Məhkəmə qərarları › İş №e-2-2(113)-8528/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8528/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8528/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış MMC 18 iyul 2022-ci il tarixli, 605 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı Cavabdeh MMC "xxxx" MMC-yə olan əsas borc– 33245,73 AZN, dəbbə borc isə 12132.6 AZN ümumilikdə 45378.33 (qırx beş min üç yüz yetmiş səkkiz manat otuz üç qəpik) pul məbləğinin alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi ilə bağlı: 2."xxxx" MMC tərəfindən ödənilmış 228 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı 18 iyul 2022-ci il tarixli, 605 saylı müqavilə bağlanmışdır. Bağlanmiş müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında Cavabdeh MMC "xxxx" MMC-yə 18 iyul 2022-ci il tarixli, 605 saylı müqavilə üzrə 33245,73 (19556,3 ABŞ dolları) qalıq borcun ödənişini həyata keçirməli idi. Qeyd etməliyəm ki, "xxxx" MMC Malları xarıcı ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1, 2, 3 saylıəlavə razılaşmalara əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Bununla bağlıCavabdeh MMC-yə 18 iyul 2022-ci il tarixli, 605 saylımüqavilənin 2.2., 3.2. və 4.1-ci bəndində göstərilən öhdəliyin pozulması və "xxxx" MMC-yə 33245,73 (19556,3 ABŞ dolları) həcmində borcun ödənilməsi ilə bağlı 573 saylı, 25 iyun 2025-ci il tarixli məktubla xəbərdarlıq edilmişdir. Xəbərdarlıqdan sonra cavabdehlə aramızda qalan borcun ödənişi ilə bağlı 25 iyun 2025-ci il tarixli “Barışıq Sazişi” bağlandı. Sazişin şərtlərinə əsasən Borclu Cavabdeh MMC Tələbkar "xxxx" MMC-yə “Bitki mühafizə vasitələrinin satışına dair” 18 iyul 2022-ci il tarixli, 605 saylı müqaviləsi üzrə cəmi 33245,73 manat(otuz üç min iki yüz qırx beş manat yetmiş üç qəpik)(19556,3 ABŞ dolları, rəsmi məzənnə 1,7) manat borcunun olmasını qəbul edir. Borclu “Barışıq sazişi”nin qüvvəyə mindikdən sonra 2025-ci ilin iyul ayından başlayaraq hər ay 11081,91 manat (on bir min səksən bir manat doxsan bir qəpik) borcu ödəməyi öz öhdəsinə götürür. Lakın bu günə kimi cavabdeh bu Sazişdən irəli gələn öhdəliyi də icra etməmişdir. Bu səbəbdən cavdehin müqavilə və Sazişdən irəli gələn öhdəliyin icrası ilə bağlı məhkəməyə müraciət etmək zərurətində qaldıq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1ci maddəsinəəsasən-Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Qeyd etməliyəm ki, müqavilənin 1.1. və 2.2. bəndində göstərilən şərtlər pozularsa satılan malların dəyərinin müqavilənin 2.5-ci bəndinə əsasən ödənilməsinin hər gününə görə ümumu dəyərin 0,1% məbləğində əlavə cərimə ödənilməlidir. 18 iyul 2022-ci il tarixli, 605 saylı müqavilə və əlavə razılaşma üzrə ödənişlər 60 gün müddətində ödənilməli idi. Lakin ödənişlər vaxtında ödənilməmiş və cavabdehin iddiaçıya dəbbə borcu bir il üçün yaranmışdır. Cavabdehin dəbbə borcu bir il üçün 12132.6 AZN təşkiledir(33245,73 AZN x 0,1%=33,24 AZN, bir il=365 gün, 365 gün x 33,24 AZN=12132.6 AZN) Beləliklə, Cavabdeh MMC-nin əsas borc 33245,73 AZN, dəbbə borc isə 12132.6 AZN ümumilikdə 45378.33 manat təşkiledir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. "xxxx" MMC ilə Cavabdeh MMC arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı 18 iyul 2022-ci il tarixli, 605 saylı müqavilə bağlanmışdır.

9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 25 iyun 2025-ci il tarixli “Barışıq Sazişi” imzalanmışdır. Həmin Müqavilənin: - 1-ci bəndinə əsasən borclu “Paradise Agro" MMC Tələbkar "xxxx" MMC-yə “Bitki mühafizə vasitələrinin satışına dair’' 18 iyul 2022-ci il tarixli, 605 saylı müqaviləsi üzrə cəmi 33245,73 manat(otuz üç min iki yüz qırx beş manat yetmiş üç qəpik)(19556,3 ABŞ dolları, rəsmi məzənnə 1.7) manat borcunun olmasını qəbul edir. - 2-ci bəndinə əsasən Borclu “Barışıq sazişi”nin qüvvəyə mindikdən sonra 2025-ci ilin iyul ayından başlayaraq hər ay 11081,91 manat (on bir min səksən bir manat doxsan bir qəpik) borcu Ödəməyi öz öhdəsinə götürür. - 3-cü bəndinə əsasən " Borclu tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə "xxxx" MMC müqavilədən irəli gələn 12132,6 manat dəbbə pulunu (on iki min yüz otuz İki manat altımış qəpik) Cavabdeh MMC-dən tələb etməyəcək. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 25 iyun 2025-ci il tarixli “Barışıq Sazişi” Əlavə ola ödəniş cədvəlinə əsasən “Borclu “Barışıq sazişi” qüvvəyə mindikdən sonra 2025-ci ilin 1 iyul ayından başlayaraq hər ay 11081,91 manat (on bir min səksən bir manat doxsan bir qəpik) borcu ödəməyi öz öhdəsinə götürür.

11. İddiaçı tərəfindən cavabdehə EBCC 560078 saylı xx.xx.2022-ci il tarixli 11581.65 manat, EBCC 735136 saylı xx.xx.2022-ci il tarixli 636.44 manat, EBCE 474051 saylı xx.xx.2022-ci il tarixli 1158 manat, EBCE 474045 saylı xx.xx.2022-ci il tarixli 18926.57 manat, EBCE 474048 saylı xx.xx.2022-ci il tarixli 1034.22 manat məlbəğində elektron qaimələr göndərilmişdir.

V. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.[531] 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.[532] 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

16. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı cavabdehə müqavilə əsasında mallar təhvil versə də cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Daha sonra tərəflər mövcud borcun olması ilə bağlı 25 iyun 2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişlə cavabdeh 33245.73 manat borc olduğunu qəbul etmiş və Barışıq sazişinin şərtlərinə əsasən cavabdeh 2025-ci ilin 1 iyul ayından başlayaraq hər ay 11081,91 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 3 ay müddətində barışıq sazişinin şərtlərinə uyğun olaraq yaranmış borcu ödəməmiş, bununla sözügedən sazişə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 33245.73 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 33245.73 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 12132.6 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

20. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

21. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1600 manat məbləğində müəyyən edilməlidir.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 228 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 194.54 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 33245.73 manat borc ,1600 manat məbləğində dəbbə pulu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 194.54 manat məbləğində pul vəsaitit tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar