Məhkəmə qərarları › İş №e-2-2(113)-845/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-845/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-845/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh məhdud məsuliyyətlicəmiyyətinə və X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh məhdud məsuliyyətlicəmiyyətinə qarşı xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə Cavabdeh MMC-dən 14.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin tutalaraq İddiaçı MMC-yə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçı iddia ərizəsini dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh məhdud məsuliyyətlicəmiyyətinə və X3 qarşı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilə üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə cavabdehlərdən 14.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti yüksəkmərtəbəli yaşayış binalarının tikintisindən ibarət olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxx 2019 cu il tarixli 03/05 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC icraçı olaraq “Lisenziyaalmaq” xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflərarasında bağlanmış sözügedən müqavilənin 1.2.2 ci bəndinə əsasən Cavabdeh MMC tikintisinə icazə tələb olunan bina və qurğuların “tikinti quraşdırma işləri” üçün lazım olan icazəni “lisenziyanı” alınaraq iddiaçıya verilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həminmüqavilənin 1.2.3-cü bəndinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi 35 iş günü ərzində təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin müqavilə üzrə göstərdiyi xidmətin dəyəri ümumilikdə 7.000 (yeddi) min manat müəyyən edilmişdir. Qeyd olunan 7.000 (yeddi min) manat məbləği müqavilə bağlanılan gün, Cavabdeh MMC-nin mədaxil orderinə əsasən həmin MMC-nin qanuni təmsilçisi X3 nağd olaraq ödənilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrası üçün müəyyən edilmiş müddətin başa çatmasından 8 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh bu günə qədər öz öhdəliyini icra etməmişdir. Tərəflər arasında bağlanmış xx xxx 2019 cu il tarixli 03/05 saylı müqavilənin 1.2.3-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi “35“ iş günü ərzində yerinə yetirmədiyi təqdirdə, aldığı 7.000 (yeddi) min manatın iki qat məbləğini yəni 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini 5 iş günü ərzində qaytarmalıdır. Bu günə qədər cavabdehdən üzərinə götürdüyü öhdəlyin icra edilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini icra etməmişdir. Bununla da cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı MMC-nin işlərində 8 ay gecikmə baş vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. Sonda o, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin ünvan 1 ünvanında olan binanın sökülməsi səbəbindən, poçt göndərişlərinin çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasənməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkili vənümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilədən görünür ki, cavabdeh tikinti-quraşdırma işləri üçün lazım olan icazəni (lisenziyanı) təşkil etməyi, iddiaçı isə həmin müqavilə ilə razılaşdırılmış lisenziyanı almaq xidmətinin ödəniş haqqını öncədən ödəməyi üzrə öz üzərilərinə öhdəlik götürmüşlər. Mülki işdə olan Cavabdeh MMC-yə məxsus xx.xx.2019-cu il tarixli, ƏİA/3 seriyalı, 699850 nömrəli mədaxil qəbzdən görünür ki, Cavabdeh MMC-yə İddiaçı MMC tərəfindən 7.000.00 manat məbləğində pul vəsaiti nağd şəklində ödənilmiş və həmin vəsaiti digər cavabdeh X4 qəbul etmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilənin 1.2.3-cü bəndinə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi “35“ iş günü ərzində yerinə yetirmədiyi təqdirdə, aldığı 7.000 (yeddi) min manatın iki qat məbləğini yəni 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini 5 iş günü ərzində qaytarmasına dair öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 06/01 saylı pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilə üzrə sonuncu tərəfindən öz üzərinə götürdüyü öhdəliyi həmin günədək yerinə yetirmədiyinə görə 2 gün ərzində müqavilə ilə nəzərdə tutulmuş vəsaitin ödənilməsi Cavabdeh MMC-yə təklif olunmuş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunması barədə xəbərdalıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.10-cü maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi tam sübuta yetirilmişdir. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzibolunmazdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2019 cu il tarixli, 03/05 saylı müqavilə ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəlikləri tam icra edilmiş, lakin Cavabdeh MMC tərəfindən öz üzərinə düşən öhdəliklərinin icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Bundan başqa Cavabdeh MMC rəhbəri olan digər cavabdeh X4 hazırki müqavilə üzrə hüquqi şəxs adından çıxış edən şəxs kimi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli olduğu halda bunları bilərəkdən yerinə yetirmədiyindən o, da mübahisəsi gedən məsələdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsaəsn, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən və X1 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən və X1 14.000 (on dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar