Məhkəmə qərarları › İş №e-2-2(113)-8385/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8385/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8385/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3281 manat məbləğində pulun və ödənilmiş 56 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-8264/2025 saylı işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iddia xx.xx.2023-cü il tarixli BSC- **********-000450 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış münasibətləri əhatə edir. Daha əvvəl, eyni müqavilə üzrə İddiaçı1 QSC tərəfindən İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı tələb irəli sürülmüş və həmin iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına qəbul edilmişdir (iş № e-2-2(113)- 8264/2025). Beləliklə, hər iki iş eyni müqavilə və eyni faktlardan irəli gəlir; eyni tərəflər arasında qarşılıqlı pul tələblərindən ibarətdir; sübutlar, sənədlər və hüquqi qiymətləndirmə tam olaraq eyni müqavilədən, eyni tərəflər arasında olan münasibətlərdən irəli gəlir və bu səbəbdən birlikdə araşdırılmalıdır; ayrılıqda baxılması ziddiyyətli qərarların çıxarılması riskini artırır. İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətin məzmununa uyğun izahlar verdi və vəsatətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş həmin məhkəmənin icraatında olan e-2-2(113)-8264/2025 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə müəyyən edir ki, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-8264/2025 nömrəli kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. e-2-2(113)- 8264/2025 nömrəli iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialı İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 17 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə sonuncuya verilmiş əşyanın – 1 ədəd sərnişin lifitinin qalıq dəyərini, başqa sözlə, müqavilənin məcburi icrasını tələb edir. İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti isə adıçəkilən sərnişin lifitinin qüsurlu olduğunu bildirərək ödənilmiş məbləği geri tələb edir, başqa sözlə, müqvilədən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün, həmçinin prossesual qənaət prinsipi baxımından onlara birgə baxılması zəruri olduğundan həmin işlər bir icraatda birləşdirilməli, hazırkı kommersiya mübahisəsi üzrə e-2-2(113)-8385/2025 nömrəli iş daha sonra (xx.xx.2025-ci il) icraata qəbul olunduğundan e-2-2(113)-8264/2025 nömrəli işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2- 2(113)-8385/2025 nömrəli iş İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı2 Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair e-2-2(113)-8264/2025 nömrəli işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar