Məhkəmə qərarları › İş №e-2-2(113)-858/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-858/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-858/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin (ASC) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixində bağlanmış O000730698 saylı alqı-satqı müqaviləsi üzrə 30237,8 manat məbləğində əsas borc, 5306,4 manat cərimə olmaqla ümumilikdə 35544,2 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xxxx (Azərbaycan) ASC arasında xx.xx.2020-ci il tarixində bağlanmış O000730698 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullar cavabdehə göndərmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 30237,80 manat məbləğində borc hal – hazıradək ödənilməmiş qalmışdır. xx.xx.2020-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin xx.xx.2019-cu il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Pretenziya məktubu cavabdehə xx.xx.2020ci il tarixində çatdırılmışdır. Cavabdehlə xx.xx.2020-ci il tarixində bağlanmış O000730698 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 5306,4 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli O000730698 saylı alqı-satqı müqaviləsinə əsasən “xxxx” (Azərbaycan) ASC sementi alıcı “xxxx” MMC-yə satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, A********** saylı və A********** saylı nəqliyyat qaimələrinə və xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 771413 saylı elektron qaiməyə əsasən 9186,65 manat dəyərində mal, xx.xx.2020-ci il tarixli, A********** saylı nəqliyyat qaiməsinə və xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 458111 saylı elektron qaiməyə əsasən 3599,92 manat dəyərində mal, xx.xx.2020-ci il tarixli, A********** saylı və A********** saylı nəqliyyat qaimələrinə və xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 738739 saylı elekton qaiməyə əsasən 9015,57 manat dəyərində mal, xx.xx.2020-ci il tarixli, A********** saylı nəqliyyat qaiməsinə və xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 849091 saylı elektron qaiməyə əsasən, 1999,95 manat dəyərində mal, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 901623 saylı elektron qaiməyə əsasən 4435,38 manat dəyərində mal, xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 161646 saylı elektron qaiməyə əsasən 1999,95 manat dəyərində mal “xxxx” MMC-yə təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən “xxxx” MMC-nin xxxx (Azərbaycan) ASC-yə xx xxxxxxxx 2020-ci il tarixə olan ümumi borcu 30237,76 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtləri ilə bağlı 3.3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura əsasında, həmçinin qaimələr əsasında təhvil verilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 30237,8 manat əsas borca 5306,40 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 5306,40 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 30237,76 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 30737,76 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya Holsimyəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar