Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8644/2025 08.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (lizinq müqaviləsi, maliyyə arayışı, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-382-3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”dən irəli gələn xx.xx.2025-ci il tarixə hesablanmış 4322.5 manat əsas borc, 2907.9 manat faiz borcu, 670.23 manat dəbbə borcu olmaqla, ümumilikdə 7900.63 manat məbləğindəki borcun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 99 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X11 arasında bağlanmış 12 aprel 2023-cü il tarixli 382/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2012-ci il buraxılışlı, “X15 minik” markalı, “SALLSAAE4CA752364” ban nömrəli, qara metallik rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx" ASC və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LM-382-1/23 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 aprel 2023-cü il tarixli 382/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X3 ötürülmüşdür. "xxxx" ASC, X9 və X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM382- 2/24 nömrəli “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən 12 aprel 2023-cü il tarixli 382/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər X8 ötürülmüşdür. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 01 saylı “Əlavə Saziş”-ə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASC-yə ötürülmüşdür. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-382-3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 aprel 2023-cü il tarixli 382/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. xx.xx.2024-cü il tarixli, LM-382-3/24 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 21 % hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2382.69 manat, ümumilikdə isə 71480.41 manat məbləğində pulu Bank "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Bank "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında 22 aprel 2024-cü il tarixli, LM532-1/24 saylı “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın xx.xx.2024-cü il tarixli, LM-382-3/24 saylı “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2024-cü il tarixli, “Təhviltəslim akt”na əsasən, təhvil verilən lizinq predmeti-2012-ci il buraxılışlı, “X15 minik” markalı, “SALLSAAE4CA752364” ban nömrəli, qara metallik rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 4322.5 manat əsas borc, 2907.9 manat faiz borcu, 670.23 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2025-ci il tarixinə ümumi borcu 7900.63 manat təşkil edir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
5.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 382/23 saylı daxili maliyyə lizinq müqaviləsinin: 1.1-ci bəndinə əsasən lizinqverən lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə əlavə 2-də qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən əmlak lizinqalana lizinqverən tərəfindən 36 ay müddətinə, lizinqə verilir. 3.1-ci bəndinə əsasən, qiymətin 16150 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləğ 50150 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.
7. xx.xx.2023-cü il tarixli, 382/23 saylı daxili maliyyə daxili maliyyə lizinqi müqaviləsinə 27 dekabr 2023-cü il tarixli 2 saylı əlavəyə əsasən lizinq məbləği üzrə əsas borc 56781,98 manat, faiz borcu 20231,49 manat, illik 21 faiz və müddəti 36 aylıq olmaqla cəmi ödənilməli məbləğ 77013,47 manat müəyyən edilmişdir.
8. "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli LM-382-1/23 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə borcu 56781,98 manat təşkil etdiyi, qeyd edilən məbləğin LM-382-1/23 saylı daxili lizinq müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 21 faiz hesablanmaqla hər ay 2139,27 manat olmaqla 36 ay müddətinə tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququnun "xxxx" ASC-yə məxsus olduğu, o cümlədən ödəniş günündən 30 təqvim günü ərzində X4 ödəniş etməzsə Bank "xxxx" ASC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir.
9. "xxxx" ASC ilə X9 (Tərəf-1) və X4 (Tərəf-2) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 382-2/24 saylı öhdəliklərin verilməsi haqqında müqavilənin: 1.1-ci bəndinə əsasən, Tərəf-1 xx.xx.2024-cü il tarixli 382-2/24 saylı illik 21% 55036,20 manat məbləğdə, 32 ay müddətinə daxili maliyyə lizinqi müqviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən, Tərəf-2, "xxxx" ASC ilə bağladığı 12 aprel 2023-cü il tarixli 382/23 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını tərəf-1-ə verir, tərəf-1 isə qəbul edir. 1.4-cü bəndinə əsasən müqavilə imzalandığı andan tərəf-1 xx.xx.2023-cü il tarixli 382/23 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinqalan qismində çıxış edəcək və lizinqlana aid olan bütün hüquq və öhdəlikləri daşıyacaqdır. 1.5-ci bəndinə əsasən, tərəf-2 razılaşır ki, tərəf-1 xx.xx.2023-cü il tarixli 382/23 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün lizinq ödənişlərini (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, lizinq haqlarını, cərimələri, gecikmə faizini, sığorta haqlarını, hər hansı zərəri və s.) tam ödədikdən sonra lizinq obyekti olan 1 ədəd **-JJ-*** dövlət qeydiyyat nişanlı X15 markalı minik avtomobilinin mülkiyyət hüququ tərəf-1-ə keçəcəkdir.
10. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LM- 382-3/24 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 Bank "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə borcu 55244,52 manat təşkil edir. Qeyd edilən məbləğin LM-382- 3/24 saylı “Öhdəliyin icrası ilə bağlı saziş”ə əlavə olunmuş qrafik üzrə illik 21 faiz hesablanmaqla hər ay 2382,69 manat olmaqla 30 ay müddətinə tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququnun "xxxx" ASC-yə məxsusdur. Ödəniş günündən 30 təqvim günü ərzində Cavabdeh1 ödəniş etməzsə bank lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir.
11. xx.xx.2024-cü il tarixli LM-382-3/24 saylı daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq məbləği üzrə əsas borc 55244,52 manat, faiz borcu 16235,89 manat, illik 21 faiz və müddəti 30 aylıq olmaqla cəmi ödənilməli məbləğ 71480,41 manat müəyyən edilmişdir.
12. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 382- 3/24 nömrəli zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın 26 sentyabr 2024cü il tarixli 382-3/24 saylı illik 21%, 55244,52 manat məbləğdə, 30 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. 2.2-ci bəndinə əsasən, zamin lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 2.3-cü bəndinə əsasən, lizinq alan tərəfindən lizinq müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də zaminə qarşı lizinq müqaviləsi üzrə öz tələblərini irəli sürür. 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklərin tam icra olunmasına qədər qüvvədədir.
13. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli LM- 382-3/24 saylı öhdəliyin icrası ilə bağlı saziş əsasında tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli “Təhvil-təslim” aktına əsasən, təhvil verilən lizinq predmeti-2012-ci il buraxılışlı, “X15 minik” markalı, “SALLSAAE4CA752364” ban nömrəli, qara metallik rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən təhvil alınmışdır.
14. xx.xx.2024-cü il tarixli AİD-2024/5300 saylı əmrə əsasən xx.xx.2024-cü il tarixli, L/M2-L/M-382-3/24 saylı müqaviləyə xitam verilmişdir.
15. Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, RİED-2025/3939 saylı arayışına əsasən 29 sentyabr 2025-ci il tarixinə Cavabdeh1 banka əsas borc məbləği 4322,5 manat, ümumi faiz borcu 2907,9 manat, dəbbə borcu 670,23 manat olmaqla cəmi borcu 7900,63 manat təşkil edir.
16. 20.10.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən 99 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli LM-382- 3/24 saylı lizinq müqaviləsi və təminatı məqsədi ilə bağlanan zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1 ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir.lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
19. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-382-3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 12 aprel 2023-cü il tarixli 382/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüş, lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 21 % hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2382.69 manat, ümumilikdə isə 71480.41 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, lizinq müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə bank və Cavabdeh2 arasında 26 sentyabr 2024-cü il tarixli, 382-2/24 saylı zaminlik müqaviləsi bağlanmış və zamin lizinq alanın öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn borca görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Beləliklə, iddiaçı müqavilə üzrə üzərinə düşən öhhdəlikləri lazımı qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərinin vaxtında ödənilməsini həyata keçirməmiş, nəticədə iddiaçı tərəfindən müqaviləyə xitam verilərək lizinq obyekti iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulması tələbi ilə çıxış edir.
21. Məhkəmə ilkin olaraq lizinq müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:
22. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
23. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
24. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli müqavilənin müddətinin 30 ay müəyyən edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixli əmr əsasında iddiaçı tərəfindən lizinq müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Belə olan halda iddiaçı həmin tarixədək gecikdirilmiş əsas məbləğ və hesablanmış faiz ödənişlərini tələb etməkdə haqlıdır.
25. Əsas borca münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra qalıq əsas borcun məbləği 4322,5 manat təşkil etmişdir.
26. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehlərin müqavilə üzrə öz öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, 4322,5 manat gecikdirilmiş borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. İddiaçı həmçinin 2907,9 manat faiz borcunun cavabdehlərdən tutulması tələbi ilə çıxış edir.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
30. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
31. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixdən müqavilənin ləğv edildiyi tarixədək faiz borcunun məbləği 2907.9 manat təşkil etmişdir.
32. Yuxarıda qeyd edilənləri və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində də təmin edilməli, cavabdehdən 2907.9 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
33. Bundan əlavə iddiaçı tələbində cavabdehlərdən 670,23 manat məbləğində cərimə borcunun ödənilməsini irəli sürür.
34. Məhkəmə ilkin olaraq qeyd edir ki, dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.
35. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).
36. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 670,23 manat məbləğində dəbbə pulu tutulmalıdır.
37. Eyni zamanda məhkəmə zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxs (Cavabdeh2) borcu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
38. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4322.5 manat əsas borc, 2907.9 manat faiz borcu, 670.23 manat cərimə borcu olmaqla, cəmi 7900.63 manat lizinq borcu tutulmalıdır.
39. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 99 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xərcinin cavabdehlərdən tutulmasını tələb edir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehlərdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 99 manat pul məbləği və 0.40 manat bank xərci iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LM-382- 3/24 nömrəli “Öhdəliyin icrası ilə bağlı saziş” üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2025-ci il tarixə hesablanmış 4322.5 manat əsas borc, 2907.9 manat faiz borcu, 670.23 manat dəbbə pulu olmaqla, ümumilikdə 7900.63 manat borc, 0.40 manat bank xidmət haqqı və ödənilmiş 99 manat dövlət dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov