Məhkəmə qərarları › İş №e-2-2(113)-862/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-862/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-862/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, əsas borc, dəbbə pulu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliy iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 234- GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 8245 manat gecikdirilmiş borcun və hesablanmış 5315,60 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1085 manat gecikdirilmiş borcun və hesablanmış 1377,95 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi: 16523,55 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli və xx.xx.2020-ci il tarixli 580- GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə 8245 manat gecikdirilmiş borcu və hesablanmış 5315,60 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə isə 1085 manat gecikdirilmiş borcu və hesablanmış 1377,95 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair barədə ərizə verərək xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7745 manat gecikdirilmiş borcun və hesablanmış 5315,60 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 585 manat gecikdirilmiş borcun və hesablanmış 1377,95 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi: 15523,55 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 8245 manat gecikdirilmiş borcun və hesablanmış 5315,60 manat cərimə borcunun, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1085 manat gecikdirilmiş borcun və hesablanmış 1377,95 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi: 16523,55 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məlumat üçün bildiririk ki, işin məhkəmənin icraatında olduğu dövrdə işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği üzrə cavabdeh tərəfindən cəmi 500 manat ödəniş aparılmışdır. Eləcə də, işin məhkəmənin icraatında olduğu dövrdə xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə isə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış gecikdirilmiş borc məbləği üzrə cəmi 500 manat ödəniş aparılmışdır. Cavabdeh tərəfindən hər iki müqavilə üzrə gecikdirilmiş borc məbləğləri üzrə hissəvi ödənişlər aparılsa da, müqavilələr üzrə hesablanmış cərimə məbləğləri və hüquqi yardıma görə hər hansı ödəniş aparılmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh, hər iki müqavilə üzrə əsas borc məbləğini qəbul etdiyini, lakin hazırda maddi vəziyyəti pis olduğu üçün cərimə borcunu ödəmək imkanının olmadığını, tələb edilən cərimə məbləğinin mümkün qədər azaldılmasını məhkəmədən xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 1017/ü saylı əmrinə əsasən 18 dekabr 2017ci il tarixli 1863-L/17 və 6270Ü/xx.xx.2017 nömrəli müqavilə(s/lər)inə xitam verilmiş və əmr(lər) qüvvədən düşmüş hesab olunmuşdur və Cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli Lizinq müqaviləsinə əsasən Traktor Belarus-892 markalı texnika güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir.

9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən:

10. 1.1. Lizinq verən ümumi məbləği 18 900,00 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;

11. 1.2. Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

12. 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur;

13. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

14. Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2018 tarixli protokolu;

15. Spesifikasiya (Əlavə № 1);

16. Lizinq ödəniş qrafiki (Əlavə № 2)

17. 2.2 Lizinq alan:

18. 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 2) vaxtında və tam həcmdə ödəyir.

19. 4.1. Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir.

20. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

21. xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 18900 manat təşkil etmişdir.

22. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 112/ü saylı əmrinə əsasən 18 sentyabr 2018-ci il tarixli 1405-L/18 və 4666/xx.xx.2018 nömrəli müqavilə(s/lər)inə xitam verilmiş və əmr(lər) qüvvədən düşmüş hesab olunmuşdur və Cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 580-GL/19 nömrəli Lizinq müqaviləsinə əsasən Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnika güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilmişdir.

23. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli 580-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən:

24. 1.1. Lizinq verən ümumi məbləği 2382 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir;

25. 1.2. Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafıkinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

26. 1.3. Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur;

27. 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur:

28. Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2019 tarixli protokolu;

29. Lizinq ödəniş qrafiki (Əlavə № 1);

30. 2.2 Lizinq alan:

31. 2.2.1. Lizinq Ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəyir;

32. 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir.

33. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

34. xx.xx.2019-cu il tarixli 580-GL/19 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 2382 manat təşkil etmişdir.

35. xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmə barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli “234- GL/18” nömrəli müqavilə üzrə gecikdirilmiş borc – 7745 manat, qalıq borc 13976 manat, hesablanmış cərimə - 5315,60 manat, ümumilikdə 13 060,60 manat və xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmə barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə 14 dekabr 2018-ci il tarixli “395-LD/18” nömrəli müqavilə üzrə gecikdirilmiş borc – 3211,05 manat, qalıq borc 3211,05 manat və hesablanmış cərimə - 5865,59 manat, ümumilikdə 9076,64 manat borcun olması qeyd olunmuşdur.

36. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən lizinqə götürülmüş texnikalara görə xx.xx.2024-cü il tarixli 28083 nömrəli qəbzə əsasən – 250 manat, xx.xx.2024-cü il tarixli 2035 nömrəli qəbzə əsasən – 250 manat, xx.xx.2024-cü il tarixli 24356 nömrəli qəbzə əsasən – 250 manat, xx.xx.2024-cü il tarixli 20083 nömrəli qəbzə əsasən – 250 manat ödəniş edilmişdir.

37. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

38. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli və xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli “234-GL/18” nömrəli müqavilə üzrə gecikdirilmiş borc – 7745 manat, qalıq borc 13976 manat, hesablanmış cərimə - 5315,60 manat, ümumilikdə 13 060,60 manat və xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşmə barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə 14 dekabr 2018-ci il tarixli “395-LD/18” nömrəli müqavilə üzrə gecikdirilmiş borc – 3211,05 manat, qalıq borc 3211,05 manat və hesablanmış cərimə - 5865,59 manat, ümumilikdə 9076,64 manat maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

40. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.

41. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

43. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə onun xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 7745 manat və xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 585 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

45. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

46. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 387 manat məbləğində, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 29 manat müəyyən edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 7745 manat əsas borc məbləği və 387 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 585 manat əsas borc məbləği və 29 manat dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.

48. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xərci ödənilmişdir.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat cavabdehdən tutularaq iddiaçıya, iddia ərizənin verilməsinə görə ödənilməli olan 108 manat məbləğində dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 234-GL/18 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 7745 manat əsas borc məbləği və 387 manat dəbbə pulu, xx.xx.2020ci il tarixli 580-GL/19 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 585 manat əsas borc məbləği və 29 manat dəbbə pulu və vəkil xərcinin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 108 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar