Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-841/2020 19.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (“xxxx” (Azərbaycan) ASC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20069,9 AZN (iyirmi min altmış doqquz manat doxsan qəpik) məbləğində əsas borc, 3664,3 AZN (üç min altı yüz altmış dörd manat otuz qəpik) cərimə olmaqla, cəmi 23734,2 AZN (iyirmi üç min yeddi yüz otuz dörd manat iyirmi qəpik) və ödənilmiş dövlət rüsumuna görə 30 AZN məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xxxx (Azərbaycan) ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə sement və klinker məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci maddəsinə əsasən satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə yaranmış cərimə məbləği 3664,3 AZN (üç min altı yüz altmış dörd manat otuz qəpik) təşkil edir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı “xxxx” (Azərbaycan) ASC-yə ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli məktubda həmin ilin sonuna qədər vaxt verilməsini və borcunu tamamilə ödəyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Pretenziya məktubu xx.xx.2020-ci il tarixdə cavabdehə çatdırılmışdır. Lakin cavabdeh indiyədək heç bir ödəniş etməmişdir. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bu isə “xxxx” (Azərbaycan) ASC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC ilə xxxx (Azərbaycan) ASC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə sement və klinker məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3.1-ci bəndində ödəniş alıcı tərəfindən alınacaq hər bir malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə ödəməli olması göstərilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xxxx (Azərbaycan) ASC tərəfindən xx.xx.2018-ci il tarixli, EAAV seriyalı, 208445 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 7258,36 manat məbləğində haqqın ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2019-cu il tarixli, İB seriyalı, 681282 saylı elektron vergi hesab fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xxxx (Azərbaycan) ASC tərəfindən xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 562532 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 11893,90 manat məbləğində haqqın ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2019-cu il tarixli, İC seriyalı, 210795 saylı elektron vergi hesab fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xxxx (Azərbaycan) ASC tərəfindən xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 784378 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 3498,99 manat məbləğində haqqın ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2019-cu il tarixli, İC seriyalı, 210888 saylı elektron vergi hesab fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xxxx (Azərbaycan) ASC tərəfindən xx.xx.2019-cu il tarixli, EAAV seriyalı, 710991 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 3571,06 manat məbləğində haqqın ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2019-cu il tarixli, İC seriyalı, 210870 saylı elektron vergi hesab fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. xxxx (Azərbaycan) ASC tərəfindən xx.xx.2019-cu il tarixli, EAAW seriyalı, 562532 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 547.85 manat məbləğində haqqın ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2019-cu il tarixli, İD seriyalı, 243552 saylı elektron vergi hesab fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş və imzalanaraq möhürlənmiş üzləşmə aktı ilə Cavabdeh MMC-nin xxxx (Azərbaycan) ASC-yə xx.xx.2019-cu il tarixə olan ümumi borcunun 20069,9 AZN təşkil etdiyi təsdiqlənmişdir. Cavabdeh MMC xx.xx.2019-cu il tarixli ərizə ilə xxxx (Azərbaycan) ASC-yə ərizə ilə müraciət edərək həmin ilin sonuna qədər vaxt verilməsini və borcunu tamamilə ödəyəcəyini bildirmişdir. xxxx (Azərbaycan) ASCpretenziya qaydasında xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh MMC-yə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh aldığı malların dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinəəsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən qəbul etdiyi malın dəyəri olan müəyyənləşdirilmiş pul məbləğini – 20069,9 AZN məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borca görə 20069,9 AZN tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 3664,3 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilməli, rüsumun qalan hissəsinin əvəzi olaraq 26 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233,567, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20069,9 AZN (iyirmi min altmış doqquz manat doxsan qəpik) məbləğində əsas borc, 500 (beş yüz) AZN məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) AZN olmaqla, cəmi 20595,90 AZN (iyirmi min beş yüz doxsan beş manat doxsan qəpik) məbləğində pul tutularaq iddiaçı xxxx (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 4 (dörd) AZN hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-841/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-841/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver