Məhkəmə qərarları › İş №e-2-2(113)-8488/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8488/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8488/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, borc, dəbbə pulu və dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Kənd təsərrüfatı texnikasının X4” Müqavilə və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Göyçay-019 nömrəli Sazişə əsasən yaranmış 439,4 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh və "xxxx" MMC arasında 15 aprel 2019cu il tarixli 50 nömrəli “Kənd təsərrüfatı texnikasının X4” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 1 ədəd Frez bağarası YDH 210 cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti,"xxxx" MMC və Cavabdeh arasında “Kənd təsərrüfatı texnikasının X4 xx.xx.2019-cu il tarixliX7 və X1” xx.xx.2020-ci il tarixli Göyçay-019 nömrəli Saziş bağlanmışdır. Həmin Sazişə əsasən "xxxx" MMC-yə məxsus hüquq və öhdəliklər İddiaçı ASC-yə ötürülmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin xx.xx.2024-cü il tarixinə 439,4 (dörd yüz otuz doqquz manat 40 qəpik) AZN gecikdirilmiş əsas borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0185 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında “Kənd təsərrüfatı texnikasının X4 xx.xx.2019-cu il tarixli X7 və X1” xx.xx.2020-ci il tarixli Göyçay-019 nömrəli Sazişə əsasən xx.xx.2024-cü il tarixə qədər 439,4 manat borc öhdəliyi vardır. II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi:

4. "xxxx" MMC (“lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında 15 aprel 2019-cu il tarixli 50 nömrəli Kənd təsərrüfatı texnikasının X4 müqavilə bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 5934.60 manat olan və 1 ədəd “Frez Bağarası” YDH210 texnikanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şəıti ilə İizinqə verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların bu müqavilənin 1.1 -ci bəndində göstərilən 5934.60 manat dəyərindən 1978.52 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur.. 4.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, müqavilənin valyutası Azərbaycan Respublikasının manatı ilə ifadə olunur. Lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikiııə (Əlavə №1) uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

5. "xxxx" MMC tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh aylıq ödəniş 109,92 manat olmaqla 36 ay müddətinə müqavilə üzrə 3957 manat ödənilməli idi. Ödəniş cədvəli lizinq alanın imzası ilə təsdiq edilmişdir.

6. "xxxx" MMC, Cavabdeh və "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli 019 saylı xx.xx.2020-ci il tarixli 01/2020 nömrəli X2 X4 X7 və X1 Saziş imzalanmışdır. Həmin Sazişin: - 1.1-ci bəndinə əsasən Hüquq ötürən şəxs 26 aprel 2019 cu il tarixli 99/0050/NBKT nömrəli Kənd təsərrüfatı texnikasının X4 müqavilə üzrə özünə məxsus bütün hüquq və öhdəliklərini Qəbul edən şəxsə ötürür, həmçinin Hüquq ötürən şəxs xx.xx.2020-ci il tarixinə qədər Lizinq alanın bütün lizinq ödənişlərini qəbul edərək Hüquq qəbul edən şəxsə ötürməyi (hesabına ödəməyi) öz üzərinə götürür. Eyni zamanda Qəbul edən şəxs bununla razılaşaraq Lizinq alanların xx.xx.2020-ci il tarixindən etibarən Hüquq ötürən şəxsə ödəməli olduğu məbləği Lizinq alanlardan yeni ödəniş qrafiki əsasında qəbul etməyi, o cümlədən müqavilə ilə nəzərdə tutulmuş digər bütün hüquqları və öhdəlikləri öz üzərinə götürür. Lizinq alan isəxs isə bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə qədər mövcud olan borcunu tam şəkildə Hüquq ötürən şəxsə ödəməyi, xx.xx.2020-ci il tarixindən etibarən yeni ödəniş qrafiki əsasında aylıq ödənişləri Qəbul edən şəxsə köçürməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən lizinq alan şəxs 26 aprel 2019 cu il tarixli 99/0050/NBKT nömrəli müqavilə üzrə Lizinq verənin əvəz edilməsi ilə və bu Sazişin bütün müddəaları ilə razıdır. - 2.5-ci bəndinə əsasən bu Saziş imzalandıqdan sonra Lizinq alanın həyata keçirdiyi ödənişlər ilk növbədə xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edən lizinq ödənişinə yönəldilir. - 2.6-cı bəndinə əsasən ödənişlər nağdsız qaydada və Azərbaycan manatı ilə həyata keçirilir. Saziş lizinq alanın imzası, “hüququ ötürən” və “hüququ qəbul edən” şəsxlərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. Kənd təsərrüfatı texnikasının X4 müqaviləyə 01 saylı Əlavə olan Üzləşmə və Təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixinə 2747,6 manat borcu var.Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

8. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə 2308,20 manat pul ödənilmişdir.

9. Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlərin dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

10. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

11. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləxitam olunur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. IV. MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında “Kənd təsərrüfatı texnikasının X4” Müqavilə və “Kənd təsərrüfatı texnikasının X4 xx.xx.2019-cu il tarixliX7 və X1” xx.xx.2020-ci il tarixli Göyçay-019 nömrəli Sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

13. Belə ki, Kənd təsərrüfatı texnikasının X4 müqaviləyə 01 saylı Əlavə olan Üzləşmə və Təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixinə 2747,6 manat borcu var.İddiaçı tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən yaranmış borc üzrə cavabdeh tərəfindən 2308,20 manat məbləğində ödəniş olmuşdur.Lizinq alan Cavabdeh ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə 439,4 manat (2747,6 – 2308,20) məbləğində əsas borcu yaranmışdır.

14. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

15. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh 439,4 (dörd otuz doqquz manat qırx qəpik) manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar