Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8572/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5825,96 manat (beş min səkkiz yüz iyirmi beş manat, doxsan altı qəpik) borc və ödənilmiş 78,26 manat (yetmiş səkkiz manat, iyirmi altı qəpik) dövlət rüsumu olmaqla, cəmi 5904,22 manat (beş min doqquz yüz dörd manat, iyirmi iki qəpik) məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 sentyabr 2022-ci il tarixli, SX22-136 nömrəli Məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif mallar alınsa da, həmin malların dəyərinin cəmi 5825,96 manat (beş min səkkiz yüz iyirmi beş manat, doxsan altı qəpik) məbləğində olan hissəsi hazırki vaxtadək cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə malların Cavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən cavabdehə: 1) 477694 saylı, xx.xx.2023-cü il tarixli; 2) 608910 saylı, xx.xx.2023-cü il tarixli; 3) 608909 saylı, xx.xx.2023cü il tarixli; 4) 076409 saylı, xx.xx.2023-cü il tarixli; 5) 076408 saylı, xx.xx.2023-cü il tarixli; 6) 074490 saylı, xx.xx.2023-cü il tarixli; 7) 101201 saylı, xx.xx.2023-cü il tarixli; 8) 477696 saylı, xx.xx.2023-cü il tarixli; 9) 066987 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir. Bununla bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir. Daha sonra Cavabdeh MMC-nin elektron kabinetinə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də, borcunu ödəməmişdir
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, alıcı qismində Cavabdeh MMC ilə satıcı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, SX22-136 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən “Şirkət” mülkiyyətində olan müxtəlif növ malları (bundan sonra “Məhsul” adlandırılacaq) “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin “Məhsul”ları yalnız işlətməkdə olduğu iaşə obyekti və iaşə obyektləri zəncirində istifadə edilməsini öhdəsinə götürür. 3.2-ci maddəyə əsasən, “Müştəri” faktura üzrə qəbul etdiyi məhsulları nisyə (kreditli) satış qaydasına uyğun olaraq kredit limitini keçməmək şərti ilə aldıqda 7 (yeddi) gün müddətində alınmış Məhsulun dəyərinin “Şirkət”ə ödənilməsini təmin etməlidir.
6. xx.xx.2022-ci il tarixli, SX22-136 alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 20 iyun 2023-cü il 4 nömrəli əlavəyə əsasən ümumi dəyəri 1546,04 manat olan mal/malların Cavabdeh MMC-yə verilməsi və həmin malların dəyərinin Cavabdeh MMC tərəfindən ödənilməsi barədə öhdəliklər tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli, EBDİ seriyalı, 066987 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 56,06 manat təşkil edir.
8. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 076409 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 696,95 manat təşkil edir.
9. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 076408 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 600,10 manat təşkil edir.
10. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 074490 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 2787,47 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 101201 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 136,12 manat təşkil edir.
12. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 477696 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 1086,67 manat təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 477694 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 32,24 manat təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 608910 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 375,55 manat təşkil edir.
15. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 608909 nomrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 82,56 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 136,12 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
17. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 600,09 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
18. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 2787,50 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
19. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 695,96 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
20. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 1086,68 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
21. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 32,25 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
22. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 375,56 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
23. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 82,56 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
24. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 56,06 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
25. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
28. İddia tələbi cavabdehdən əsas borca görə 5825,96 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.
29. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı alqı-satqı müqavilələrinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş və iddiaçıya 5825,96 manat borcu yaranmışdır. Həmin hal təqdim olunmuş təhvil-qəbul aktları, elektron qaimələr və digər sübutlarla öz təsdiqini tapır.
30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 5825,96 manat (beş min səkkiz yüz iyirmi beş manat, doxsan altı qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
31. Eləcə də, iddiaçı ödənilmiş 78,26 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,26 manat (yetmiş səkkiz manat, iyirmi altı qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mıhdud Məsuliyyətli Cəmiyyətindən 5825,96 manat (beş min səkkiz yüz iyirmi beş manat, doxsan altı qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,26 manat (yetmiş səkkiz manat, iyirmi altı qəpik) olmaqla, cəmi 5904,22 manat (beş min doqquz yüz dörd manat, iyirmi iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova