Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-851/2025 14.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh X1rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 171979,83 manat məbləğində pulun, 462 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məxsus müxtəlif növ spesifikasiyalara məxsus məhsulları (Polietilen borular) almışdır. İddiaçı QSC və cavabdeh"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi arasında polietilen boruların alqı-satqısı haqqında xx.xx.2022-cü il tarixli 36/22 saylı müqavilə bağlanmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi xx.xx.2022-cü il tarixli 36/22 saylı müqaviləyə xx.xx.2024-ci il tarixli, EBEA 129476 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10440 (on min dörd yüz qırx) manat əsas (ƏDV cəlb edilməyən), 1879,2 (bir min səkkiz yüz yetmiş doqquz iyirmi qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli),ümumi olaraq 12319,2 (on iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat, xx.xx.2024-ci il tarixli, EBEB 578839 seriyalı və nömrəli elektron qaiməyə əsasən 11730 (on bir min yeddi yüz otuz) manat əsas (ƏDV cəlb edilməyən), 2111,4 (iki min yüz on bir manat qırx qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 13841,4 (on üç min yəkkiz yüz qırx bir manat qırx qəpik) manat, xx.xx.2024-ci il tarixli, EBEC 288068 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10440 (on min dörd yüz qırx) manat əsas (ƏDV cəlb edilməyən), 1879,2 (bir min səkkiz yüz yetmiş doqquz iyirmi qəpik) manat ƏDV (Vergi tutulan əməliyyatlardan ödənilməli),ümumi olaraq 12319,2 (on iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat, xx.xx.2024-ci il tarixli, EBED 545299 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10440 (on min dörd yüz qırx) manat əsas (ƏDV cəlb edilməyən), 1879,2 (bir min səkkiz yüz yetmiş doqquz iyirmi qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli),ümumi olaraq 12319.2 (on iki min üç yüz on doqquz manat 20 qəpik) manat, xx.xx.2024-ci il tarixli, EBDR 486268 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10440 (on min dörd yüz qırx) manat əsas (ƏDV cəlb edilməyən), 1879,2 (bir min səkkiz yüz yetmiş doqquz iyirmi qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 12319,2 (on iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDR 486385 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10440 (on min dörd yüz qırx) manat əsas (ƏDV cəlb edilməyən), 1879,2 (bir min səkkiz yüz yetmiş doqquz 20 qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 12319,2 (on iki min üç yüz on doqquz manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDR 486753 seriyalı və nömrəli elektron qaiməyə əsasən 22987,8 (iyirmi iki min doqquz yüz səksən yeddi manat səksən qəpik) manat əsas (ƏDV cəlb edilməyən), 4137,8 (dörd min yüz otuz yeddi manat səksən qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 27125,6 (iyirmi yeddi min yüz iyirmi beş manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDR 487132 seriyalı və nömrəli elektron qaiməyə əsasən 43672,2 (qırx üç min altı yüz yetmiş iki manat iyirmi qəpik) manat əsas (ƏDV cəlb edilməyən), 7861 (yeddi min səkkiz yüz altmış bir) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 51533,2 (əlli bir min beş yez otuz üç manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDR 735533 seriyalı və nömrəli elektron qaiməyə əsasən 10179 (on min yüz yetmiş doqquz) manat əsas (ƏDV cəlb edilməyən), 1832,22 (bir min səkkiz yüz otuz iki iyirmi iki qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 12011,22 (on iki min on bir manat iyirmi iki qəpik) manat, xx.xx.2023-cü il tarixli, EBDV 748880 seriyalı və nömrəli elektron qaiməyə əsasən 8694,24 (səkkiz min altı yüz doxsan dörd manat iyirmi dörd qəpik) manat əsas (ƏDV cəlb edilməyən), 1564,96 (bir min beş yüz altmış dörd manat doxsan altı qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), ümumi olaraq 10259,2 (on min iki yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğlərində ümumi olaraq 149463,24 (yüz qırx doqquz min dörd yüz altmış üç manat iyirmi dörd qəpik) manat əsas (ƏDV cəlb edilməyən), 26903,38 (iyirmi altı min doqquz yüz üç manat otuz səkkiz qəpik) manat ƏDV (vergi tutulan əməliyyatlardan ödənilməli), cəmi 176366,62 (yüz yetmiş altı min üç yüz altmış altı manat altmış iki qəpik) manat məbləğində borcu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf borclarının az bir hissəsini qaytarsa da bir hissəsi 171979,83 (yüz yetmiş bir min doqquz yüz yetmiş doqquz manat səksən üç qəpik) manat onlar tərəfdən ödənilməmişdir. Bütün edilmiş hüquqi səylərə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir və bugünədək 171979,83 (yüz yetmiş bir min doqquz yüz yetmiş doqquz manat səksən üç qəpik) manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq dəfələrlə görüşüb danışıq yolu ilə məsələnin həlli təklif olunsada bundan imtina edilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq, pretenziya məktubu göndərilsədə cavabdeh tərəf bu məsələyə müsbət yanaşmayaraq müraciəti cavabsız qoymuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məluamt verməmişdir.
5. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə "xxxx" ASC-nin Sumqayıt Meloservis İdarəsi (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36/22 nömrəli malların alqı-satqı müqaviləsinə görə, satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.
8. Müqavilənin 2.1-ci bəndinə görə, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesiflkasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir.
9. Müqavilənin 4.1-ci bəndinə görə, malın sifariş edilməsi tərəflərin qarşılıqlı razılaşmasına əsasən alıcı tərəfindən yazılı və/və ya şifahi qaydada həyata keçirilir. Malın sifariş edildikdən sonra çatdırılma müddəti bu müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilir.
10. xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2022xx.xx.2024 tarixləri aralığı üçün borcu 171979,83 manat təşkil edir.
11. Tərəflər arasında imzalanıb təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 001 saylı təhviltəslim aktına görə 23000 metr, xx.xx.2022-ci il tarixli, 002 nömrəli təhvil-təslim aktına görə 2622 metr, xx.xx.2022-ci il tarixli, 003 nömrəli təhvil-təslim aktına görə 2040 metr, xx.xx.2022-ci il tarixli, 004 nömrəli təhvil-təslim aktına görə 2040 metr, xx.xx.2022-ci il tarixli, 005 nömrəli təhvil-təslim aktına görə 820 metr borular iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 36/22 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli, 01 saylı əlavəyə görə 36367,6 manat, xx.xx.2022-ci il tarixli, 02 saylı əlavəyə görə 39757,39 manat, xx.xx.2022-ci il tarixli, 03 saylı əlavəyə görə 48384,72 manat, xx.xx.2022-ci il tarixli, 04 nömrəli əlavəyə görə 48384,72 manat, xx.xx.2022-ci il tarixli, 05 nömrəli əlavəyə görə 19448,76 manat məbləğində malın satılması razılaşdırılmışdır.
13. Cavabdehə xx.xx.2024-ci il tarixli, EBEA 129476 nömrəli 12319,2 manat məbləğində, xx.xx.2024-ci il tarixli, EBEB 578839 nömrəli 13841,4 manat, xx.xx.2024-ci il tarixli, EBEC 288068 nömrəli 12319,2 manat, xx.xx.2024-ci il tarixli, EBED 545299 nömrəli 12319,2 manat, xx.xx.2023-cü il tarixli, EBDR 486268 nömrəli 12319,2 manat, xx.xx.2023cü il tarixli, EBDR 486385 nömrəli 12319,2 manat, xx.xx.2023-cü il tarixli, EBDR 486753 nömrəli 27125,6 manat, xx.xx.2023-cü il tarixli, EBDR 487132 manat əsas 51533,2 manat, xx.xx.2023-cü il tarixli, EBDR 735533 nömrəli 12011,22 manat, xx.xx.2023-cü il tarixli, EBDV 748880 nömrəli 10259,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 431176 nömrəli 36367,6 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 916621 nömrəli 39757,39 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 197544 nömrəli 48384,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 197922 nömrəli 48384,72 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 288144 nömrəli 19448,76 manat məbləğində, xx.xx.2023-ü il tarixli EBDG 037402 nömrəli 25345,27 manat məbləğində, xx.xx.2023-ü il tarixli EBDG 036939 nömrəli 30413,56 manat məbləğində, xx.xx.2023-ü il tarixli EBDG 036911 nömrəli 23041,15 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDM 549426 nömrəli 12319,2 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDR 486196 nömrəli 12319,2 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 129476 nömrəli 12319,2 manat məbləğində elektron qaimə fakturalar təqdim olunmuşdur.
14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 30820 manat, xx.xx.2022ci il tarixdə 15000 manat, xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü il tarixdə 27000 manat, xx.xx.2023-cü il tarixdə 22000 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2023-cü il tarixdə 25000 manat, xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat məbləğində ödənişlər edilmişdir.
15. xx.xx.2022-ci il tarixdə 5547,60 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat və 3364,64 manat, xx.xx.2022-ci il tarixdə 235,31 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 3600 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 4860 manat, xx.xx.2023-cü il tarixdə 3960 manat, xx.xx.2023-cü il tarixdə 3600 manat, 4500 manat, 2700 manat, 3600 manat və 1800 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya məxsus ədv sub-uçot hesabına ödənilmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı QSC-ni tanıyır. Sumqayıt Meloservis İdarəsində 2018-2024-cü illərdə direktor vəzifəsində çalışmışdır. İddiaçı QSC ilə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçıdan borular alınmışdır. Müqaviləyə, onun əlavələrinə, təhvil aktlarına özü qol çəkib möhür vurmuşdur. Təxminən 400000-500000 manat məbləğində mal alınmışdlr. Təxminən 171000 manat məbləğində borc qalmışdı. Ödənişlər bank hesabına rəsmi olaraq ödənilirdi. Tərəflər arasında olan üzləşmə aktı onun direktor vəzifəsindən çıxmasından sonra olub. Sonuncu üzləşmə aktına əsasən nə qədər borcun qalmasını bilmir. xx.xx.2024-cü il tarixdə İdarə rəisi olub-olmadığını xatırlamır. O idarə rəisi vəzifəsindən çıxanda borcları var idi, bu barədə debitor borc kimi ASC-nin özünə məlumat vermişdir. İşdən çıxarkən bütün sənədləri və möhürü ASC-yə təhvil vermişdir. İşdən çıxanda hazırkı borc barəsində ASC-yə məlumat vermişdir. Müqavilə üzrə mallar sifariş verilirdi, həmin mallar cavabdehə təhvil verilir, qaimə göndərilir, qaimələr üzrə ödənişlər edilirdi. Boruların hamısı Qazax rayonu, Şıxlı kəndində istifadə edilmişdir. Büdcədən pul ayrılmadığı üçün borcun ödənilməsi yubanmışdır. O, malları iddiaçı QSC-dən şəxsən özü almış, onun rəhbərliyi dövründə həmin borulardan layihələrdə istifadə olunmuşdur. Heç kim bu faktı inkar edə bilməz.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 36/22 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 484467,39 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən bunun müqabilində 312487,55 manat vəsait ödənilmiş, qalıq 171979,83 manat ödənilməmiş qalmışdır.
18. Cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış həmin alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 010124 alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 462 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 171979,83 manat məbləğində pul, 462 manat dövlət rüsumu, ümumilikdə 172441,83 (bir yüz yetmiş iki min dörd yüz qırx bir manat səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova