Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8333/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18\07 saylı Alqı-Satqı müqaviləsinə əsasən 67732.5 (altmış yeddi min yeddi yüz otuz iki manat, əlli qəpik) manat borcun, 320 (üç yüz iyirmi manat) manat hüquqi yardıma görə xərcin, 294 (iki yüz doxsan dörd) manat dövlət rüsumun toplam 68346.5 (altmış səkkiz min üç qırx altı manat, əlli qəpik) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər. 1.1. Cavabdeh iddiaçıya tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18/07 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş qalan 68346 (altmış səkkiz min üç yüz qırx altı) manat məbləği aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür. a) 31.03.2026-cı il tarixinədək 20.000 (iyirmi min manat) ödəniləcək b) Qalan 48346 manat məbləğ isə hər növbəti ay 12085 manat olmaqa 4 ay müddətinə ödəniləcəkdir. 1.2. Sazişin 1.1-ci bəndində qeyd edilən qaydada və müddətdə ərzində ödəmələrdə hər hansı gecikmə olacağı halda Saziş üzrə cərimə ödəməyi öhdəsinə götürür. 2.2. Sazişin 1.1-ci bəndində nəzərdə tutulan qaydada və müddətdə ödənişlər həyata keçirilməyəcəyi halda cavabdeh hər gecikən üçün ödənilməyən ümumi borc məbləğinin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1 Cavabdeh iddiaçıya tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18/07 saylı alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş qalan 68.346 (altmış səkkiz min üç yüz qırx altı) manat məbləği aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür. a) 31.03.2026-cı il tarixinədək 20.000 (iyirmi min manat) ödəniləcək b) Qalan 48346 manat məbləğ isə hər növbəti ay 12085 manat olmaqa 4 ay müddətinə ödəniləcəkdir. 1.2 Sazişin 1.1-ci bəndində qeyd edilən qaydada və müddətdə ərzində ödəmələrdə hər hansı gecikmə olacağı halda Saziş üzrə cərimə ödəməyi öhdəsinə götürür. 2.2. Sazişin 1.1-ci bəndində nəzərdə tutulan qaydada və müddətdə ödənişlər həyata keçirilməyəcəyi halda cavabdeh hər gecikən üçün ödənilməyən ümumi borc məbləğinin 1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürür. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8333/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8333/2025
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver