manat (doxsan beş manat doxsan yeddi qəpik) tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
27. Belə ki, təqdim edilən elektron qaimələr üzrə cəmi məbləğ 3378,47 manat (645,70 (845,70 manat məbləğdən ödəniş edilib, qalıq 645,70)+981,64+1014,81+736,32=3378,47) təşkil edir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini 10 aydan artıqdır ki, (2023-cü ilin dekabr ayından etibarən) icra etməkdən qəsdən yayınır və ona görə də illik 5 %-lə hesablanmaqla, 95,97 manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Hesablama apardıqda həmin məbləğ daha artıq edir. Lakin MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq belə nəticəyə gəlinir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 95,97 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
28. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 55 manatın cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 54,75 manat (ödənilməli olan məbləğ) iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3378,47 manat (üç min yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 95,97 manat (doxsan beş manat doxsan yeddi qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,75 manat (əlli dörd manat yetmiş beş qəpik) olmaqla, cəmi 3529,19 manat (üç min beş yüz iyirmi doqquz manat on doqquz qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova