Məhkəmə qərarları › İş №e-2-2(113)-8380/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8380/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8380/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonracavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 57651,50 (əlli yeddi min altı yüz əlli bir manat əlli qəpik) manat pulun və vəkilə ödənilmiş 425 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, MMC tərəfindən iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tarixlərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 14 №-li Qərarına əsasən, xx.xx.2021-ci il tarixdən elektrik enerjisinin ölkədaxili tarifləri DİGƏR (istehsalat) sahələri üzrə elektrik enerjisinin 1 kvts üçün 0,10 qəpikdən hesablanması müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının müvafiq Qərarı olmasına baxmayaraq, xx.xx.2021-xx.xx.2025- ci il tarixədək olan dövr ərzində İddiaçı MMC-ninBakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 12B istehsalat sahəsi üzrə elektrik enerjisinin 1 kvts üçün 0,11 qəpikdən hesablanması həyata keçirilmiş, bununla da həmin dövr ərzində MMC-dən ümumilikdə 57651,50 manat artıq pulməbləği tutulmuşdur. Qeyd olunanlara əsasən bildiririk ki, MMC-yə 03/19-281 nömrəli abunə kodu üzrə qeydiyyat 2008-ci ildən aparılmışdır. Abunə haqqında məlumat vərəqindən də göründüyü kimi xidmətin tarifi 10 qəpikdən hesablanmışdır. Hazırda iddiaçı məhkəməyə yazılı ərizə (vəsatət) ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatəti müdafiə edib təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən həmin Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı ASC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 265 (iki yüz altmış beş) manat dövlət rüsumu İddiaçı ASCyə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar