Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-847/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Səmədov Ruzi Emin oğlunun iştirakı ilə, “xxxx” Şirkətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xxxx” MMC-dən 26670 avro məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Səmədov Ruzi Emin oğlu iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cvabdeh arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli, 23011/18 saylı daşıma müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişlərinə uyğun olaraq cavabdehə yükdaşıma xidmərlərinin göstərilməsini, cavabdeh isə bunun müqabilində müvafiq xidmət haqqının iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin müvafiq sifarişlərini yerinə yetirərək yüklərin daşınmasını həyata keçirmişdir və təyinatı üzrə çatdırmışdır. Lakin cavabdeh müqavilənin 2.1.2-ci və 3.1-ci bəndlərinin şərtlərini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Beləliklə, cavabdeh öz müqavilə öhdəliklərini pozmuşdur. Müqavilənin 4.1-ci maddəsinə tərəflər bu müqavilə üzrə götürdükləri öhdəliklərini icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət daşıyırlar. İddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə cavabdehin iddiaçıya ümumi məbləği 26670 avro borcu yaranmışdır. Borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq borc bugünədək ödənilməmişdir. Cavabdeh iddiaçıya təqdim etdiyi xx.xx.2019-cu il tarixli 13/245 saylı rəsmi zəmanət məktubu ilə cavabdehin iddiaçıya borclu olduğu 26670 avro borc məbləğinin etiraf edərək həmin borcun 2019-cu ilin aprel ayının sonunadək iddiaçıya ödənilməsinə zəmanət vermişdi və iddiaçıdan yüklərin ünvana çatdırılmasına xahiş etmişdir. İddiaçı cavabdehin zamənatə məktubu və xahişini nəzərə alaraq yükləri ünvana çatdıraraq təhvil vermişdir. Lakin cavabdeh zəmanət məktubunun şərtlərini pozaraq borcunu ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli 23011/18 saylı daşınmaz müqaviləsinə əsasən “xxxx” şirkəti “xxxx” MMC-nin daşınma sifarişinə əsasən malları təyinatı üzrə çatdırmağı, “xxxx” MMC isə bunun müqabilində müvafiq xidmət haqqını ödəməyi öhdəsinə götürür. - xx.xx.2019-cu il tarixli zəmanət məktubuna əsasən 23011/18 saylı, xx.xx.2018-ci il tarixli daşınma müqaviləsinə əsasən cari ilin aprel ayına olan borcun bir hissəsi 7350 USD və 1900 Euro “xxxx” MMC tərəfindən ödənildiyi, bugünə əmələ gəlmiş borcun tam həcmdə ödənilməməsi maliyyə imkansızlığına görə deyil, yalnız müvəqqəti maneələrə bağlı olduğu, belə maneələrin aradan qaldırılıb və cari ilin aprel ayının sonunadək 26670 avro ödənilməsinə zəmanət verilmişdir. - xx.xx.2019-cu il tarixli qarşılıqlı hesablaşmalar barədə akta əsasən xx.xx.2018-ci il tarixli 23011/18 saylı müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşmalar nəticəsində müəyyən edirlər ki, 17120181 (xx.xx.2018), 21120182 (xx.xx.2018), 30010192 (xx.xx.2019), 28120181 (xx.xx.2018), 27020191 (xx.xx.2019), 06020193 (xx.xx.2019) və 03040191 (xx.xx.2019) olan invoiceler üzrə “xxxx” MMCnin xx.xx.2019-cu il tarixə cəmi 25670 avro məbləğində borc qalığı mövcud olduğu və tərəflər akt tərtib olunduğu gündən borc qalığının hissə-hissə “Capisan Logistics” LTD-yə hər ay 5134 avrodan az olmamaqla, 5 aydan çox müddət keçməmək şərti ilə ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. İşdən göründüyü kimi tərəflər arasında xx.xx.2018-ci il tarixli 23011/18 saylı yüklərin daşınması müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişlərinə uyğun olaraq cavabdehə yükdaşıma xidmərlərinin göstərilməsini, cavabdeh isə bunun müqabilində müvafiq xidmət haqqının iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin müvafiq sifarişlərini yerinə yetirərək yüklərin daşınmasını həyata keçirmişdir və təyinatı üzrə çatdırmışdır. Lakin cavabdeh müqavilənin 2.1.2-ci və 3.1-ci bəndlərinin şərtlərini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Bununla belə cavabdeh cəmiyyət isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixli qarşılıqlı hesablaşmalar barədə akta əsasən xx.xx.2018-ci il tarixli 23011/18 saylı müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşmalar nəticəsində müəyyən edirlər ki, 17120181 (xx.xx.2018), 21120182 (xx.xx.2018), 30010192 (xx.xx.2019), 28120181 (xx.xx.2018), 27020191 (xx.xx.2019), 06020193 (xx.xx.2019) və 03040191 (xx.xx.2019) olan invoiceler üzrə “xxxx” MMCnin xx.xx.2019-cu il tarixə cəmi 25670 avro məbləğində borc qalığı mövcud olduğu və tərəflər akt tərtib olunduğu gündən borc qalığının hissə-hissə “Capisan Logistics” LTD-yə hər ay 5134 avrodan az olmamaqla, 5 aydan çox müddət keçməmək şərti ilə ödənilməsi barədə razılığa gəlmişlər. Göründüyü kimi xx.xx.2018-ci il tarixli 23011/18 saylı yüklərin daşınması müqaviləsi üzrə cavabdehin cəmi borcu 25670 avro təşkil etmiş və həmin borcun tam ödənilməsini cavabdeh aktla təsdiq etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 25670 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunmalıdır. Həmçinin məhkəmə 25670 avro borc məbləğinin iş materialları ilə sübuta yetirilməsi qənaətinə gəlsə də, digər məbləğin yəni 1000 avro məbləğin hansı əsasla yaranması və buna dair iddiaçı tərəfin hər hansı tutarlı sənəd-sübut təqdim edə bilməməsi səbəbindən hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir. İddia qismən təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Şirkətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 25670 avro məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-847/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-847/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver