Məhkəmə qərarları › İş №e-2-2(113)-8641/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8641/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8641/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməmiş 421403.39 manat əsas borcu, 75852.61 manat ƏDV borcu olmaqla, cəmi 497256.00 (dörd yüz doxsan yeddi min iki yüz əlli altı) manat məbləğində borcun və 787,26 (yeddi yüz səksən yeddi manat, iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək, təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, 26 noyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/24 nömrəli sement məhsullarının daşınması xidməti üzrə olan müqaviləyə görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli 497.256 (dörd yüz doxsan yeddi min iki yüz əlli altı) manat məbləğində borcu barədə tərəflər aralarında yaranmış borc münasibətlərini qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar:

1. Tərəflər razılaşırlar ki, ALF 2020” MMC-nin İddiaçı MMC-yə olan 497256.00 (dörd yüz doxsan yeddi min iki yüz əlli altı) manat məbləğində borcun 482672 (dörd yüz səksən iki min altı yüz yetmiş iki) manat məbləğini "xxxx" MMC könüllü qaydada icra edəcəyi barədə öhdəlik götürür.

2. Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-8641/2025 saylı iş üzrə Agazada Logistics” MMC iddia tələbindən (iddia ərizəsini geri götürməklə) AR MPM-ə uyğun olaraq imtina edir.

3. Tərəflər razılaşırlar ki, bu “Saziş” üzrə razılaşdırılmış ümumi qalıq borc məbləği hər iki tərəf müqaviləni imzaladıqdan və təsdiq etdikdən sonra üç gün müddətində icra edilir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış aşağıdakı məzmunda olan 26 noyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/24 nömrəli sement məhsullarının daşınması xidməti üzrə olan müqaviləyə görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli 497256.00 (dörd yüz doxsan yeddi min iki yüz əlli altı) manat məbləğində borcu barədə tərəflər aralarında yaranmış borc münasibətlərini qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar:

1. Tərəflər razılaşırlar ki, ALF 2020” MMC-nin İddiaçı MMC-yə olan 497256.00 (dörd yüz doxsan yeddi min iki yüz əlli altı) manat məbləğində borcun 482672 (dörd yüz səksən iki min altı yüz yetmiş iki) manat məbləğini "xxxx" MMC könüllü qaydada icra edəcəyi barədə öhdəlik götürür.

2. Tərəflər razılaşırlar ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-8641/2025 saylı iş üzrə Agazada Logistics” MMC iddia tələbindən (iddia ərizəsini geri götürməklə) AR MPM-ə uyğun olaraq imtina edir.

3. Tərəflər razılaşırlar ki, bu “Saziş” üzrə razılaşdırılmış ümumi qalıq borc məbləği hər iki tərəf müqaviləni imzaladıqdan və təsdiq etdikdən sonra üç gün müddətində icra edilir. İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı “pul vəsaitinin ödənilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar