Məhkəmə qərarları › İş №e-2-2(113)-841/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-841/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-841/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı daşınma müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehxxxx 10.535 (on min beş yüz otuz beş) manat məbləğində əsas borcun, 5.267 (beş min iki yüz altmış yeddi) manat məbləğində cərimə-dəbbə pulunun, 4.000 (dörd min) manat əldən çıxmış fayda haqqının, 6,25 % məbləğində hesablanmaqla 658 (altı yüz əlli səkkiz) manat məbləğində bank uçot dərəcəsinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İ“ddiaçı“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16.10.2019-cu il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsinə dair” 30/19 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “icraçı” İddiaçı MMC “sifarişçi” Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin “İddiaçı“ MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, “Cavabdeh“ MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 10.535 (on min beş yüz otuz beş) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir.Belə ki, tərəflər arasında tərtib olunmuş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 009245, 010461, 011114, 011377, 012092 nömrəli aktlardan və AR Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən çıxarılmış 400653, 837023, 930692, 307100, 338483 nömrəli elektron qaimələrdən də göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər ümumilikdən 10.535 (on min beş yüz otuz beş) manat məbləğində xidmət göstərilmiş, lakin göstərilən xidmət üzrə ödəniş həyata keçirilməmişdir. Müvafiq borc məbləği tərəflər arasında tərtib olunmuş 2 nömrəli üzləşmə aktı ilə də təsdiq edilmişdir. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb edilməsinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq, müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 5.267 (beş min iki yüz altmış yeddi) manat cərimə hesablanmışdır. Həmçinin, bugünədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətə məxsus 25.080 manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Qeyd edilən vəsait şirkətdə qalsa bu vəsaitdən xeyli miqdarda gəlir əldə edə bilərdilər. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkət 4.000 (dörd min) manat məbləğində gəlirindən məhrum olmuşdur. Qeyd edilən məbləğ də, cavabdehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsas borc hissəsini qəbul etdiyini bildirərək, iddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16.10.2019-cu il tarixli müqaviləyə əsasən: -“İcraçı” (İddiaçıMMC) sifariş əsasında “sifarişçi”-yə məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi “sifarişçi” (Cavabdeh MMC) isə bunun müqabilində “icraçıya” bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. -5.1-ci maddəyə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (Əlavə 1) müəyyən edilir. -5.2-ci maddəyə əsasən ayda bir dəfə daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində “sifarişçi” tərəfindən “icraçıya” ödənilir. Tərəflər razılaşdırırlar ki, zərurət yarandıqda, “sifarişçi” avans ödəməyi öz öhdəliyinə götürür. Həmin akt 2 nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 iş günü ərzində iddiaçıya həmin aktı təsdiq edərək təqdim etməlidirlər. -8.3-cü maddəyə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olacağı təqdirdə, hər gecikən gün üçün ümumi dəyərin 0.2%-i əlavə hesablanacaq. İş materiallarında olan tərəflər arasında tərtib olunmuş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 009245 nömrəli 04.12.2019-cu il tarixli, 010461 nömrəli 07.01.2020-ci il tarixli, 011114 nömrəli 04.02.2020-ci il tarixli, 011377 nömrəli 03.03.2020-ci il tarixli, 012092 nömrəli 02.04.2020-ci il tarixli aktların təsdiqlənmiş surətlərindən və 400653, 837023, 930692, 307100, 338483 nömrəli elektron qaimələrdən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 10.535 manat məbləğində xidmət göstərilmişdir. Məhkəməyə təqdim olunmuş, 01.06.2020-ci il tarixli 2 nömrəli üzləşmə aktının təsdiqlənmiş surətindən məlum olur ki, 16.10.2019-cu il tarixli, 30/19 saylı müqaviləyə əsasən, 2020-ci ilin mart ayına Cavabdeh MMC-nin, İddiaçı MMC-yə müqavilə üzrə borcu 10.535 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda 16.10.2019-cu il tarixli 30/19 saylı müqavilə üzrə İddiaçı MMC-yə 10.535 manat borcu olduğu bildirilmiş, qeyd olunan borcu 5 iş günü ərzində ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16.10.2019-cu il tarixli 30/19 saylı müqaviləyə əsasən, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, yüklərin daşınması xidmətini həyata keçirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini pozaraq, göstərilmiş xidmətlərin qarşılığını ödəməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hisssində təmin olunaraq, 10.535 manat məbləğində pul cavabdehdən tutulmalıdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci madəsinin tələblərinə əsasən, cavabdehdən 6,25% bank uçot dərəcəsi üzrə 658 manat məbləğini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Əlavə olaraq, iddiaçı Mülki Məcəllənin tələbləri əsasında 5.267 manat cərimə-dəbbə pulu tələb etmişdir. Məhkəmə, qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə 1.000 manat məbləğində təmin olunmalıdır. İddiaçının 4.000 manat məbləğində əldən çıxmış fayda tələbi barədə məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə kifayət qədər əsaslandırılmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cabadeh Cavabdehxxxx 16.10.2019-cu il tarixli 30/19 saylı müqavilə üzrə 10.535 (on min beş yüz otuz beş) manat, 1.000 manat məbləğində cərimədəbbə pulu, 658 manat məbləğində bank uçot dərəcəsi nəzərə alınmaqla faiz, cəmi 12.193 (on iki min yüz doxsan üç manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin.““““““““““““““““““““““““““““““““““““““““““““““ Cavabdehxxxx”xxxx 16.10.2019-cu il tarixli 30/19 saylı müqaviləyə görə ödənilməli olan 10.535 (on min beş yüz otuz beş) manat əsas borc, 1.000 manat məbləğində dəbbə pulu, 658 manat və dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, ümumilikdə 12.223 (on iki min iki yüz iyirmi üç manat) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar