Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-840/2020 01.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nın nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı pul tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 9242,94 manat borc məbləğinin, hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 12784,89 manatın, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 22057,83 manat pul məbləğinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016- cıiltarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmalıdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtonəqliyyat vasitəsinə xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 9242,94 manat təşkil etmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2016- cı il tarixli 28/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nın nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilatına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat markalı avtonəqliyyat vasitəsi hər təmir olunandan sonra müvafiq təmirlə bağlı təmir kartı tərtib edilib cavabdehə göndərilib, həmçinin görülən təmirin həcmi ilə bağlı elektron qaimə tərtib edilmiş, cavabdeh isə buna etirazını bildirməmişdir. Odur ki, məhkəmdən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında iddiaçının hazırda tələb etdiyi vəsait həcmində və qeyd edilən tarixlərdə təmir və servis işlərinin görmədiyini, həmçinin həmin dövrdə yeni qurum yarandığına görə elektron qaimələrdən məlumatların olmadığını nəzərə alaraq tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən görünür ki, İddiaçı MMC sifarişçiyə - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinə (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) məxsus avtonəqliyyat vasitələrinə sifarişə uyğun olaraq texniki xidmət göstərməyi, müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəməyi, müqavilənin 4.2-ci maddəsinə əsasən, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin müqavilənin 5.4-cü bəndinə əsasən, “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən verilən EAAN seriyalı, 220326 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 703865 nömrəli, xx.xx.2018-ci il tarixli, EAAU seriyalı, 677500 nömrəli, xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 491387 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAV seriyalı, 028365 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı MMC-nin alıcı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təhvil verdiyi malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 9325,54 manat məbləğində təşkil edir. İddiaçı MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında olan qalıqların və dövriyyələrin qarşılıqlı hesablaşmasından görünür ki, yuxarıda qeyd olunan qaimələr üzrə dəyəri 9325,54 manat məbləğində olan mallara və görülmüş işlərə və ya xidmətlərə görə ümumilikdə 82,60 manat ödəniş edilmişdir (9242,94 manat qalıq qalmışdır). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti (hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək mallara və görülmüş xidmətlərin (işlərin) qarşılığına görə əsas borc olan 9242,94 manat məbləğində pul ödənilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, avtonəqliyyat vasitəsində 8441,72 manat həcmində təmir işləri görülərkən, həmin avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək servisdə olmuş, bu isə ciddi təmir işlərin aparıldığını göstərir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 12784,89 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 257,06 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il tarixli, 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə üzrə yaranmış 9242,94 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə görə 257,06 manat cərimə borcu, cəmi 9500 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 22027,83 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 9500 manatının (43,13%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 12,94 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli, 28/C nömrəli avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə üzrə yaranmış 9242,94 manat məbləğində əsas borc, gecikdirilmiş günlərə görə 257,06 manat cərimə borcu cəmi 9500 manat və dövlət rüsumu kimi ödənilmiş 12,94 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-840/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-840/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver