Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-853/2022 11.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.440,70 manatın və 35 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin - cəmi 1.535,70 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07.01.2020-ci il tarixli, SE20/080 saylı “Alqı-satqı” müqaviləsi bağlanılmışdır. Daha sonra 07.02.2020-ci il tarixli, HBN/3 seriyalı, 175982 nömrəli, 07.02.2020-ci il tarixli, HBN/3 seriyalı, 175984 nömrəli, 25.02.2020-ci il tarixli, HBN/3 seriyalı, 524718 nömrəli, 05.03.2020-ci il tarixli, HBN/3 seriyalı, 512447 nömrəli “Malların Təhvil-Qəbul Akt”larına əsasən Cavabdeh İddiaçı MMC-dən cəmi 1.440,70 manat dəyərində müxtəlif “Mallar” qəbul etsə də, həmin “Malların” dəyərini hazırkı vaxtadək şirkətə ödəməmişdir. Göstərilən məbləğdə “Mallar”ın şirkət tərəfindən qəbul edilməsini qeyd olunan “Malların Təhvil-Qəbul Aktları” bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəflərindən şirkətə: 07.02.2020-ci il tarixli, 071673 saylı, 07.02.2020-ci il tarixli, 071939 saylı, 25.02.2020-ci il tarixli, 788670 saylı, 05.03.2020-cu il tarixli, 243713 saylı “Elektron qaimə”lər də göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndələri vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin hər hansı bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanları “Tərəflər” arasında imzalanmış 31.12.2020-ci il tarixli “X1” da bir daha təsdiq edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC ilə Cavabdeh arasında b 07 yanvar 2020-ci il tarixli SE20/080 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə şirkət mülkiyyətində olan müxtəlif növ malları müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin: 2.3-cü bəndinə görə şirkət bu müqavilə qüvvəyə mindikdən sonra müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları müştəriyə nağd və ya nisyə satış qaydasında faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi Təhvil-Qəbul Aktını imzalamaqla onları qəbul edir. 3.1-ci bəndinə görə müştəri Təhvil-Qəbul Aktı üzrə qəbul etdiyi məhsulların dəyərini məhsulları təhvil aldığı tarixdən etibarən şirkət tərəfindən təqdim olunmuş elektron qaiməyə uyğun olaraq ay sonunda, şirkətə ödəməlidir. Müştərinin il sonunda şirkətə olan bütün borcları tam şəkildə ödənilməlidir. Satılmış məhsulların dəyəri müştəri tərəfindən şirkətin bank hesabına nağdsız köçürmə yolu ilə ödənilir. Ödənilmiş pul vəsaitinin şirkətin bank hesabına oturduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulların dəyəri şirkətə vaxtında ödənilmədikdə, müştərinin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. 3.4-cü bəndinə əsasən tərəflər hər ilin dekabr ayında bu müqaviləyə əsasən satılmış məhsullar üzrə borcların üzləşməsini aparırlar. Üzləşmədə müştərinin cari il üzrə mövcud olan bütün borcları müəyyən edilərək sıfırlanması üçün müştəri tərəfindən şirkətə tam şəkildə ödənilməlidir. 5.15-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. 07.02.2020-ci il tarixli HBN/3 seriyalı 175982 saylı; 07.02.2020-ci il tarixli HBN/3 seriyalı 175984 saylı; 25.02.2020-ci il tarixli HBN/3 seriyalı 524718 saylı və 05.03.2020-ci il tarixli HBN/3 seriyalı 512447 saylı malların təhvil-qəbul aktlarına əsasən İddiaçı tərəfindən Cavabdeh 1.441,05 manat dəyərində mal təhvil verilmişdir. İddiaçı MMC tərəfindən cəmi 1.441,05 (1.221,24 manat əsas borc, 219,81 manat ƏDV) manat məbləğində xidmətlərin göstərilməsinə dair 07.02.2020-ci il tarixli, EBAG seriyalı, 071673 saylı; 07.02.2020-ci il tarixli, EBAG seriyalı, 071939 saylı; 25.02.2020-ci il tarixli, EBAG seriyalı, 788670 saylı və 05.03.2020-ci il tarixli, EBAH seriyalı, 243713 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında olan 31.12.2020-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsi aktında Cavabdeh İddiaçı MMC-yə 31.12.2020-ci il tarixə borcunun 1.440,70 manat məbləğində olduğu qeyd edilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh 08.11.2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq cavabdehdən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1.440,70 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 yanvar 2020-ci il tarixli SE20/080 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmişdir. Cavabdeh isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 1.440,70 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1.440,70 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh 1.440,70 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər və 35 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 34,40 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1440,70 (bir min dörd yüz qırx manat yetmiş qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsati tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-853/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-853/2022
11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver